Dünya bəstəkarları

Bedrjik Smetana (02.03.1824 — 12.05.1884)
Çex milli bəstəkarlıq məktəbinin əsasını qoyan B.Smetana musiqi tarixinə pianist, dirijor kimi daxil olmuşdur. Musiqi istedadı bəstəkarda çox erkən yaşlarından özünü göstərmiş, belə ki, 8 yaşlı Smetana artıq skripka və fortepianoda ifa etməyi bilmiş, həm də bir sıra əsərlər bəstələmişdir.
Yaradıcılıq irsi zəngindir. Bura çexiyada ilk opera olan və milli dildə yazılmış “Braniborlar Çexiyada”(1863), “Satılmış gəlin” (1870), “Dalibor” (1867), “Libuşe” (1872), “Poçeluy” (1876), “Tayna” (1878) operaları, Simfonik poemalar “İsveç mahnıları”(1859-1861), “Mənim Vətənim” (1874-1879), “Təntənəli” simfoniya E-dur (1853-1854), “Pajskiy karnaval”, fortepiano triosu g-moll, 2 simli kvartet (1876-1883), skripka və fortepiano üçün süita, 6 prelüdiya, Rondo C-dur, Çex rəqsləri, Konsert etüd, səs və fortepiano üçün 5 mahnı, kişi xoru və a kapella üçün çex mahnıları, qadın xoru və a kapella üçün 3 mahnı, “Çex mahnıları” qarışıq xor və orkestr üçün Kantata aiddir.

Karl Mariya Veber (18.11.1786 – 05.06.1826)
Alman musiqi romantizminin nümayəndəsi K.M.Veber XIX əsrin II yarısında yaşayıb-yaratmışdır. Dünya musiqi tarixinə bəstəkar, pianoçu, alman romantik operasının yaradıcısı kimi daxil olmuşdur.
K.M.Veberin yaradıcılıq irsində “Sərbəst atıcı” operası xüsusi yer tutur. Bəstəkar – “Abul Hasan”, “Evrianta”, “Oberon”, 4 sonata, rondo brilyant, fortepiano və orkestr üçün Konsert, I hissəli Konsertştuk, “Qılınc və qələm” vokal məcmuənin müəllifidir.

Rubinşteyn Anton(28.11.1829 — 20.11.1894)
Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qoyub. Belə operaları içində «Vavilonskaya başnya», «Moisey», «Xristos», «Dmitriy Donskoy», «Demon», «Neron», «Feramors», «Qoryuşa», «Xadji-Abrek» və b. adlarını sadalaya bilərik. Bəstəkarın yaradıcılıq irsində balet «Vinoqradnaya loza», 6 simfoniya, 5 fortepiano və orkestr üçün Konsert, skripka və orkestr üçün, violonçel və orkestr üçün Konsertlər, 100-ə qədər romans, həmçinin sonata, triolar, kvartetlər də nəzərdə tutulur.
Coakkino Rossini (29.02.1792 — 13.11.1868)
Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağı, violonçel və korno çalmağı öyrənirdi. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi.
Onun ilk operası «Evlilik müqaviləsi» (La Cambiale di Matrimonio) 18 yaşında Venesiyada səhnəyə qoyuldu, dördüncü əsəri ciddi opera “Tancredi” və beşinci əsəri komik opera "Əlcəzairdə İtalyan Qız” (L«Italiana in Alger) operalarını ilə şöhrət qazandı. Əsas əsəri „Sevilya bərbəri“ (Il Barbiere di Siviglia) operasını isə 24 yaşında ikən Romada səhnəyə qoydu. Sindrella nağılından ilhamlanan “Sinderella” (La Cenerentola) operasını 1816-cı ildə yazmışdır. 18-37 yaşları arasında 39 opera bəstələdi. Son operası uvertüra, fırtına səhnəsi və balet musiqisi ilə səslənilən „Guillaume Tell“ (»Vilqelm Tell") idi. 37 yaşinda opera bəstəkarlığını buraxdı. Yaşadığı dövrdə çox məşhur bir bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnəyə qoyulur.
Əsərləri : Demetrio e Polibio (1806); İpək Nərdivan(1812); qumarbaz Oğul (1813); İtalyan qadın Əlcəzairdə (1813); Türk İtaliyada (1814); Elisabetta, Regina d«lnghilterra (1815); Sevilya bərbəri (1816); Otello (1816); Sinderella (1817); Oğru sağsağan (1817); Musa Misirdə (1818); II. Mehmet (1820); Zelmira (1822); Semiramide (1823); Qraf Ori Le Comte Ory (1828); Korent Kuşatması (1826); Guillaume Teli (1829).
Myaskovski Nikolay(20.04.1881 — 08.08.1950)
N.Myaskovski 8 (20) aprel 1881-ci ildə Varşava quberniyasının Novoqeorqiyevski vilayətində anadan olmuşdur. 1899-cu ildə hərbi-mühasib texnikumuna daxil olur.
1906-cı ildə Sankt-Peterburq Konservatoriyasına daxil olur, buranı 1911-ci ildə bitirir. Musiqi tarixinə simfoniya janrının nümayəndəsi kimi daxil olmuşdur. Belə ki, bəstəkarın yaradıcılıq irsinə 27 simfoniya, romanslar, fortepiano üçün sonatalar, “Alastor” simfonik poema, simli kvartetlər və s. əsərlər daxiıdir. Simfoniyaların janr xarakterləri müxtəlifdir, burada lirik-faciəvi 2,3,4,5-ci simfoniyalar, monumental – faciəvi 6-cı, qəhrəmani-dramatir 16-cı, nastolji 21-ci və 25-ci, qəhrəmani Böyük Vətən müharibəsinin qələbəsinə ithaf olunmuş 22-ci və 27-ci simfoniyalar təqdim olunur.
Dmitri Kabalevski (30.12.1904 — 14.02.1987)
D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, fortepiano pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir.
D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş, tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını”, 2-ci fortepiano konsertini, 3 simfoniyasını, R.Rollanın əsəri əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ilə fortepiano üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı” vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.
Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (fortepiano üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonraki dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4-cü simfoniyasını bəstələyir.
Simfoniyanın məzmunu çoxplanlıdır,dramaturqiyası isə kəskin konfliktlərlə zəngindir. Bəstəkar opera janrında da çox bəhrəli çalışmışdır. 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə “Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır. Kabalevski xor musiqisinə də böyük maraq göstərirdi. O yenidən kantata, oratoriya kimi iri formalara müraciət edir, Q.Solodarın sözlərinə “Şəhər,bahar və sülh haqqında nəğmə”, “Doğma torpaq haqqında “, “Dostluq nəğmələri” kantatalarını bəstələyir. Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir.
Bas və fortepiano üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir
Coakkino Rossini 13 noyabr 1868-ci ildə vəfat etmişdir.
Nikolay Rimski — Korsakov(08.03.1844 — 21.06.1908)
Rus klassik bəstəkarı N.A. Rimski-Korsakov Rusiyanın musiqi mədəniyyətində görkəmli yer tutur. Qırx il davam edən gərgin və çoxçəhətli əməyi sayəsində o, xeyli əsər yaratmışdır ki, buraya da 15 opera, 3 simfoniya, bir sıra orkestr əsərləri (ən məşhurları “Şəhrizad” və “İspan kapriççiosu” simfonik süitalarıdır) 80-ə yaxın romans, 3 kantata, xorlar, kamera-instrumental ansamblı və fortepiano üçün əsərlər daxildir.
Bu əsərlərdə bəstəkar xalqın azadlıq, səadət, gözəllik haqqında arzularını, ədalət, xeyir və yaxşılıq haqqında təsəvvürlərini, həqiqətin təntənəsi, işıqlı qüvvələrin şər üzərində qələbəsi haqqında əzəli fikrini ifadə etmişdir. “May gecəsi”, “Qar qız”, “Sadko”, “Görünməz Kitej şəhəri haqqında dastan” operalarında, bir sıra proqramlı simfonik əsərlərdə — “Sadko” lövhəsində, “Şəhrizad” süitasında və s. bəstəkar ən zəngin orkestr rəng və çalarları vasitəsi ilə təbiət səslərini – quşların cəh-cəhini, dalğaların uğultusunu, yarpaqların xışıltısını misilsiz ustalıqla vermişdir. Bu baxımdan onun təxəyyülü həqiqətən tükənməzdir. Dəniz, meşə, günəş, ulduzlar – bütün bunlar rus təbiətinin vurğunu olan Rimski-Korsakovun musiqi obrazlarında öz tərənnümünü tapmışdır.

 
 Mənbə: mk.musigi-dunya.az

0 şərh