Dmitri Dmitriyev Şostakoviç

Musiqi dünyasına adını qızıl hərflərlə yazdıran görkəmli sənətkarın həyat yolu və qeyri-adi yaradıcılığıbizə nə deyir ?!

D.D.Şostakoviç 1906 — cı ildə Peterburqda anadan olmuşdu. Onun valideynləri mütərəqqi dünyagörüşü, geniş bilik dairəsi ilə seçilərdilər. Gələcək bəstəkarın atası kimyaçı, anası isə pianoçu idi. Onların evində tez-tez maraqlı musiqi axşamları keçirilirdi. Şostakoviçin musiqi istdadı özünü tez biruzə vermişdir. Kiçik Dima əsərlər bəstələməyə cəhd göstərirdi. Ailə inqilabı böyük rəğbətlə qarşılayır.

Bu, Şostakoviçin uşaqlıq əsərlərində öz əksini tapır. " Azadlıq himni ", " İnqilab qurbanlarının xatirəsinə «matəm marşı » nda bilavasitə həyat hadisələrinə, gerçəkliyə, müasirliyə feal münasibət kimi 
xüsusiyyət sezilir. Şostakoviç bir müddət anasının rəhbərliyi ilə fortepiano üzrə məşğul olur.Musiqi yaradıcılığına böyük həvəs, müəyyən ifaçılıq naliyyətləri valideynlərini övladının musiqi təhsili ilə daha ciddi məşğul olmağa sövq edir. Onlar görkəmli rus bəstəkarı, o zaman konservatoriyasının direktoru A.K.Qlazunovla məsləhətləşmək qərarına gəlirlər. O, Şostakoviçin musiqi istedadını yüksək qiymətləndirir və 1919 — cu ildə 13 yaşlı Şostakoviç böyük müvəffəqiyyətlə qəbul imtahanlarını verib, konservatoriyanın fortepiano və bəstəkarlıq şöbəsinə daxil olur. O, bəstəkarlıqdan professor M.O.Steynberqin, fortepianodan D.V.Nikoloyevin sinifində təhsil alır.
           

Konservatoriyada oxuduğu illərdə Şostakoviç müxtəlif janrlarda bəxtini sınayır. Simfonik orkestr üçün «Skertso», " Mövzu və variasiyalar ", səs və orkestr üçün Krılovun sözlərinə 2 təmsil, fortepiano üçün " Üç fantastik rəqs " və minüatürlər, Puşkinin poeması əsasında " Qaraçılar " operası və s bu dövrə aiddir. Tələbəlik əsərləri arasında fortepiano üçün " Üç fantastik pyes " şəffaf fakturası, bədii zövqü, təravətli obraz aləmi ilə fərqlənir.
1922-ci ildə ailənin maddi vəziyyəti çətinləşdiyindən Şostakoviç kinoda pianoçu — illüstrator işləyir.Bu iş çox vaxt aparsa da, bəstəkara kinematoqrafın " sirlərinə " bələd olmaq imkanı verir.

1923 — cü ildə Şostakoviç konservatoriyanı fortepiano, 1925 — ci ildə isə bəstəkarlıq üzrə bitirir.
Konservatoriyadakı təhsil illərinə Birinci Simfoniyanın yaradılması ilə yekun vurulur. Şostakoviçin diplom işi kimi təqdim etdiyi əsər əla qiymətə layiq görülür. Əsərin 1925 — ci ildə Leninqradda ilk ifası böyük müvəffəqiyyətlə keçir. Birinci simfoniya bədii özünəməxsusluğu, dəsti- xətti genişliyi, fərdi parlaqlığı ilə o saat diqqəti cəlb edir.

Konsevatoriyanı bitirdikdən sonra Şostakoviç məhsuldar gərgin yaradıcılıq yoluna qədəm qoyur. 20-30 — cu illəri uğursuzlar və naliyyətlər, böyük axtarışlar dövrü kimi səciyyələndirmək olar. 1927 — ci ildə bəstəkar İkinci — " Oktyabr " simfoniyasını bəstələyir. Görkəmli Sovet sənətkarları — rejissor M.Meyerxod və şair V.Mayakovski ilə tanışlıq nəticəsində Şostakoviç şairin «Taxtabiti » satirik pyesinə musiqi yazır. Bəstəkarın 1932 — ci ildə " Qarşıdan gələn " filminə bəstələdiyi mahnı tez bir zamanda böyük şöhrət qazanır. Şostakoviç opera janrına da maraq göstərir. Sujetləri o, rus klassik ədəbiyyatında — N. Leskovun ( " Mtsensk qəzasının ledi məktəbi " ) və N.Qoqolun ( " Burun " ) əsələrində tapır. Burnunu itirmiş mayor Kovalyov haqqında yarımfantastik " Burun " operasında Şostakoviç meşşanlıq, yaltaqlıq, mənəvi yoxsulluğu ustalıqla ifşa edərək, parlaq fərdi xüsusiyyətlərlə zəngin, özünəməxsus musiqi dilinə malik satirik yönümlü əsər yaratmışdır.

Opera ilə yanaşı, Şostakoviç «Bolt » (1931), «Qızıl əsr» (1930), «Duru çeşmə » (1934) baletlərini bəstələyir. Hər üç baletin məzmunu müasir həyatdan götürülmüşdür. Sujet xətti sadəlövh olsa da, bu əsərlərdə yaddaqalan, obrazlı musiqi səhifələri çoxdur.İri miqyaslı əsərlərlə yanaşı, Şostakoviç instrumental musiqi sahəsində də feal işləyir. Birinci fortepiano konserti, 24 prelüd silsiləsi bu illərdə yazılmışdır. Qeyd edək ki, Şostakoviç özü pianoçu kimi kosertlərdə çıxış edir. Onun ifasında List, Şopen, Çaykovski, Prokofyevin əsərləri səslənir.1927 — ci ildə Varşavada keçirilən Şopen adına Beynəlxalq müsabiqədə uğurla çıxış edən Şostakoviç fəxri diploma layiq görülür.

30 — cu illərdə bəstəkar yaradıcılığının mərkəzində IV, VI Simfoniyalar durur.Bu əsərlər Şostakoviçin kamil simfonist kimi səciyyələndirərək onun yaradıcılığının yetkin dövrünü açır. V simfoniya (d minor) yalnız Şostakoviçin deyil ümumiyyətlə, rus Sovet musiqisinin ən böyük naliyyətlərindən biridir. İlk dəfə V simfoniya 1937 — ci ildə gənc drijor Y.Mravinskinin rəhbərliyi altında səslənmişdir.

1938 — ci ildə Birinci simli kvartet, 1940 — ildə fortepiano kvarteti yazılır.Şostakoviç kino musiqisinə də müraciət edir. " Maksimin gəncliyi ", «Maksimin qayıtması », " Vibort tərəfi ", " Tüfəngli adam " kinofilimlərinin musiqisi Şostokoviçə məxsusdur.

Müharibənin ilk aylarında Şostakoviçin yaradıcılıq və təşkilatçılıq feallığı artır. O, Bəstəkarlar İttifaqının Leninqrad şöbəsinin işində, şəhərin müdafiəsində, hava mühafizəsi dəstələrində iştirak edir.Mühasirə edilmiş Leninqradda bəstəkarın məşhur əsərlərindən biri — VII Simfoniya yazılır. Böyük Vətən müharibəsinin ən böyük musiqi abidələrindən biri olan VII simfoniya xalqın alman faşizminə qarşı qalibiyyətli mübarizəsini böyük realist qüvvə ilə təcəssüm etdirir. Simfoniya ilk dəfə 1942 — ci ildə Kuybişevdə, daha sonra Moskva və mühasirə edilmiş Leninradda, habelə xarici ölkələrlə böyük müvəffəqiyyətlə səslənir. 1945- ci ilin noyabrında faciəvi VII simfoniya ifa olunur. Yeni qurtarmış müharibə və düşmən üzərində qələbə naminə verilmiş qurbanlar, döyüşlər haqqında xatirələr hələ canlı, təzə idi.

40 — cı illərin axırlarında Şostakoviç xor və vokal musiqi sahəsində məhsuldar işləyir. Adamların əməyini vəsf edən " Meşələr haqqında nəğmə " oratoriyası, kapella xoru üçün 10 poema bu illərdə yaranmışdır. Şostakoviç kino musiqisinə tez-tez müraciət edir. «Gənc qvardiya »,«Elbada görüş », " Berlinin süqutu ", "İvan Miçurin ", «Ovod » filimlərinə musiqi bəstələyir.

1957 — ci ildə bəstələnmiş XI simfoniya «1905 -ci il „adlanır. Əsər birinci rus inqilabının hadisələrindən bəhs edir. Hər hissənin öz adı var: “ Saray meydanı », «9 yanvar », "əbədi xatirə ", " Nabat " .Bəstəkar konkret tarixi dövrü daha dolğun səciyyələndirmək məqsədilə simfoniyada inqilabı mahnılardan ( «Dinlə», «Varşavyanka», «Dusta»,«Cəsarətlə addımlayaq, yoldaşlar »," Siz qurban oldunuz ") geniş istifadə edir.

Şostakoviç yaradıcılığı mövzu və janr rəngarəngliyi ilə fərqlənir. O, simfoniyalar ilə yanaşı, 15 kvartetin müəllifidir. Ümumbəşəri, ictimai — etik, dərin fəlsəfi yönümlü əsərlərlə yanaşı, Şostakoviç A.Blokun, M.Svetayevanın şerlərinə incə, lirik vokal silsilələr də yazmışdır. Bəstəkar 1975 — ci ildə vəfat etmişdir.

Müəllif : azpress.az/

0 şərh