Ay Laçın | Xalq mahnısı

Araz axar su ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.

Alma atdım nar gəldi,
Kətan köynək dar gəldi.
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi.

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın.

Bağçaların barı gül,
Yarı gönçə, yarı gül,
Gec açldın, tez soldun,
Açmayaydın barı, gül.

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın.

Yeri-yeri küsən yar,
Yeni eşqə düşən yar,
Elçiləri qırılmış...
Özü elçi düşən yar!

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın.
 

P.S: Bu mahnını bir çoxları ifa edib, amma nədənsə bu ifanı daha çox bəyəndim. 

5 şərh

BaRLeLiTa
Can Laçın! Bu mahnını Lütfiyar İmanovun ifasında daha çox bəyənmişəm. Videoda ki, ifada uğurlu alınıb.
ctrlA
Bu layihə bir sıra ölkələrdə həyata keçirilib ümumiyyələ. Məsələn Türkiyədə belədir. Çox uğurlu alınıb bizdə də.
pascal
Çox sevdiyimi bir mahnı, ələlxüsus, bu beyti:
Bağçaların barı gül,
Yarı gönçə, yarı gül,
Gec açldın, tez soldun,
Açmayaydın barı, gül.
İfasından doymadığım sənətkarsa, Rəşid Behbudovdur. Kim nə üçünsə oxuyubsa da, Rəşid Behbudov ürəkər üçün oxuyub.
Bir də, bu mahnını dinləyəndə, nədənsə yadıma, sevdiyim filmlərdən biri olan «Təhminə» filmi düşür.
Ferbara
«Təhminə» filmində də bu mahnını dinləyirlər.
Ferbara
Hal-hazırda videoya baxa bilirəm, amma dinləyə bilmirəm. Ümumiyyətlə, bu tip ifaları bəyənirəm.
Laçın mahnısını «Qaya» qrupunun ifasında daha çox bəyənirəm. Daha həzin oxuyurlar.