Bir könül sındırmışam

Mən onu dan ulduzu,
Nazlı şəfəq sanardım.
Kimə inanmasam da,
Bir ona inanardım.
Kimə inanmasam da,
Bir ona inanardım.

Ahh…
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.

O bir qaranquş kimi,
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun,
Dilim onu uçurdu.
Acı dilim qurusun,
Dilim onu uçurdu.

Ahh…
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.

Saçlarının gül ətri,
Titrəyən ovucumda.
İntizar baxışların
Ağlar yol ayrıcında.
Titrəyən baxışların
Ağlar yol ayrıcında.

Ahh…
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.

Sözlər: İslam Səfərli
Musiqi: Ramiz Mirişli
İfa: Şövkət Ələkbərova 



0 şərh