Nino Rota

Covanni Rota Rinaldi (Nino Rota) (it.: Nino Rota) — italyan bəstəkarı və bir çox kinofilmlərin musiqisinin müəllifidir.Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi.

1930-1932-ci illərdə o, ABŞ-da yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.

Nino Rota bir sıra opera və baletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959-1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.

1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə N. Rota "Xaç atası-2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.

Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.

Filmoqrafiya

  1. Roma günəşi altında (1948) / Sotto il sole di Roma
  2. Büllur dağ (1949) / The Glass Mountain
  3. Qarabasma (1949) / Obsession
  4. Kapri piratları (1949) / Pirates of Capri
  5. Anna (1951) / Anna
  6. Ağ şeyx (1952) / Lo Sciecco Bianco
  7. Böyük arzu (1954) / La Grande speranza
  8. Yol (1954) / La Strada
  9. Fırıldaqçılar (1955) / Il Bidone
  10. Müharibə və sülh (1956) / War & Peace
  11. Bəyaz gecələr (1957) / Le Notti bianche
  12. Qanun qanundur (1957) / La Loi C'Est La Loi...
  13. Kabiriya gecələri (1957) / Le notti di Cabiria
  14. Fortunella (1958) / Fortunella
  15. Böyük müharibə (1959) / La Grande Guerra
  16. Şirin həyat (1960) / La Dolce Vita
  17. Rokko və onun qardaşları (1960) / Rocco e i Suoi Fratelli
  18. Bokaçço-70 (1962) / Boccaccio '70
  19. Bəbir (1963) / Il Gattopardo
  20. Səkkiz yarım (1963) / 8 ½
  21. Tərsin yola gətirilməsi (1967) / The Taming Of The Shrew
  22. Romeo və Cülyetta (1968) / Romeo and Juliet
  23. Klounlar (1970) / I Clowns
  24. Vaterloo (1970) / Waterloo
  25. Roma (1972)
  26. Xaç atası (film, 1972) / The Godfather
  27. Amarkord (1973) / Amarcord
  28. Xaç atası-2 (1974) / The Godfather Part II
  29. Orkestrin məşqi (1978) / Prova d’orchestra
  30. Nildə ölüm (1978) / Death on the Nile
  31. Tufan (1979) / Hurricane

 

Treklist:

Трэклист:
Grand Collection
01. Love Theme From The Godfather
02. Romeo And Juliet
03. The Leopard
04. La Dolce Vita
05. Purple Noon
06. Rocco And His Brothers
07. Charleston Di Giulietta
08. Quanto Mi Piace La Grandisca
09. La Bisbetica Domata
10. Terra Lontana
11. The Godfather
12. Tarantella
13. The Glass Mountain
14. Valzer Al Laghi
15. Come Tu Vuoi
16. Carlotta's Galop
17. War And Peace
18. White Nights
19. Mazurca
20. Controdanza
21. Sunset Sunrise
22. Valzer Del Commiato

Romeo & Juliet
1 Prologue And Fanfare For The Prince
2 Romeo
3 Juliet
4 The Feast At The House Of Capulet
5 Did My Heart Love 'Til Now
6 The Moresca (Saltarello)
7 What Is A Youth (Bruno Filippini)
8 Their First Meeting
9 What Light Through Yonder Window Breaks?
10 Parting Is Such Sweet Sorrow
11 But This I Pray...Consent To Marry Us Today
12 Romeo And Juliet Are Wed
13 The Death Of Mercutio And Tybalt
14 Night's Cabdles Are Burnt Out
15 Adieu (Farewell Love Scene)
16 The Likeness Of Death
17 The Ride From Mantua
18 Death...Hath Sucked The Honey Of Thy Breath
19 Love Theme From Romeo And Juliet
20 O Happy Dagger (The Death of Juliet)
21 Epilogue

 

0 şərh