Qurban adına

  • Musiqi
Qurban adına, bir sal yadına.
Sənin oduna, a gülüm, yandım bilmədin.
Nədir bu hicran?
Səni hər zaman,
Əziz, mehriban, a gülüm, sandım, bilmədim.
Gərək biləydin, deyib güləydin.

Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.

Yetər qüssə, qəm, mən səni hərdən
Könlümə həmdəm, a gülüm, sandım, bilmədin.

Səndən ötəri bir yaz səhəri
Çox gözəlləri, a gülüm, dandım, bilmədin.
Gərək biləydin, deyib güləydin.

Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.

Ellər gözəli, səni görəli,
Çiçəyi, gülü, a gülüm, dandım, bilmədin.
Gülər üzünü, şirin sözünü,
Ala gözünü, a gülüm, andım, bilmədin.
Gərək biləydin, deyib güləydin.

Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.


Mus.: S.Rüstəmov
Söz: S.Rüstəm

0 şərh