Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Tofiq Quliyev | Əbədi nəğməkar

  • Musiqi

Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.


Davamı →

Zibeydə mahnısı haqda

  • Musiqi
Azərbaycanın estrada cazının ən sevilən və bir çox müğənninin illərdir müraciət etdiyi “Zibeydə” mahnısı necə yaranıb?
Milli musiqi xəzinəmizə əvəzsiz töhfələr verən bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə dinlənilir, zövqləri, ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə tərzi gətirən sənətkardır.

Davamı →

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti Xan Şuşinski

  • Musiqi
Bu gün Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.
Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.

Davamı →

Müslüm Maqomayevin məşhurlaşdırdığı Kor Əhəd kim idi?

  • Musiqi
Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda dünyaya gəlib. O, iki yaşına çatanda keçirdiyi xəstəlikdən görmə qabiliyyətini itirir və sonra tamamilə kor olur. Anası Əhədi ovundurmaq üçün Moltanı bazarından ona 12 dilli qarmon alır. Qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Qarmanda özü üçün müxtəlif mahnılar ifa edən, başını qarışdıran Əhədin sonralar “Kor Əhəd” ləqəbi ilə güclü qarmon ifaçısına çevriləcəyini isə heç kim düşünməmişdi.
Əhədin fitri istedadı və güclü iradəsi olub. 5-6 yaşında artıq o, qarmonda çalmağı öyrənib. Onun bu bacarığını görən atası Əhədi özü ilə toylara aparmağa başlayır. Əhəd Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Seyid Mirbabayev kimi xanəndələrə qulaq asır, onların boğazlarında vurduğu zəngulələri qarmonun dilinə köçürməyə çalışır.

Davamı →

3-cü kursda bütün SSRİ məkanına səs salan Azərbaycanlı - Cahangir Cahangirov

Bu il görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu.  Mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaratmış  sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth edib. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurub, bəyənilib, sevilib və zamanında  dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Davamı →

İgid əsgər, möhkəm dayan

  • Musiqi
Deyirlər, əsl mahnıların zamanı  olmur, o doğulur və yaşayır. Aid olduğu xalqın ruhuna hopub dilinin əzbərinə çevrilir. İlk  səngər mahnımız “İgid əsgər möhkəm dayan” qələbəyə səsləyişin himni, zəfər inamlı misralardı. Bu ölümsüz nəğmə vətənimizin ən dar zamanlarında döyüşə yolladığı əsgərinə ünvanladığı ana nəsihəti, ata öyüdüdür. Azadlığın şərbətin  içmiş vətən oğlu bu sözlərdən, sətirlərdən  qüvvət aldı. Xalqımız yumruq olub bu mahnının sözlərini təkrarladı: “İgid əsgər, möhkəm dayan”.

Davamı →

Ərinin hər gün döydüyü Nəzakət

  • Musiqi
Nəzakət Məmmədova haqqında 10 maraqlı faktı təqdim edirik.:
 
1. Gəncədə anadan olan Nəzakət Məmmədova anasının istəyini nəzərə alaraq təhsil almaq üçün Bakıya gəlir. Opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, «Rast», «Qatar», "Şahnaz", «Segah» və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır və gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır.
Davamı →

Ölkəni bürüyən terror - Özümüzü necə qoruyaq?

  • Musiqi
Sovet fotolarından boy verən o xoşbəxtlik… Təkcə nostalgiya yox, həm də xoşbəxtliyə cütlənmiş cizgilər, günəbaxan kimi üzlər...
Totalitar cəmiyyətlərin özünəxas hədiyyələri var; insana bir çərçivə verir ki, bu çərçivənin içində yaşa. Bu halda sən artıq əl-qol atmağın bir mənası olmadığını başa düşürsən, nəinki dünya, ölkə, heç öz gələcəyin barədə də nəsə plan qurmağa ehtiyac görmürsən. Bilirsən ki, sənin planını quran var, sənə qalan yeganə iş biçilmiş bu paltarın içində ömür sürməkdir. İşlə, rəqs elə, seviş...

Davamı →

Şuşada yaranan xalq mahnıları

  • Musiqi
Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Davamı →

Doğum günündən zəhləsi gedən Xalq artisti - Elmira Rəhimova

  • Musiqi
Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.
50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib və bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin «Cücələrim» mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.

Davamı →