"The Beatles" haqqında 10 fakt

1. Əslində  inglis dilində “beatles” sözü mövcud deyil. Bu “beetle”(böcəklər) və “beat”  sözünün birləşməsindən yaranıb. Con Lennon “The Circkets” qrupunun adını yaranmağı yolunu çox bəyənmişdi, axı “crickets” sözü inglis dilindən tərcümədə həm məşhur oyunun adı, həm də “cırcırama” kimi tərcümə olunur. Söz oyununu sevən Con Lennon məhz bu yöndə bir ad fikirləşmək istəyirdi. Uzun sürən araşdırmalardan sonra əfsanəvi kvartetin adı müəyyən olunur. Şifahi səslənərkən “böcəklər” kimi eşidilir, yazıda isə “beat” sözü görünür.



2. Siz bilirsiniz ki, qrup “bitl”ların sayı 4 yox, 6 olub? Qrupun ilk heyətinə Con, Pol və Corcdan başqa Styuard Satkliff və Pit Best də daxil idi. Lakin, Styuard daha çox rəssam idi nəinki bass-gitaraçı. Qrupun Hamburqa qastrol səfəri zamanı Satkliff Hamburq kollecinin tələbəsi Astred Kirxqerrlə tanış olur və onlar bir-birlərinə vurulurlar. 1960cı ilin noyabrında isə onlar nişanlanırlar. “Beatles”ın Hamburqa ikinci səfəri zamanı Satkliff Almaniyada qalmağa qərar verir. Rinqo Stara qədər isə “Beatles”ın baraban ifaçısı Pit Best idi. 1962ci ilə qədər Pit Best “Beatles”ın heyətində çalışırdı. Onun qrupdan kənarlaşdırılması xəbərini ona qrupun meneceri Brayan Epstayn çatdırmışdı. Rəsmi verisyaya görə Best barabanda lazımı qədər yaxşı ifa etmədiyi üçün qrupdan ayrılmışdı, lakin deyilənlərə görə ilk günlərdən bütün xanım pərəstişkarları özünə cəlb edən Bestdən Lenon və Pol Makartni yaxa qurtarmaq istəyirlərmiş.

3. Tarixdə ilk bitloman Kurt Raymond Consdur. Məhz o 28 oktyabr 1961ci ilində “NEMS” musiqi mağazasına daxil olaraq “The Beatles”ın “My Bonnie” plastikansını xahiş edir. Mağazanın sahibi Brayan Epstayn əmin idi ki, onun mağazasında bütün plastikanları tapmaq mümkündü, lakin “the Beatles” haqqda o ilk dəfə eşidirdi. Növbəti gün daha bir müştəri ondan bu plastikanı xahiş etdikdən sonra o, onlarla maraqlanır və onların mağaza ilə üzbəüz “Cavern” klubunda çıxış etdiklərini öyrənir. “The Beatles”a qulaq asdıqan sonra onların ifasına heyran qalan Epstayn qrupun meneceri olmağına qərar verir. Məhz o, qrup üçün ilk peşəkar səsyazmalar təşkil etmişdi. 27 avqust 1967cı ildə Epstayn dünyasını dəyişir, bundan sonra bu vəzifəni Pol Makartni öz boynuna götürür.

4. 1965ci ildə bitl-lar Britaniya İmperiyası ordeni ilə təltif olunurlar. Onların britaniya mədəniyyətinə verdiyi töhfə bütün dünayda müzakirə olunurdu. Buna baxmayaraq, bir çox orden laureatları “Beatles” üzvlərinə ordenin verilməsinə etiraz etdilər. Axı ilk dəfə idi ki, pop müğənnilər belə yüksək ordenlə təltif olunurdu. 1969cu ildə Con Lennon Britaniyanın ABŞı Vyetnam siyasətində dəstəklədiyinə görə etiraz əlaməti olaraq oredni geri qaytarmışdı

 

5. 1965ci ildə Pol Makkartni “Yesterday” mahnısı yazarkən profesional musiqiçilər və onu müşayət edənlər ona mahnını yersiz olduğunu və mahnının belə yazılmadığını söyləmişdilər. Mahnı yazıldıqdan sonra o qrupun albomuna daxil edilməmiş və qrup üzvlərinin inadı ilə heç ayrıca mahnı kimi də təqdim olunmamışdı. Nəticədə, “Yesterday” Britaniya xit-paradlarına Mett Monronun ifasında daxil olur. Mahnı ilk həftədəcə bütün xit-paradlarda ilk pilləni ələ keçirməyi bacarır.

6. Bilirsiz ki, “Beatles”ın mahnılarının buraxılması hüququ heç də onların özünə deyil, Maykl Ceksona məxsusdu? 1984cü ildə pop musiqinin kralı Cekson 50 milyon dollar ödəyərək qrupdan bu hüququ almışdı. O vaxtdan “Beatles”ın mahnı satışından gəlirlərin yarısı Maykl Ceksona gedirdi. 1995ci ildə Sony şirkəti Ceksondan onun hüquqlarının yarısını alır.

7. Apple ticarət markası hələ Stiv Cobsdan əvvəl Pol Makkartni və Con Lennon tərəfindən yaradılmışdı. Bitl-lar bu kompaniyanı öz musiqi və filmlərini istehsal etmək üçün yaratmışlar. Qrup dağıldıqdan sonra belə bu korporasiya onların maraqları üçün çalışırdı. 70ci illərdə Apple Corpsun adı bir çox qalmaqallı məhkəmə işlərində səslənirdi. 

8. Belə bir əfsanə var ki, Pol Makkartni hələ 1966cı ildə avto-qəza zamanı həlak olub və o sonradan oxşarı ilə əvəz olunub. Bu haqqda məlumatı 1969cu ildə bir neçə amerikalı tələbə yaymışdı. Onlar bildirirdilər ki, mahnıların sözlərində şifrələnmiş sözlər tapıblar, lakin ən əsas açarlar albomların üz qabığı idi. Sgt.Pepper’s Lonely Hearts Club albomunun üz qabığında qəbrin üzərində dəfetmə mərasimi təsvir olunub. Qəbirin üzərində güllərlə qrupun adı yazılıb və gitaranın aşağısında Paul?  yazısını görmək olur. Arxa fonda isə məhşur ölmüş insanlar əks olunub. Magical Mystery Tour albomunun üz qabığında isə yeganə qarada təsvir olunan üzv Pol Makkartnidi.Abbey Road-un üz qabığı isə dəfnetmə mərasimini simvolizə edir: ağ kostyumda olan Con Lennon- Allahın, ağ-qara geyimdə olan Rinqo Starr keşişin, cins geyimdə olan Harisson isə qəbirdüzəldənin təsviridi. Yalnız Pol Makkartni qara kostyumda, ayaqyalındı. Onun addımları digər üzvlərin addımları ilə uzlaşmır. Let it Be albomunda isə yalnız Makkartni qırmızı fonda təsvir edilib, qrupun digər üzvləri isə üzünü ondan çeviriblər. Bütün bunlar XX əsrin ən böyük əfsanəsi- “Pol ölüb” əfsanəsinin yayılmasına səbəb omuşdu.

 

9. Müsahibələrinin birində Con “Beatles”ın İsa Məsihdən daha məşhur olduğunu söyləmişdi. Texas radiostansiyası olan KLUE-nun inanclı işçiləri bu sözlərdən sonra “Bealtes”a qarşı etirazlara çıxmış və ictimai şəkildə onların plastinkalarını yandırmışlar. Bu hadisədən heç bir sutka keçməmiş KLUE stansiyasını şimşək vurur və bütün cihazlar yararsız hala düşür.

10. Hər bir qrup üzvünün öz “şəxsi” asteroidi var. 4147-4150 aralığında olan asteroidlər müvafiq olaraq qrupun dörd üzvünün adı ilə adlandırılmışdı.

marifia.com

0 şərh