Hardasan, sevgilim

Yenə sənsiz bu axşam
Yuxum qaçmış gözümdən.
Səni deyib durmuşam,
Xəbərim yox özümdən.

Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl.
Gözləyirəm yolunu.
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl.
Sal boynuma qolunu.

Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.

Gecə yumur gözünü,
Gəl, gözümün işığı.
Tez ol yetir özünü,
Evimin yaraşığı.

Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.



Mus.: Ş.Axundova
Söz: M.Atəş

0 şərh