Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

  • Musiqi
9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur “Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var.
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Davamı →

Borçalı aşıq mühitinin ustadı

Borçalı saz-söz mühitinin yetirmələri arasında şaqraq səsi, fərdi ifaçılıq tərzi ilə tanınan və sevilən sənətkarlardan biri də Aşıq Sadıq olub.
Sadıq Həsən oğlu Sultanov 1893-cü ildə İrəvan quberniyasının Qaraqala (Qaraçala) kəndində dünyaya göz açır. Həsən kasıb olsa da, açıq fikirli, geniş dünya görüşlü bir kişi olur. Oğlunun istedadlı olduğunu hiss edir və ona təhsil vermək istəyir. Sadıq 9 yaşına çatanda onu İrəvan şəhərinə apararaq Göy məsciddə molla məktəbinə qoyur. O, burada iki il oxuyur. Qəflətən Həsən kişi vəfat edir.

Davamı →

Ramiz Zöhrabovun yaradıcılığında “Zərbi-muğam” janrı

Şifahi ənənəli Azərbaycan professional musiqisinin əsas janrlarından biri zərbi-muğamlardır. Azərbaycan xalqının musiqi irsində geniş yer tutan bu janr həm bəstəkarların, həm də musiqişünas alimlərin diqqətini cəlb edən mühim bir mövqedə yerləşir. Bu baxımdan zərbi-muğam janrının tədqiqi məsələsi olduqca maraqlıdır. Bu istiqamətdə ilk olaraq dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Azərbaycan şifahi ənənəli professional musiqi janrları haqqında dəyərli araşdırmaları, görkəmli musiqişünas-alim M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” adlı elmi nəzəri kitabında adını çəkdiyimiz janr haqqında məlumatlara rast gəlirik.
Davamı →

Muğamla dünyanı dolaşan ustad xanəndə

Böyük sənətkar Məşədi Məmməd Fərzəliyev ömrünün 60 ilini Azərbaycan və klassik şərq musiqisinin inkişafına həsr edib. Onun adı Azərbaycanın görkəmli xanəndələrindən Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Şəkili Ələsgərin və Zabul Qasımın adı ilə yanaşı çəkilir. Məşədi Məmmədin çox məlahətli səsi var idi və 0, gur zəngulə vuran bir xanəndə idi.
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu dilbər guşədə keçsə də, çox erkən doğma şəhərini tərk edib, lap gənc yaşlarından bir müddət Gəncədə, sonralar isə Tiflis, Batum, Vladiqafqaz, İstambul və sair şəhərlərdə yaşamış və xanəndəlik etmişdi.
Davamı →

Mirzə Əsəd oğlu Sadıq

Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdi və özü də bir neçə gün tikinti işində iştirak etdi.
Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi olub. Atası oğlundakı gözəl səsi duyaraq, onu Xarrat Qulunun məktəbinə apardı. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq, məlahətli avazından xoşu gəlib və məktəbinə qəbul etdi. Sadıqdan başqa, bu məktəbin məzunları Şuşanın ən məşhur muğam ifaçıları idi: Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim və Keçəçi oğlu Məhəmməd. Bu məktəb Sadıqın musiqiçi kimi formalaşmasına böyük təsir göstərmişdir.
Davamı →

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar
Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini  — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Davamı →

Azər Rzayev

Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.
İlk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır.
Davamı →

Bərbət

XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur.
Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. «Bərbət» sözünün bər «sinə», bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, «ləpələnmə», «dalğalanma» mənasını verməsi qeyd olunur.

Davamı →

Süleyman Ələsgərov

Respublikanın Xalq Artisti S.Ələsgərov tanınmış bəstəkar, musiqi ictimai xadimi olmuşdur. Ələsgərovun zəngin yaradıcılıq irsi cox genişdir. Müxtəlif janrlara müraciət edən bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental əsərlər, kantatalar, romanslar daxildir. Bəstəkarın musiqisinə optimizm, səmimilik xasdır. Müasir dövrün aktual məsələlərinin, insanların arzu və istəklərinin, təbiət lövhələrinin tərənnümü Ələsgərovun yaradıcılıgının əsas qayəsini təşkil edir.
Davamı →

Cahangir Cahangirov

  • Musiqi
Cahangir Cahangirov Ü.Hacıbəyli ənənlərini davam etdirən görkəmli bəstəkarlarımızdandır. Onun yaradıcılığının formalaşması 40-cı illərin sonuna təsadüf edir. Zəngin xalq musiqi yaradıcılığına, milli musiqinin nailiyyətlərinə, həmçinin rus klassikasının ənənələrinə əsaslanan C.Cahangirov dünya musiqi mədəniyyətinin müsbət cəhətlərini öz yaradıcılığında ifadə etmişdir.
Çoxşaxəli yaradıcılıq irsinə malik sənətkar «Azad» operasının, külli miqdarda xor, vokal instrumental əsərlərin, kütləvi mahnıların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →