Beatles qrup üzvlərinin yumorları

«The Beatles» qrupunun üzvlərinin intervyular zamanı istifadə etdikləri maraqlı yumor və zarafatları təqdim edirik.

Müxbir: Ringo dünyanın ən yaxşı baraban ifaçısıdır?
John: Ringo heç Beatles-ın ən yaxşı baraban ifaçısı deyil. (1964, press-konfrans, Paris)

Müxbir: Fransızlar hələ «Beatles»i sevib-sevməyəcəklərinə qərar verməyiblər. Bu haqda nə fikirləşirsiniz?
Paul: Aaa «Beatles»? Onlar superdirlər, bizim xoşumuza gəlirlər. (1964, radiointervyu)

Müxbir: Uğur həyatınızı necə, dəyişdirib?
George: Hə. (1964, teleintervyu, Nyu-york)

Müxbir: Saçlarınız özünüzküdür, ya parik taxırsınız?
Ringo: Hey polis!
Paul: Çıxarın onu zaldan!
George: Bizim saçlarımız təbiidir, bəs sizinkilər necə, xanım? (1966, press-konfrans, Çikaqo)

Müxbir: Şöhrət və fanatlarınızın diqqəti başınızı gicəlləndirməyib ki?
John: Hiss eləyəndə ki, artıq lovğa olmağa başlayıram, onda Ringoya baxıram və başa düşürəm ki, biz supermen deyilik. (1964, press-konfrans, San-Fransisko)

Müxbir: Mahnılarınızın birində Bethovenin adın çəkirsiniz? Onun haqqında nə düşünürsünüz?
Ringo: O, superdir. Əsasən də şeirləri. (1966, press-konfrans, Münhen)

Müxbir: Məşhur adamlardan daha çox kimlə görüşmək istəyərdiniz?
Ringo: Əsil Santa Klausla. (1966, press-konfrans, Sietl)

Müxbir: Hava limanında hündürboylu xuliqan qrupu sizi narahat etmədi ki?
Ringo: Onlar biz idik. (1964, press-konfrans, Melburn)

Müxbir: Detroytda «Beatles» hərəkatının kökünü kəsmək üçün kompaniya başladılıb. Nə addım atmağı planlaşdırırsınız?
Paul: Detroytun kökünün kəsilməsi üçün kompaniya başladacağıq. (1964, press-konfrans, Detroyt)

Müxbir: Saçınızın yaxalığınıza çatması faktına necə haqq qazandıra bilərsiniz?
John: Onlar bizim başımızdan çıxırlar. (1963, intervyu, Dublin)



Müxbir: Parik taxaraq özlərin sizə oxşadan yeniyetmələr haqqında nə deyə bilərsiniz?
John: Onlar özlərin bizə oxşatmırlar, çünki biz parik taxmırıq. (1965, press-konfrans, Atlanta)

Müxbir: Düzdür ki, sizlərdən biri keçəldir?
John: Əslində, biz hamımız keçəlik.
George: Mən həm də lal-karam. (1965, intervyu, London)

Müxbir: Nə vaxt saçlarınızı kəsdirəcəksiniz?
Ringo: Heç vaxt!
Paul: Yox, bircə bu yox!
George: Mən dünən kəsdirdim.
Müxbir: Ola bilməz!
Ringo: Ola bilər! Əgər siz onu srağagün görsəydiniz! (1964, press-konfrans, Denver)

Müxbir: Sizin gözlənilməz populyarlığınızın səbəbi nədir?
John: Bilmirəm, bəlkə havadandır? (1963, BBC-nin radiointervyusu)

Müxbir: Konsert zamanı oxuduğunuzu eşidə bilməməyiniz sizi narahat etmir?
John: Yox, evdə plastinkalarımız var. (1964, teleintervyu, Dallas)



Müxbir: Enərkən təyyarənin mühərriki tüstülənəndə nə fikirləşdiniz?
Ringo: Əvvəlcə bitlları, qadınları və uşaqları xilas edin! (1964, press-konfrans, Monreal)
Müxbir: Ringo, sizin hər hansı siyasi qüvvə ilə bağlısınızmı?
Ringo: Yox, mən heç siqaret də çəkmirəm. (1965, press-konfrans, Toronto)
Müxbir: «Time» jurnalı bu yaxınlarda pop musiqi haqda tənqidi məqalə dərc edib. Orda deyilir ki, «Day tripper» mahnısı fahişə, «Norwegian Wood» isə lesbiyan haqdadır. Bu mahnılarla nə demək istəyirdiniz?
Paul: Biz sadəcə fahişələr və lesbiyanlar haqda mahnı yazmağa çalışırıq, vəssalam… (1964, intervyu, Vaşinqton)

Müxbir: John, hansı qadınlar xoşunuza gəlir?
John: Mənim arvadım.
Müxbir: George, sizin hansı qadınları bəyənirsiniz?
George: Johnun arvadın. (1966, press-konfrans, Tokio)
 
loading...

0 şərh