Yuxu qrupu- Xəzərin sahilində

YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır. 1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər. Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəqdəliyev bu yöndə fəaliyyət göstərir.

Əlavə etdiyim bu klip televiziyada demək olar ki göstərilməyib. Klip Sumqayıtda çəkilib.

Buyurun baxın.

 

5 şərh

Bilici
inanıram ki, bunu heç kim görməmişdi
Ferbara

Mən dəfələrlə ANS TV-də görmüşəm. Hətta o vaxtlar bu klip ilk dəfə çıxandan sonra zəng edib bu qızın kim olduğunu soruşanlar da olub. Bunu ANS TV-nin əməkdaşı İlqar Mikayıloğlu efirdə bu klip haqqında məlumat verərkən eşitmişdim.


P.S. Yuxu qrupu mənim xoşladığım azəri rok qruplarından biridi. Onların mahnılarının çoxu məndə var. Ən sevdiyim mahnısı isə «Xəzərin sahilində».


Qısa məlumat: http://az.wikipedia.org/wiki/Yuxu_(qrup)

Westsider
Elə yaxşı görmüşük)) ANS-də 90-cı illərdə tez-tez göstərirdilər, amma açığı ordan görməmişəm, bir neçə ay əvvəl görmüşəm.

BU klip deyəndə ki, «Xəzərin sahilində» mahnısının yalnız bu klipi var…
2ral
Musiqi-5 baldan 6
Səs-5
Sözlər-4
Klip-2
Vahid Naxış (Vahid Mustafayev) rejissor işi elə budursa,onda həmin klipə bir quş.
Ferbara
O zaman klip sənayesi Azərbaycanda formalaşmamışdı (indi də bir irəliləyiş yoxdu). Bu qeyri-professional işdi.