Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Vısotski sevgisi

«Görüş yerini dəyişmək olmaz» filmində canlandırdığı Jeqlov obrazından sonra bütün Sovet məkanında daha da məşhurlaşan Vladimir Vısotski poeziyadan əl çəkmədi. 
Hərdən Avropaya səfərlərindən qayıdandan sonra kinorejissorlara onun üçün hansısa rolun verilib-verilməyəcəyini soruşarmış. Rejissorlar onun haqqında həmişə düşünüblər. Çünki «Hamlet»də Danimarka şahzadəsinin faciəsini mükəmməl yaratması, teatr və kino xadimlərinin fikirlərini bir nöqtədə cəmləşdirib: «Vladimir əsl aktyordur». Vısotski ciddi aktyor olduğunu sübüt etmişdi. Amma xalq onu küçə şairi və məhəllə müğənnisi kimi görmək istəyirdi, yaxud belə qəbul olunmuşdu.
 
Sovet ədəbiyyatında «pərdə arxası» deyilən terminin altında belə şair və müğənnilər çox olub. Onlardan dövrümüzə qədər çox az sayda insanlar özlərini fərqləndirə biliblər. «Pərdə arxası» termininin altında bəyənilməmək dururdu: «Onlar bizə yaddır, yaratdıqları da dayazdır». Vladimir Vısotski də bəyənilməyənlərin cərəyanında ön sıralarda dururdu.
Davamı →

Musiqiləri könüllər məlhəmidir

  • Musiqi
Böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi
Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın "Şur«u və „Kürd ovşarı“nda duyulacaq, „Azərbaycan kapriççiosu“ kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya — Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir.
Davamı →

Gedək üzü küləyə

  • Musiqi
Sevgilim, tut əlimdən,
Gedək üzü küləyə.
Rahatlıq gəzmirəm mən,
Gedək üzü küləyə.

Qoy göynəsin üzümüz,
Qoy yaşarsın gözümüz,
Bükülməsin dizimiz,
Gedək üzü küləyə.

Yollarda daş-kəsək var,
Yollarda gül-çiçək var.
Yollarda qar-külək var,
Gedək üzü küləyə.

Biz axşamla,səhərlə,
Gəl üzləşək hünərlə.
Günlərlə, həftələrlə,
Gedək üzü küləyə.
Davamı →

Payız ətirli mahnılar

  • Musiqi
Payız fəsli sərin hava ilə yanaşı, yanında romantik abı-hava da gətirir. Küləksiz, narın yağış altında şəhəri gəzmək, sevdiyiniz insanlarla bir stəkan isti çay və səmimi söhbət. Bu fəslin öz dəbi, öz rəng uyumu olduğu kimi musiqiləri də var.

1. Dəniz, məni də apar...

Davamı →

Eminemin keçdiyi yollar

5 yaşından etibarən treylerdə yaşayır və mütəmadi olaraq anası ilə bir şəhərdən digərinə köçür. 10-dan çox məktəb dəyişir.

4-cü sinifdə oxuyarkən azyaşlını elə döyürlər ki, onu özünə gətirmək üçün 12 həkim tələb olunur.

14 yaşı olduqda başından zərbə aldığı üçün xəstəxanaya yatırılır. Qulağından dayanmadan qan gəlir və 5 gün reanimasiyada qalır.

16 yaşı olduqda isə məktəbdən qovulur və anası onu işləməyə məcbur edir. Rep deməyi arzulasa da, heç vaxt buna diqqət yetirmirdi.

19 yaşında isə ən yaxın dostu və eyni zamanda əmisi ov tüfəngi ilə özünü güllələyir.

24 yaşında albom çıxartsa da, uğursuzluqla nəticələnir. Bu zaman onun yaşamaq üçün pulu olmur. Geydiyi paltarlarını isə dostları alır.
Davamı →

Mirzə Babayev

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ilin iyulun 16-da Maştağada anadan olmuşdur. O, 1935-1940-cı illərdə Bakı Sənaye İnistitunun memarlıq şöbəsində təhsil almışdır. Musiqiyə olan böyük marağıonu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartmışdır.

Mirzə Babayev burada professor Bülbülün sinfinə qəbul olmuşdur.1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə az bir zamanda tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Davamı →

Əlahəzrət Saksofon

Saksofon caza klassik musiqidən gəlmişdir. Bu gün cazı saksofonsuz təsəvvür etmək olarmı? Öz həyat yolunun başlanğıcında vətəndaşlıq hüququ qazanmaq uğrunda çətin mübarizə aparmalı olmuş saksofon indi özünə möhkəm yer tutmuş, milyonlarla dinləyicinin qəlbini fəth edərək populyarlıq zirvəsinə ucalmışdır.

1846-cı il mayın 17-də Belçikalı usta Adolf Saks özünün yeni ixtirasına — tembrinə görə müxtəlif çalğı alətləri ilə yaxşı uzlaşan, səs diapazonu iki oktava yarım olan saksofon adlı çalğı alətinə patent almışdır. Ağacdan və misdən hazırlanan nəfəs alətləri arasında orta mövqe tutan yeni çalğı aləti yaratmağı öz qarşısına məqsəd qoymuş A.Saks bu niyyətini həyata keçirmək üçün yeni bir prinsipdən istifadə etmişdi: o, klarnetin dilçəyini və qoboyun klapanlı mexanizmini konusvari borucuqla birləşdirmişdi. Korpusu metaldan hazırlanmış bu çalğı aləti xarici görkəminə görə bas-klarneti xatırladırdı. Uc tərəfdə genişlənərək yuxarıya doğru əyilmiş borucuğa «S» hərfi şəklində əyilmiş metal ucluqlu dilçək bərkidilmişdi.

Saksın bu ideyası çox uğurlu oldu: yeni çalğı aləti misdən və ağacdan hazırlanan nəfəs alətləri arasında həqiqətən əlaqələndirici vasitəyə çevrildi. Üstəlik, bu alətin tembri bir sıra musiqiçilərin marağına səbəb olmuş, onların diqqətini cəlb etmişdi. Saksofonun səs çalarları həm ingilis tütəyinin, həm də klarnetin və violonçelin səsini xatırladır, səsinin gücü isə klarnetin səsinin gücündən xeyli artıqdır.
Davamı →

Karmen - uğursuzluq, faciə, əbədi şöhrət

2012-2013 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdinin «La Traviata», ikincisi Corc Bizenin «Karmen» operasıdır. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur. «Karmen» fransız bəstəkarı Corc Bizenin 1874-cü ildə Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında olan operadır. Operanın librettosunun süjeti Prosper Merimenin eyni adlı novellasından götürülmüşdür.
Davamı →

Nədən oldu

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən
Davamı →

Caz skripkaçıları

  • Musiqi
Staf Smit
Staf Smit — caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik «pulsasiya» yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır.
Davamı →