Рейтинг
+35.25

Musiqi qrupları

33 üzv, 15 topik

"Qaya" qrupu

Qrupun toplanması
Qaya qrupu
60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı.Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən «Qaya». Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər. Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda "çoxsəsli oxuyan qruplar" yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular. Təbii ki, ingiliscə yox, icazə vermirdilər. O vaxtlar informasiya məhdudiyyəti var idi. Plastinkalar tapılmırdı. Mahnılara ancaq radio vasitəsi ilə qulaq asa bilirdilər. Hər axşam saat 11-də Amerikadan caz proqramı verilirdi. Harda olmalarından asılı olmayaraq, həmin saatda radionun qabağına yığışardılar.


Ardı →

Boney M qrupu


Ardında qrup haqqında və çoxlu video.
Boney M. –alman qrupudur. Qrupun yaranma tarixi çox qeyri adidir. Beləki alman prodüsseri Frenk Farian(Frank Farian.) yeni diska stili yaratmaq üzərində işlər aparır. O qeyri-adi Baby Do You Wanna Bump?mahnısını ərsəyə gətirir və 1975-ci ildə onu Boney M. ləqəbi adı altında tamaşaçılara təqdim edir. Bu ad o zaman məhşur olan Avstraliya detektiv serialının qəhrəmanına məxsus idi. Kompazisiyanı o özü ifa edir. Frenk Farian Europa Sound Studiyasında səsini bir neçə variantda sintez edir bu kompazisiya duet şəklində olur, yəni həm qız həm də oğlan səsləri bu singlı bəzəyir. Lakin gözlənilməz hal baş verir. Musiqi sevərlər bu mahnını çöx bəyənirlər, eləcə də bir çox studiyalardan təkliflər gəlir. Bu halda produsser qrup yaratmaq qərarına gəlir.
Davamı →

ABBA

İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb(ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss).Çox maraqlıdır ki,ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood).Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki,icazə veririk,amma elə edin ki,biz sizin adınıza görə xəcalət çəkməyək:)
1974-cü ildə «Waterloo» mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu «The Visitors» adlı albomu isə 1981-ci ildə çıxıb. Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələrdə, amma “ABBA” qrupun 1983-cü ildən dağıldığı hesab edilir… Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır.


Ardı →

Modern Talking

Avropada 80-ci illərin ən məşhur qruplarından olan Modern Talking qrupunun üzvləri Diter Bolen  və Tomas Andersdən ibarət idi.Bu musiqiçilərin görüşməsinə əsas səbəkar “Hansa” Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüsser Diter Bolen özünün “ Was macht das schon” adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983-1984-cü illərdə musiqiçilər ən uğurlusu “Wovon traumst du denn” olmaqla alman dilində 5 sinql buraxırlar.
Ardı →

H.O.S.T qrupu haqqında

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır.

Ardı →

Ace of Base

Ace of Base(Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə «Tech Noir»adı ilə qatılıb.Adından da göründüyü kimi onlar tecno musiqi ifa etmişlər.Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək Ace of Base adı altında fəaliyyət göstərməyə başlamışlar.
Ardı →

Coldünya

Azərbaycan rok qrupu “Coldunya” 1992 –ci ildə Bakıda yaradılıb.
Tərkib:
Teymur Nadir –vokal, fortepiano
Rövşən Kərimov –gitara, vokal
Samir Cəfərli –zərb və klavişli alətlər
Aydın Hacıyev –bas, dodaq qarmonu
Ardı →

Aerosmith

«Aerosmith» qrupu 1970-ci ildə Stiven Tayler(vokal, piano, mandolina, dodaq qarmonu), Co Perri(gitara, vokal) və Tom Həmilton(bas-gitara) tərəfindən yaradılıb. Bred Uitford (ritm-gitara) və Coy Kramer (zərb) qrupa qoşulurlar və 1973-cü ildə qrupun eyniadlı ilk albomu işıq üzü görür.


Albomların tam siyahısı aşağıdakı kimidir:


Ardı →

"The Beatles" haqqında 10 fakt

1. Əslində  inglis dilində “beatles” sözü mövcud deyil. Bu “beetle”(böcəklər) və “beat”  sözünün birləşməsindən yaranıb. Con Lennon “The Circkets” qrupunun adını yaranmağı yolunu çox bəyənmişdi, axı “crickets” sözü inglis dilindən tərcümədə həm məşhur oyunun adı, həm də “cırcırama” kimi tərcümə olunur. Söz oyununu sevən Con Lennon məhz bu yöndə bir ad fikirləşmək istəyirdi. Uzun sürən araşdırmalardan sonra əfsanəvi kvartetin adı müəyyən olunur. Şifahi səslənərkən “böcəklər” kimi eşidilir, yazıda isə “beat” sözü görünür.


Ardı →