Payız gəldi

  • Musiqi
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neynəyim, ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalıb,
Yarpaq pıçıltısı sənin səsindir.
İşıqlar zil qara gözündən qalıb,
Bu şirin xatirə mənim bəsimdir.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər, nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim.
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.


Mus.: E.Sabitoğlu
Söz: F.Qoca

0 şərh