Üzeyir Hacıbəyov

Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.
Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Seminariyada təhsil aldığı müddətdə o, pedaqogika, rus dili, riyaziyyat, təbiət şünaslıq, rəsim və rəsimxətdən nümunəvi sınaq dərsləri aparmışdır. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir.İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollekivi təşkil edir. Sonralar o, Bibi- Heybətdə “Səadət” məktəbində Azərbaycan və rus dillərindən, eləcədə nəğmə və hesabdan dərs deməklə məşğul olmuşdur.
1905-ci ildə Ü. Hacıbəyov “Filankəs” ləqəbi ilə “Həqiqət” , “İrşad”, “Tərəqqi” qəzetlərində çıxışlar edir, kiçik məqalə və felyetonlar vasitəsilə “Ordan-burdan” başlığı altında vacib məsələləri oxucuların nəzərinə çatdırırdı.
Ü.Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdır. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkər bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoydu.
Dahi Azərbaycan şairi M.Füzulinin operası əsasında yazılmış bu opera “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən tamaşaya qoymuşdu.
Üzeyir HacıbəyovÜ. Hacıbəyov “Leyli və Məcnun” operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır: “Şeyx Sənan” (1909). “Rüstəm və Söhrab” (1911), “Şah Abbas və Xurşudbanu ” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915).
1911- ci ildə Ü.Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir. Bakıya qayıdaraq yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
1913- cü ildə musiqi təhsilini davam etdirmək üçün bu dəfə Peterburuqda gedərək konservatoriyaya daxil olur. Bu dövürdə o, “Arşın mal alan” musiqili komediyasını yazır.
1914- cü ildə Bakıya qayıdan Ü. Hacıbəyov mətbuatda bir sıra məqalələrlə çıxışlar edir. Onun “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”, “O, heç”, “Küyçülük” felfetonları tənqidi nöqteyi nəzərdən qiymətlidir.
1915- ci ildən etibarən Ü. Hacıbəyov “Yeni iqbal” qəzetinin redaktoru, 1906-cı ildən etibarən isə müdiri və baş redaktoru olmuşdur.
Ü. Hacıbəyov 1921-ci idə Bakıda “türk musiqi məktəbini” təşkil edir. Əvvəllər fəaliyyət göstərən xalq nonservatoriyası 1921- ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlanır. 1926- cı ildən etibarən “türk musiqi məktəbini” Ü. Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur və onun xalq musiqi şöbəsi adlanır. 1926- cı ildə Ü. Hacıbəyov əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsinədə çalışmışdır.
Ü.Hacıbəyov Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, M. Moqomayev ilə birlikdə 1927 –ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplamış, nato salmış və işləmişdir. Həmin dövrdə (1920- 1945 – ci illər ərzində ) Ü. Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük əhəmiyyət kəsb edən elmi- tədqiqat əsərini yazır.
Bəstəkar kütləvi mahnı janırında da öz istedadını nümayiş etdirirdi. Onun “Döyüşçülər marşı”, “Qara gözlər”, “Komsomolçu qız” mahnılarında milli kolorit öz əksini tapır.
Ü.Hacıbəyov İran şairi Firdövsinin (934- 1020) anadan olmasının 1000 illiyi münasibətilə xor və sinfonik orkestr üçün kantata yazmışdır ki, bununla o, Azərbaycanda ilk kontata janrının əsasını qoymuşdu.
1931 ci ildə Ü.Hacıbəyov Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında yaxından iştirak etmişdir. Həmin orkestr üçün “Cahargah”, “Şur” fantaziyalarını yazmışdır. 1936- cı ildə bəstəkar Dövlət xor kollektivini yaradır.
Ü.Hacıbəyovun 1932- ci ilədək yazdığı sinfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, fortepiono, skrika və violençel üçün trio və bu kimi əsərlər demək olar ki, “Koroğlu” operasının yaranmasına bir növ hazırlıq idi.
Ü.Hacıbəyov 1932-1936-cı illərdə “Koroğlu”operası üzərində işləyərək ilk Azərbaycan klassik opera növünü yaratmışdır. Operanın ilk tamaşası 1937-ci ildə (30/IV) olmuşdur və həddindən artıq böyük müvəffəqiyyətlər qazanmışdır. Opera həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuş və paytaxt dinləyicilərinin rəğbətini qazanmışdır. “Koroğlu” operasında bəstəkar ilk dəfə olaraq milli musiqini Avropa klassik opera ənənələrilə birləşdirərək vahid bir əsər növünü yaratmağa müyəssər olmuşdur.
Musiqili komediya janrında bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” əsərlərini yazmışdır. Onun bu komediyalarında qadın azadlığı uğurunda olan mübarizə öz əksini tapmışdır.
1940-cı ildə Ü.Hacıbəyov Dövlət mükafatına laiq görülür.
1941-1945- ci ildə illərdə o, böyük Vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazmışdır. Onun “Vətən uğrunda” mahnı silsiləsinə “Şəfəq bacısına”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün heykayəsi”, “Döyüşçülər marşı” kimi mahnılar daxildir. Bəstəkar həmçinin solist, xor və sinfonik orkestr üçün “Vətən və cəbhə” kantatasını da ayrı yazmışdır.
Bu illərdə Ü.Hacıbəyov dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141- 1209) anadan olmasının 800 illik yubleyi münasibətilə şairin sözlərinə “Sevgili canan ”, “Sənsiz” romanslarını yazmışdır.
Bu dövrdə Ü.Hacıbəyovun yaradıcılığında yaranan yeni bir janr da diqqəti cəlb edir. Bu instrumental janra aid olan qəhrəmanı əhval- ruhiyyə daşıyan “Cəngi” idi. Marş ritmində olan bu rəqs sanki mübariz hərbiçilərin qüvvəsini səfərbər edir.
Azərbaycan Respubilkasının dövlət himni Ü. Hacıbəyova məxsusdur.
Ü. Hacıbəyov 1945- 1946 cı illərdə müasir mövzuda olan “Firuzə” operası üzərində işləməyə başlamışdır. Bu, bəstəkarın son operası idi. Lakin o, operanı tamamlamağa çatmır. Ü. Hacıbəyov xəstələnir və 1948- ci ildə Bakıda vəfat edir.
Bəstəkarın fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1937-ci ildə Azərbaycan SSR-nin xalq artisti, bir il sonra SSR-nin xalq artisti adına laiq görülmüşdür. Onun ədəbi, elmi və musiqi irsi mətbuatda yüksək qiymətləndirilmişdir.
1945-ci ildə Ü. Hacıbəyov Azərbaycan Elimlər Akademiyasının həqiqi üzvi seçilmişdir. O, daima ictimai aparmış, mətbuatda çıxış etmişdir. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı probleminə həsr olmuşdur. Azərbaycan professinal musiqinin banisi Ü. Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında da böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluluğu, xaqlılıq, yüksək ideyalılıq və millilik. Ü.Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.


Həmçinin bax: Üzeyir Hacıbəyli
 

3 şərh

aran

Koroğlu uverturası necədə əzəmətlidir.


Qara Qarayevi, Fikrət Əmirovu və sair klassik azərbaycan bəstakarları, həmçinin maestro Niyazi haqqında oxumaq, möhtəşəm musiqilərini eşitmək həmişə çox xoşdur. Bu insanlar avropa kalsiklərindən heçdə geri qalmır.


Davamını gözləyirəm!

Tomris

Üzeyir Hacıbəyovun Arazbarı kimi musiqisi yoxdur.Motsart,Bethoven gəlib Üzeyirdən öyrənsinlər. Belə gözəl musiqiyə yalnız qulaq asmaq lazımdır.



girl_moon
" Leyli və Məcnun" operasının ilk tamaşasının əks sədasının Şərqə yayılması çox sevindirici bir haldır. İlk tamaşada isə Üzeyir Hacıbəyov skripkada özü ifa edib. Bəstəkarımız bu operada muğamımızdan da çox gözəl istifadə edib. Çox vaxt buna görə «Leyli və Məcnun»u muğam operası adlandırırlar.