Rixard Vaqner

1855-ci ildə Londonda Bethovenin iki simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını bir qədər soyuq qarşılayırlar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqışlarla mükafatlanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki... Rossininin "Sevilya bərbəri" operasının partiturası imiş. Özü də baş ayaq vəziyyətdə...

Rixard Vaqner alman bəstəkarıDahi alman bəstəkarı Rixard Vaqner (1813 - 1883) romantizm dövrünün ən parlaq və eyni zamanda ən mürəkkəb və ziddiyyətli simalarından biridir. Vaqnerin həyatı əsasən Almaniyada keçmişdir. Lakin 1849-cu ildə Leypsiqdəki üsyanda iştirak etdiyinə görə Vaqner ölkəni tərk etməli olur. Sonrakı 13 ili Avropanın müxtəlif ölkələrində - Fransada, İsveçrədə, Avstriyada yaşadıqdan sonra yenidən vətəninə qayıdır.
Musiqidə daim yeni yollar axtarmış Vaqner çox zaman qeyri-adi, orijinal bədii ideyalarla çıxış etmişdir. Belə ki, o, "Gələcəyin bədii əsərini yaratmaq məqsədi ilə operaya müraciət edir və onun əsasında yeni, musiqili dram janrı yaratmaq qərarına gəlir. Vaqnerin fikrincə, alman operası yalnız milli əfsanələrə istinad etməli; musiqidə vokal partiyalarla bərabər, orkestr də mühüm rol oynamalı; nəhayət, operanın hər qəhrəmanı bütün əsər boyu leytmotiv adlanan müəyyən qısa musiqi parçası ilə müşayiət olunmalıdır. Bu ideyalar Vaqnerin "Loenqrin", "Tanheyzer", "Tristan və İzolda","Nibelunq üzüyü" və digər operalarının yaranması ilə nəticələnir. Onu da qeyd edək ki, bəstəkar əsərlərinin təkcə musiqisini deyil, librettolarım da özü yazmışdır. Ümumiyyətlə, Vaqner bir yazıçı-publisist və dramaturq kimi də bənzərsiz istedad sahibi idi. Onun ədəbi əsərlərində, eləcə də "Opera və dram", "Gələcəyin bədii əsəri", "İncəsənət və inqilab" kitablarında, çoxsaylı məqalələrindəki dərin fəlsəfi ideyalar, maraqlı mülahizələr bu günədək öz əhəmiyyətini itirməmişdir. Vaqner mahir bir dirijor kimi Avropanın bir çox ölkələrinə dönə-dönə uğurlu qastrol səfərlərinə çıxmışdır.
Ömrünün son illərində Vaqner həyatı boyu arzusunda olduğu bir niyyətinə çatır - Almaniyanın Bayroyt şəhərində onun şərəfinə möhtəşəm bir opera teatrı tikilir. Yalnız Vaqner operalarının tamaşaya qoyulması üçün nəzərdə tutulmuş Bayroyt teatrı hələ bəstəkarın sağlığında təntənəli surətdə açılmışdır və indiyədək də dünyanın ən məşhur opera teatrlarından biri kimi əhəmiyyətini itirməmişdir.
Vaqner şəxsiyyəti, Vaqner musiqisi ətrafında daim qızğın mübahisələr getmişdir. Bəziləri onu bəyənib göylərə qaldırmış, başqaları isə onun əsərlərini darıxdırıcı, real həyatdan uzaq hesab etmişlər. Lakin danılmaz bir həqiqətdir ki, ecazkar qüvvəyə malik olan Vaqner sənəti dünyanın ən mötəbər teatrlarında və konsert zallarında bu gün də səslənərək musiqisevərləri özünə cəlb edir.
Bu əsərlərlə tanış olun:
^ "Tanheyzer" operasi: uvertüra
✓ "Loenqrin" operasi: giriş

"Valkiriya" operasi: "Valkiriyaların uçuşu əsərindən bu videoya baxmaqla Vaqner musiqisi haqda təsəvvür ala bilərsiniz:

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

 

4 şərh

yudofob
Vaqnerin yəhudilərin bir nömrəli düşməni olduğu barədə isə deyilməyib.
Vaqnerin haqqında elektron yəhudi ensiklopediyası yazır. Sizlərə onun antisemit olduğunu göstərmək üçün “Еврейство в музыке” adlı əsərinin rusca orijinalını da verirəm. İndi isə Vaqnerin yazılarından ən maraqlı yerləri nəzərinizə çatdırıram:

«Евреи — это черви, крысы, глисты, трихины, которых нужно уничтожать, как чуму, до последнего микроба, потому что против них нет никакого средства, разве что ядовитые газы». Подумать только, какое «провидчество» за 80 лет до Холокоста!


«Я пришел к выводу, что даже одной микроскопической капли еврейской крови уже достаточно, чтобы человек никогда не смыл с себя позор быть евреем, и он должен быть уничтожен».


«Евреи — как мухи и крысы: чем больше вы их уничтожаете, тем больше они плодятся. Не существует никакого средства, кроме тотального уничтожения. Еврейская раса родилась как враг всего человеческого и особенно — враг всего немецкого».


«И до того, пока последний еврей не будет уничтожен, немецкое искусство не может спать спокойно»
yudofob
Vaqner Hitlerin və üçüncü reyxin də sevimlisi olub.Hitlerin Vaqnerin nəvələri Viland və Volfqanq ilə şəklinə də baxın:
papatürk

yudofob,məqsədiniz nədir? Camaat burda musiqi zövqü formalaşdırır,istəyir ki insanlar Vaqner musiqisi haqqında məlumatlı olsun ki,sabah bir xaricidən Vaqner adı eşidəndə biabır olmasın. Sizin musiqiyə aidiyyatı olmayan bu yazılarınızla nə demək istəyirsiniz?


Saytın qaydalarında yazılıb ki,irqi,dini,milli ayrı-seçkilik olmaz. Yəhudilərə nə verib ala bilmirsniz?

rokfeller
Doğurdan da İsraildə Vaqnerin musiqisinə qeyri-rəsmi qadağa var.Bunun olması da təbiidir.