Coldünya

Azərbaycan rok qrupu “Coldunya” 1992 –ci ildə Bakıda yaradılıb.
Tərkib:
Teymur Nadir –vokal, fortepiano
Rövşən Kərimov –gitara, vokal
Samir Cəfərli –zərb və klavişli alətlər
Aydın Hacıyev –bas, dodaq qarmonu

1996 –cı ildə qrupun “Nota Bene” adlı ilk albomu işıq üzü gördü. Elə həmin vaxt “Sehrbaz” mahnısına qrupun ilk klipi çəkildi. (ANS –TV). 1996 –cı ilin oktyabr –noyabr ayında “Sehrbaz” BBC radiosunda (London) ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzidə 7 –ci yerdə durdu.


1997 –ci ildə qrupun ikinci klipi “Aşiq və Aldadılmış” mahnısına çəkildi. (ANS –TV). 1991 –ci il 21 sentyabr tarixində qrup Gürcüstanın paytaxtı Tiflisdə Mərkəzi parkda konsert verdi və konsertdə “Coldunya” 7000 nəfərlik auditoriya qarşısında çıxış etdi.

1999 –cu ildə “Demo” albomu yazıldı və “Kaş ki, biləydin” mahnısına klip çəkildi...(Stаr-rеklаm).

2001 –ci ilin sonunda qrup “Məktub” adlandırmaq qərarına gəldiyi üçüncü albomunu yazmaq üçün studiyaya yığışdı və albom üzərində iş 9 ay davam etdi. 2002 –ci ilin avqustunda “Məktub” albomu üzərində iş başa çatdı. 2002 –ci ilin sonunda qrup rejissor Kamran Məmmədovun köməyi ilə dördüncü klipi üzərində işi başa çatdırdı. Klip “Aç balaca qanadlarını” mahnısına çəkildi.

2003 –cü ilin dekabr ayında bu işin yekunu beynəlxalq musiqi mətbuatının dili ilə desək yeni musiqi istiqaməti – “rok –muğam”ın əsasını qoyan əfsanəvi “Oyanış” albomu oldu. 2004 –cü ilin oktyabr ayında “ColDunya” Britanya qrupu “Goldrush” və Bakının gənc qrupu “Aprel” ilə birlikdə H.Əliyev adına sarayda çıxış etdi.

2008 –ci il 7 fevraldan 27 fevrala qədər Bakıda “ColDunya” yeni “Əhatə Dairəsi Xaricində” albomu üzərində işləyir.



loading...

1 şərh

Gulu
hec eşitməmişdim bu qrupu maraqlı gəldi