Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Rəşid Behbudov

  • Musiqi
Rəşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən Şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahnılarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.
1938-ci ildə Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbərliyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşamış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.
Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin, Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlının yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qısqanclığı ilə üzləşirdi. Burada Azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. O, həmçinin, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməyə başlayır. Rəşid Behbudovun bir müğənni kimi təkcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Davamı →

Niyazi Tağızadə Hacıbəyli

  • Musiqi

Niyazi Tağızadə Hacıbəyli 1912-ci ildə Tiflisdə anadan olub. Onun atası Zülfüqar bəy Hacıbəyli Azərbaycanın görkəmli musiqi xadimlərindən olmuşdur. Niyazinin əmisi Üzeyir bəy Hacıbəyli onun uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə diqqət yetirmişdir. Ümumi təhsil aldıqdan sonra Niyazi Moskva şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur.
1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, sonra isə Yerevan (əvvəllər bu Azərbaycan şəhəri İrəvan adlanırdı) konservatoriyasında təhsilini davam etdirmişdir.
1933-1934-cü illərdə Niyazi Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. O, təzəcə yaranan Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir. Niyazi 1938-ci ildən həmin orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuşdur. Eyni zamanda onun ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. Belə ki, o, 1937-1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır.


Davamı →

Rok tarixi

  • Musiqi
Gitara rifflərinin gücü və hiddətli dinamikası çoxlu drayv və enerji ilə sazlanmış böyük enerji ehtiyatı və şəxsi fəlsəfədir... Bir çoxları üçün rok — böyük Led Zeppelin, Deep Purple, Pink Floyd və rok musiqisinin digər nəhəngləri, mələkləri, burada, Azərbaycanda əlçatmaz olanlardır. Müasir Azərbaycan roku, qəribə olsa da bu gün yarandığı dövrdəki roka bənzəyir: gənclər, submədəniyyət, öz «paralel» həyatının özünə xas atmosferi, hər kəsin bir-birini tanıdığı pərəstişkarların dar dairəsi və demək olar ki, böyük şou-biznes aləmi ilə əlaqənin tamamən olmaması...
Azərbaycanda rok tarixi əcaibdir və ayrıca kitaba layiqdir. Çünki Azərbaycan roku — əsl feniksdir. Hətta eyni zamanda sələflərinə bənzəyən və bənzəməyən, ən qatı pərəstişkarların ondan əlini üzdükdən sonra belə tamamilə yanan və sözün həqiqi mənasında küllərindən yenidən doğan feniks.
Rok —

Davamı →

Musiqinin insan psixologiyasına və sağlamlığına təsiri

  • Musiqi

Musiqi nəyə qadirdir?
Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var — muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir.
Musiqi ilə müalicə,


Davamı →

Fikrət Əmirov yaradıcılığının mirvarisi - Azərbaycan Kapriççiosu

Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”, – deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır.


Davamı →

Xalq artisti Əbülfət Əliyev

Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti Əbülfət Əliyev idi. Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkardan olub. Onun ifa tərzinə incə lirizm, emosionallıq, səlis və orijinal üslub xasdır.

Davamı →

“İrəvanda xal qalmadı“ mahnısı haqqında

  • Musiqi
İrəvanda xal qalmadı. Yəqin ki, hamımızın əzbərində olan mahnının maraqlı tarixçəsi var. Mahnının sözləri və musiqisinin müəllifi məşhur muğam ustası Cabbar Qaryağdıoğluya aiddir.
Mahnının yaranma tarixi haqda müxtəlif versiyalar var. Bir versiyada deyilir ki, Cabbar Qaryağdıoğlu İrəvan şəhərində mülkədar bir kişinin oğlunun toy məclisini aparırmış. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimov və kamançaçı Məşədi Qulu ilə bir yerdə üç gün üç gecə toyu möhtəşəm şəkildə aparmış və hamını hayıl-mayıl eləmişdi. Toylarda “Bəy tərifi” indilərdə olduğu kimi o zaman da məşhur imiş. Cabbar Qaryağdıoğlu bəy tərifi etdiyi zaman gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən?

Davamı →

Xalq mahnısı "Apardı sellər Saranı" haqqında

  • Musiqi
Bu mahnı da nakam sevginin taleyinə bir ağıdır. Ən qədim xalq mahnılarımızdandır və hamının əzbərə bildiyi mahnıdır.
Əfsanələrin birində deyilir ki, Sara adlı qız öz adaxlısı, indiki dillə desək, sevgilisi Xançobanı Arpa çayı kənarında gözləyərkən faciə baş verir: onu sel aparır. Xatırladaq ki, Arpa çayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kəndin qocalarının dediyinə görə, Arpaçayı hərdən-hərdən elə daşarmış ki, heç kimin gözünün yaşına baxmaz, neçə-neçə adamı qabağına qatıb ilim-ilim itirərmiş. Bu daşqınlar çoxlu insan tələfatına səbəb olubmuş. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir.

Davamı →

Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsi

  • Musiqi

1937-ci il 30 aprel. O gün Azərbaycan mədəniyyət tarixinə düşən günlərdən biri idi. Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operasının premyerası keçirilirdi. Sanki səhnəni, salonu ağuşuna almış musiqi sədaları qəlbləri riqqətə gətirirdi. Tamaşaçılar ovsunlanmışdı. Səhnədə xalqın haqsızlığa qarşı qəhrəmanlıq mübarizəsi canlandırılırdı.


Davamı →