Yanni Chrysomallis

«New age» musiqisinin ən tanınmış nümayəndələrindən biri olan Yanni Chrysomallis, 14 noyabr 1954-cü ildə Yunanıstanda anadan olmuşdur.
Yanni kiçik yaşlarından Mozart, Şopen, Bethoven, Stravinski kimi böyük musiqiçilərin təsiri altında olmuşdur. O, dinlədiyi bu insanları «bir söz belə demədən dinləyiciləri ilə ünsiyyə qurmağı bacaran müsiqiçilər» adlandırmışdır, və belə bir musiqiçi olmağı qarşısına məqsəd qoymuşdur. Yanninin fikrincə hərflərin birləşməsiylə bildirilən fikri hər hansı melodiya və ya ritmlə bildirdikdə bu daha mənalı olur.


Yanninin musiqiyə gəlişi çox maraqlıdır. Universitetdə Psixologiya fakultəsini bitirdikdən sonra Yanni getdiyi ilk iş yerini bir gündən sonra tərk edir və uşaqlıqdan maraq duyduğu bir sahəyə- musiqiyə yönəlir. Bu dövr ərzində bəzn özünün qurduğu, bəzən də qatıldığı bəzi musiqi qruplarında elektron və rok musiqiylə məşğul olmuşdur. Sonralar isə fərdi çalışdı və «New age» musiqi janrında bəstələdiyi musiqilərlə həm ölkəsində, həm də dünyada məşhurlaşdı.

Yanninin musiqi və bəstəkar şəxsiyyətiylə bağlı digər çaşdırıcı məlumat isə, professional istehsallarına baxmayaraq not və solfej yazma-oxuma qabiliyyətinin olmamasıdır. Yanni musiqilərini özünün kəşf edib, inkişaf etdirdiyi bir yazı sistemiylə kağızlara yazır və onları klaviatura, piano, sintesizer kimi alətlərdə ifa edir.
 
 

2 şərh

Bilici
minuslayanda səbəbini də bildirsəydiniz sevinərdim
Türkəl
Dəstəkləyirəm. Mənə də maraqlıdır, musiqi haqda postlara niyə minus veririlər şərh qoymadan. Müsbət rəy verdikdə isə plyus qoymurlar. Xoşlarına gəlirsə, plyus qoysunlar, «maraqlı idi...» tipli boş şərhlər yazmağa ehtiyac yoxdur.