Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Ən yaxşı müharibə mahnılarının bəstəkarı

Onu İkinci Dünya müharibəsi haqqında yazılan ən yaxşı mahnıların müəllifi adlandırırlar. Kino bəstəkarı, müğənni, pianoçu, aktyor, SSRİ Xalq artisti Yan Frenkel bunu müharibə illərinin uşağı olması, Böyük Vətən müharibəsində iştirak etməsi və nəhayət müharibəni bütün incəlikləri ilə duyması ilə əlaqələndirib.Böyük bəstəkar yaşasaydı, noyabr ayında 100 yaşı olacaqdı. Həm sağlığında, həm də ölümündən sonra təkcə «Durnalar” kompozisiyası dillər əzbəri olaraq, bəstəkarına ümumittifaq şöhrəti qazandırıb.

Davamı →

Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı

Bənzərsiz səsə malik olan Azərbaycanın məşhur xanəndəsi, “Qarabağ” instrumental ansambılının yaradıcısı Səxavət Məmmədovun bu günlərdə ruhu şaddır.  Onun doğulub, boya- başa çatdığı Ağdam rayonu artıq düşmən tapdağından azad edilib.
Xanəndənin vətənə, torpağa olan sevgisi daim göz önündə idi. O, Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaratdı.

Davamı →

Min bir gecə baleti və ya min illərə sığmayan sənət dünyası

  • Musiqi
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.
Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

Davamı →

Gitaraya hökm edən adam

  • Musiqi
Azərbaycan gitara ifaçılığı məktəbinə ağır itki üz vermişdir. Uzun illər bu sənətdə çalışan, eyni uğurla həm rok, həm klassik, həm çağdaş, həm də jazz musiqisini ifa edən yeganə gitaraçı Rövşən Məmmədov ağır xəstəlikdən sonra 47 yaşında Moskvada vəfat etmişdir.
Rövşən Məmmədov 1972-ci il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. Lap gənc yaşlarında valideynlərini itirsə də, həyata inamını itirmədi, orta məktəbdə səylə təhsilinə davam etdi, eyni zamanda musiqi məktəbinə gedir, violin ifaçılığına yiyələnirdi. Məktəbi bitirdikdən sonra, 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur və mühəndis-texnik kimi buradan məzun olur.

Davamı →

Musiqi valları niyə qayıdır?

Bütün dünyada, xüsusən də Qərbdə, Yaponiya və Avstraliyada köhnə musiqi valları böyük qayıdışını yaşayır. Bu qayıdışı bəzən də “vinil inqilabı” adlandırırlar.
Valların “vynil” adlandırılmasının səbəbi onların polivinil-xlorid kimyəvi maddəsindən hazırlanmasıdır.
Musiqilərin indi daha çox telefon, kompüter və USB-lərdən dinlədildiyi müasir dövrdə bu qayıdış bir çoxları üçün gözlənilməz olub.
Ötən il Britaniyada musiqi vallarının satışı rəqəmsal endirmələri tarixdə ilk dəfə olaraq geridə qoyub.

Davamı →

Carmen və parislilər

2017-18 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdi`nin «La Traviata», ikincisi Georges Bizet`nin (Jorj Bize) «Carmen» operası olub. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur.
Yazılışının üstündən əsr yarıma yaxın vaxt keçməsinə baxmayaraq indi də «Carmen»i dinləyəndə onun təravətinə valeh olmaya bilmirsən — sanki opera başdan-ayağa gözəl və həyəcanverici melodiyalar paradıdı. Operadakı parçalar: "Üvertüra", «Habanera», «Sequidilla», Qaraçı mahnısı, Toreadorun kupletləri, Jose`nin çiçəklə ariası, 4-cü pərdədən Antrakt… Dünya opera tarixində bu qədər sevilən melodiyaya malik ikinci operanı xatırlamaq çox çətindir.
«Carmen»dən səhnə

Davamı →

Muğam - kütləvi yuxu dərmanı

  • Musiqi
 Ancaq yadelli müsəlman təfəkkürümüz araq məsələsində də bizi qonaq-qara yanında üzüqara edib. Belə ki, ölkənin araq sənayesi müştərilərini əldən buraxmamaq üçün çox milli  bir yol seçib. İstehlakçıda alkoqoldan asılılıq yaratmaq üçün araqların tərkibinə psixotrop maddələr qatırlar və bu maddələr «Yeyib-içən oğlan»ın (ifadə meyxanaçılara məxsusdur) sinir sistemini ilk şüşədəcə zədələyərək onda qorxu, əsəb nevrozu yaradır. Milli araqların paxmelliyində nevroz xəstəliyinin əlamətlərini kor yapalaq belə, istəsə görə bilər. Sinirləri iflic olmuş psixopat istifadəçiyə elə gəlir ki, içməsə başına bir iş gələcək, yaxud əsəblərini sakitləşdirmək üçün mütləq yenə içməlidir. Beləliklə, gərgin iş gününün sonunda ucuz, milli — çölü «Xan», içi nökər arağından «əlli» vurub stresdən azad olmaq istəyən yazıq zəhmətkeş, kasıb vətənpərvər psxixi xəstəyə, içki düşkününə çevrilir. Gerisini də özünüz bilirsiniz, ya içib bacanağını bıçaqlayır, ya arvadını boşayır, ya da ağlını itirib seçki qutusunu oğurlayır.

Davamı →

Kinonu duyan bəstəkar

  • Musiqi
Vizual ədəbiyyat adlandırdığımız, incəsənətin ən kütləvi forması olan kino yarandığı ilk vaxtlardan insanları həyatın mənası haqqında düşünməyə, ətrafda baş verənləri təhlil etməyə vadar edib. Bütün dövrlərdə aktuallığını itirməyən bu sintetik sənət növü ilk günlərdən musiqiyə ehtiyac duyub. Elə buna görə də ilkin, səssiz kino dövründə film nümayişlərini fonoqram musiqisi və yaxud tapyorlar (piano çalan adam) müşayiət edib.
Musiqi kinonun mühüm komponentlərindəndir. Dünya kinosunda olduğu kimi, Azərbaycan kinosunda da bir çox filmlərə janrına müvafiq olaraq musiqilər yazılıb, mahnılar bəstələnib. Ekran əsərlərinin inkişafında, geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsində bəstəkarlarımızın rolu böyükdür. Kinoya xüsusi münasibət bəsləyən görkəmli musiqi xadimi, respublikanın Xalq artisti Xəyyam Mirzəzadə (1935-2018) belə sənətkarlardandır. Anadan olmasının 85-ci ildönümü münasibətilə bəstəkarın kino yaradıcılığına nəzər salacağıq.

Davamı →

Qədim muğamın fəal təbliğatçısı

  • Musiqi
Bu gün Azərbaycan muğam sənəti özünün qızıl dövrünü yaşayır. Sənətin belə yüksək səviyyədə təbliği və inkişafinda Mehriban xanım Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan muğamında yeni inkişaf dönəmi başlayıb. İlk olaraq «Qarabağ xanəndələri” muğam toplusunun çap edilməsi, muğam gecələrinin təşkili və təbii ki, ən böyük layihə olan Muğam Televiziya Müsabiqələrinə start verilməsi böyük işlərdir.

Davamı →

Sənətinin vurğunu - Səadət Abdullayev

  • Musiqi
Tanınmış musiqişünas, etnoorqanoloq və pedaqoq Səadət Abdullayeva 1940-cı il yanvarın 18-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Abutalıb Abdullayev İçəri şəhərin «Ağşalvarlılar” məhəlləsindən idi. O, dövlət xadimi olub, Mənzil-Kommunal təsərrüfatı naziri vəzifələrində çalışıb, Azərbaycanın qazlaşdırılmasında xüsusi xidmətlər göstərib.
Səadət xanım onun üç qızından biri idi. Uşaqlar evdə musiqiyə böyük sevgi görüblər. Çünki valideynləri musiqini çox seviblər. Onların bu sevgisi övladlarına da təsir göstərib. Böyük qızları Sevil xanım orta təhsilini onillik musiqi məktəbində başa vurub. Səadət xanım və kiçik bacısı Gülnaz xanım isə musiqi sənətinə ömürlük bağlanıblar.

Davamı →