Aerosmith

"Aerosmith" qrupu 1970-ci ildə Stiven Tayler(vokal, piano, mandolina, dodaq qarmonu), Co Perri(gitara, vokal) və Tom Həmilton(bas-gitara) tərəfindən yaradılıb. Bred Uitford (ritm-gitara) və Coy Kramer (zərb) qrupa qoşulurlar və 1973-cü ildə qrupun eyniadlı ilk albomu işıq üzü görür.

Albomların tam siyahısı aşağıdakı kimidir:

1973 — Aerosmith

1974 — Get Your Wings

1975 — Toys in the Attic

1976 — Rocks

1977 — Draw the Line

1979 — Night In The Ruts

1982 — Rock In A Hard Place

1985 — Done With Mirrors

1987 — Permanent Vacation

1989 — Pump

1993 — Get A Grip

1997 — Nine Lives

2001 — Just Push Play

2004 — Honkin' on Bobo

Qrup 70-ci illərdə populyarlıq qazansa da, 80-ci illərdə baş vermiş hadisələr(musiqiçilərin qrupu tərk etməsi, Taylerin qəzaya düşməsi) qrupa ağır zərbə oldu. 80-ci illərin sonlarına yaxın qrupun bir vacib problemi qalırdı - narkotik. Lakin onların meneceri Tim Kollinzin səyləri və qrupu 90-cı illərin ən tanınmış rok-kollektivi edəcəyi vədi onlara stimul verdi və bir neçə il ərzində onlar asılılıqdan canlarını qurtara bildilər. Təəssüflər olsun ki, qrupun bütün səylərinə baxmayaraq, onlar çox da tanınmış və sevilən ola bilmədilər və tədricən yaddan çıxdılar. 1998-ci ilə qədər. Çünki həmin il ekranlara "Armageddon" filmi çıxdı və onun əsas saundtrəki "I Don't Want to Miss a Thing" ilin hitlərindən birinə çevrildi və milyonlarla insanın sevgisini qazandı və qrupa maraq yenidən artdı.

Yeri gəlmişkən, bu mahnı mənim ən sevimli mahnımdır:) Bundan başqa qrupun "Dream On", "Angel", "Love in an Elevator", "Jamie's Got a Gun", "Cryin'", "Amazing", "Crazy", "Jaded" kimi mahnılarını qeyd etməyə dəyər. Tərcümə etdi və özündən əlavə edib bura yerləşdirdi: Westsider

 

22 şərh

Elsamir

Idealın istəyi idi


yaxşı ki yerləşdirdin

Westsider
Mənim ən xoşladığım qruplardan biridir)
IDEAL
Xüsusi Təşşəkkür! Bu qrupdan çox xoşum gəlir.
Westsider
Dəyməz) Günahlarımı yuyuram)))
IDEAL
«Crazy» «I Don't Want to Miss a Thing» adlı musiqiləri məncə superdi. Bu qrupun klipləridə çox maraqlı olur. MTV də səhv etmirəmsə 2000-ci ildə onların yaradıcılıq gecəsi idi. Əla bir konsert idi. Dünyanın ən məhşur müğənniləri konsertdə onların mahnılarını ifa edirdilər. Ən gözəl çıxış məncə Şakirada alınmışdı. Hətda Şakiranın dodaq qarmonunda musiqini Stiven Tayler kimi ifa etməsi əməlli başlı performans idi. Stiven Tayler hətda dayanmayıb səhnəyə qalxdı. Mən şəxsən həmin konsertdən sonra bu qrupa vuruldum.
Westsider
Hmm, görməmişəm… Baxmağa dəyər, yəqin…
Türkəl
AEROSMITH super qrupdu. onlarin Amazingmahnisi en cox sevdiyim mahnilardan biridir
Gülnar
Mmm dəhşət qrupdu..«Dream on» mahnısı Rolling Stone jurnalının bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında var…
Türkəl
Gülnar, hip-hop'la aranız pis deyilsə bu mahnı da xoşunuza gələ bilər.
Gülnar
Təşəkkür edirəm..Hip-hop bəzi istisnaları çıxmaq şərtilə sevmirəm, amma bu elə xoşladığım mahnıdı ki, məsləhət gördüyünüz mahnını da istisnalara aid edir) Orda sing with me, sing for the years hissəsi qrupun öz ifasında olandı hə?
Türkəl
Bəli nəqarətdə «Sing for the momnet, sing for the year, Sing for the laugh and sing for the tear» hissəsini Aerosmith'in vokalisti Steve Tyler, mahnının sonunda isə gitarada Joe Perry ifa edir. Bu mahnı Eminem'in 3-cü albomuna daxildir (The Eminem Show, 2002). Təsadüfi deyil ki, bu mənim ən çox sevdiyim rep albomudur. Bu albomu yazarkən o klassik rok janrından ilhamlanıb, hətta albomda digər mahnıda (Till I Collapse) Queen qrupunun «We will Rock You» mahnısında istifadə etdiyi ritmləri işlədib. Bundan başqa Eminem «Hailie's Song» trekində (əminəm ki dinləsəniz, bu da istisna olacaq) Beatles qrupunun «While My Guitar Gently Weeps» mahnısınından klassik əsərindən istifadə etmək istəyib, lakin «ağsaqqallar» buna icazə verməyiblər. Buna baxmayaraq 2006-cı ildə başqa rep qrup (Wu-Tang Clan) mahnının bəstəkarı George Harrison'un oğlu Dhani Harrison və RHCP qrupunun gitaraçısı John Fruciante ilə həmin mahnını «Heart that Gently Weeps» adı ilə rep stilində və bərbad halda ifa ediblər. Eminem'in isə klassik rok eksperimentləri hələ də davam edir: son albomunda o Black Sabbath qrupunun «Changes» mahnısından Ozzy Osbourne'nın ifasını özünün «Going Through the Changes» mahnısında istifadə edib.
Lakin bütün bu eksperimentlər Eminemin yenilikləri deyil, biz burda daha çox elə həmin Aerosmith qrupuna minnətdar olmalıyıq. Məhz onlar 1986-cı ildə hip-hop veteranları «Run-DMC»-nin dəvəti ilə ilk dəfə rok və rep arasında sərhədi dağıdaraq birlikdə "Walk This Way" hitini ifa etdilər və qarışıq janrın (fusion) əsasını qoydular!
Gülnar
Çox maraqlıdı..Hailie's songa baxdım, yadıma düşdü görmüşəm bu klipi, qəşəng mahnıdı..Ağsaqallar deyəndə kimi nəzərdə tutursuz bilmədim) John Frusciante gitaranı çalmıre, ağladır: amazing ) Onda orta hədd yoxdu sanki, ya super olur, ya da pis gündə..Mən onu daha çox rhcp-də xoşlayırdım, amma solo ifaları da gözəldi..Məsələn, centralheaven treklərini çox bəyənirəm…
Türkəl
Ağsaqqallar dedikdə, mahnının müəllif hüququna malik adamlar, yəni The Beatles'ın sağ qalmış üzvləri, rəhmətlik John Lennon'un həyat yoldaşı Yoko Ono və Dhani Harrisonu nəzərdə tuturdum. Lakinin Dhani'nin Wu-Tang'in rəbəri RZA ilə yaxın münasibəti olduğundan onlar üçün bu keçərli oldu. Fruciante cənablarına qaldıqda isə o ən çox sevdiyim musiqiçilərdən biridir, ümumiyyətlə RHCP ən sevimli rok qrupumdur. Ən çox sevdiyim rok albom da «Californication». Fruciante'dən sevdiyim solo Been Insane, qrupdakı gitara ifasından isə Breaking the Girl ən çox sevdiklərimdir. Paylaşdığınız treklər də çox xoşuma gəldi, çox sağ olun!
Gülnar
Red Hot Chili Peppers-in yeni albomunu əvvəlkilər qədər uğurlu saymıram, «Californication»da otherside, scart tissue, californication əla məhnılardır..Siz də sağ olun…
məryam
Adını ilk defedirem. Teşekkürler.
Gülnar
Məryam gözəl adın var..ilk defedirem nə deməkdi bəs m? )
məryam
Xəbərdarlığınız üçün təşəkkür edirəm.
məryam
Sağol. Sehv yazdım. Bağışlayın. İlk defedir eşidirem demek istedim.
Westsider
Mən elə də başa düşdüm:)
məryam
Anladığın üçün təşəkkr edirəm.
Gülnar
Dəyməz..Mən də başa düşmüşdüm nə demək istədiyinizi sadəcə xəbərdarlıq etmək üçün)
Nobody
Dream on qeseng mahnidi :)