Рейтинг
+29.46

Musiqi

29 üzv, 158 topik

Ölkəni bürüyən terror - Özümüzü necə qoruyaq?

  • Musiqi
Sovet fotolarından boy verən o xoşbəxtlik… Təkcə nostalgiya yox, həm də xoşbəxtliyə cütlənmiş cizgilər, günəbaxan kimi üzlər...
Totalitar cəmiyyətlərin özünəxas hədiyyələri var; insana bir çərçivə verir ki, bu çərçivənin içində yaşa. Bu halda sən artıq əl-qol atmağın bir mənası olmadığını başa düşürsən, nəinki dünya, ölkə, heç öz gələcəyin barədə də nəsə plan qurmağa ehtiyac görmürsən. Bilirsən ki, sənin planını quran var, sənə qalan yeganə iş biçilmiş bu paltarın içində ömür sürməkdir. İşlə, rəqs elə, seviş...

Davamı →

Şuşada yaranan xalq mahnıları

  • Musiqi
Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Davamı →

Doğum günündən zəhləsi gedən Xalq artisti - Elmira Rəhimova

  • Musiqi
Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.
50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib və bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin «Cücələrim» mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.

Davamı →

Müəmmalı şəkildə ölən Xalq artisti - Qəndab Quliyeva

  • Musiqi
Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqustun 10-da Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.
1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Leyli, Əsli, Şahsənəm, Gülbahar, Xanəndə qız kimi aparıcı rollar ifa edib.

Davamı →

Beşik nəğməmizin bəstəkarı - Qəmbər Hüseynli

Ötən əsrin 50-ci illərində Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Ölkəmizin kino işçiləri həmin tədbirdə iştirak edən dünya kinosunun məşhur ulduzu Çarli Çaplinlə də görüşürlər. Çaplin qonaqların haradan gəlmələri ilə maraqlanır. Azərbaycan və Bakı adını eşidərkən dərhal pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.
Gəlin uşaqlı-böyüklü vaxtilə hamımızın sevə-sevə oxuduğumuz və bu gün bütün dünyanın oxuduğu məşhur “Cücələrim” mahnısının müəllifini — cəmi 45 il ömür sürən Qəmbər Hüseynlini ehtiramla xatırlayaq.

Davamı →

Homoseksual kralın aşiq olduğu bəstəkar

Alman opera bəstəkarı, musiqi nəzəriyyəçisi və yazıçısı, teatr direktoru Riçard Vagner… O, inkişaf etdirdiyi birləşmiş sənət əsəri anlayışı “Gesamtkunstverk” ilə musiqi dünyasına təsir etməyi bacardı. Həm musiqi və dram mövzusundakı yenilikləri, həm də yəhudi əleyhinə olan fikirlərinə görə, XX əsrin ən çox müzakirə olunan musiqiçisidir.

Davamı →

Xançoban kimdir?

Bu mahnı da nakam sevginin taleyinə bir ağıdır. Ən qədim xalq mahnılarımızdandır və hamının əzbərə bildiyi mahnıdır.
Əfsanələrin birində deyilir ki, Sara adlı qız öz adaxlısı, indiki dillə desək, sevgilisi Xançobanı Arpa çayı kənarında gözləyərkən faciə baş verir: onu sel aparır. Xatırladaq ki, Arpa çayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kəndin qocalarının dediyinə görə, Arpaçayı hərdən-hərdən elə daşarmış ki, heç kimin gözünün yaşına baxmaz, neçə-neçə adamı qabağına qatıb ilim-ilim itirərmiş. Bu daşqınlar çoxlu insan tələfatına səbəb olubmuş. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir.

Davamı →

Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı

Bu gün söhbət açacağımız mahnının tarixçəsi bir az qəribə və fərqlidir. Həmin mahnının qəhrəmanları da yaşayır. Elə mahnının özü kimi...
Mahnının sözləri Fikrət Qocaya, bəstəsi Ruhəngiz Qasımovaya aiddir. Yəqin ki, bu məşhur mahnını tanıdınız. Tanımadınızsa, deyək: “Ay ana, dostum evlənir”. Romantik və eyni zamanda gülməli bir əhvalat nəticəsində dünyaya gələn mahnı… 1967-ci ildə yazılan bu mahnı təkcə Ruhəngiz xanımın arzusunu deyil, o zamankı gəncliyin də arzularının ifadəçisinə çevrilmişdi.

Davamı →

Musiqimizin Peyğəmbəri

Sosial şəbəkələrin birində istifadəçilər arasında “Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahiləriindənən ən çox kimə ehtiramınız var” sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki, bütün ömrünü xalqının mədəniyyətinə, maarifinə həsr etmiş bu böyük şəxsiyyətin fəaliyyətində çoxlarından fərqli olaraq heç bir qaranlıq səhifə, təzadlı cəhət tapmaq mümkün deyil. Onun yaradıcılığı tamlıqla xalqına məhəbbətin, xidmətin təkrarsız nümunəsidir.

Davamı →

Üzeyir bəyin yetirməsi, Qarayevin sevimli tələbəsi

Xalqımızın estetik fikrinin formalaşmasında, tamaşaçı və dinləyici zövqünün inkişafında əməyi olan bəstəkarlarımızdan biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, ictimai xadim Rauf Hacıyevdir. Görkəmli sənətkar təkrarsız əsərləri ilə musiqi xəzinəmizə zənginlik qatıb.
Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Atası məşhur tarzən Qurban Pirimovun yetirməsi olub. Anası Nanə xanım isə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Abayevanın vaxtilə himayəyə götürdüyü on uşaqdan biri olub. 1937-ci ildə repressiya dalğası onun atasını da qərq edir və ailə dağılır. Rauf Zərdabinin qızı Qəribsoltan xanımın himayəsində qalır.

Davamı →