Uzun gecələr

  • Musiqi
Gecə sakit çay axır,
Lal sulardan ay baxır.
Ey könül, gəl cövlana,
Eyvandan mehriban,
Nazlı yar baxır, yar baxır.

Mən necə dözüm,
Yaxın gəl, quzum.
Gecələr, uzun gecələr.

Ulduz göydə sovuşur,
Kirpiklərim qovuşur.
Gəl, gülüm, sevən qəlbim
Gecələr, gecələr,
Tək səni soruşur, səni.

Mən necə dözüm,
Yaxın gəl, quzum.
Gecələr, uzun gecələr.

Gecələr, gecələr,
Tək səni soruşur, səni.

Mən necə dözüm,
Yaxın gəl, quzum.
Gecələr, uzun gecələr.



Mus.: C.Cahangirov
Söz: İ.Səfərli

0 şərh