Məni atdın, ay qız

  • Musiqi
Məni atdın, ay qız, ay qız, atəşə,
Məni atdın, ay qız, ay qız, atəşə,
Bəsləməkdir eşqini, inan, peşəm.

Atacaqdın məni, sevdin söylə bəs neyçin?
Doldur eşqi şərbət kimi ver içim.
Söylə, söylə, sənə belə nə oldu, yar?

Atacaqdın məni, sevdin söylə bəs neyçin?
Doldur eşqi şərbət kimi ver içim.
Söylə, söylə, sənə belə nə oldu, yar?

Axtarıram gəl, haralarda qalmısan?
Məni incitmə, yalvarıram, yar,
Məni atma, tərk etmə.

Atacaqdın məni, sevdin söylə bəs neyçin?
Doldur eşqi şərbət kimi ver içim.
Söylə, söylə, sənə belə nə oldu, yar?

Atacaqdın məni, sevdin söylə bəs neyçin?
Doldur eşqi şərbət kimi ver içim.
Söylə, söylə, sənə belə nə oldu, yar?

Gözü yolda qaldım, qaldım, ey gözəl.
Gözü yolda qaldım, qaldım, ey gözəl.
Bahar ötdü, yarpaqlar oldu xəzəl.

Yollarına baxa-baxa qaldı gözlərim,
Sənə çatsın ürəyimdəki sözlərim,
Söylə, söylə, sənə belə nə oldu, yar?



Mus.: C.Cahangirov
Söz: Z.Cabbarzadə

0 şərh