Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Cüzeppe Verdi

Bir gün Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir. Həmin hadisə 1832-ci ilə təsadüf edir. Bir neçə onillikdən sonra isə Milan Konsevatoriyası vaxtilə bəyənmədiyi gənc musiqiçinin adını daşımaq şərəfinə nail olmağa səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir.


Ardı →

Yanni Chrysomallis

«New age» musiqisinin ən tanınmış nümayəndələrindən biri olan Yanni Chrysomallis, 14 noyabr 1954-cü ildə Yunanıstanda anadan olmuşdur.
Yanni kiçik yaşlarından Mozart, Şopen, Bethoven, Stravinski kimi böyük musiqiçilərin təsiri altında olmuşdur. O, dinlədiyi bu insanları «bir söz belə demədən dinləyiciləri ilə ünsiyyə qurmağı bacaran müsiqiçilər» adlandırmışdır, və belə bir musiqiçi olmağı qarşısına məqsəd qoymuşdur. Yanninin fikrincə hərflərin birləşməsiylə bildirilən fikri hər hansı melodiya və ya ritmlə bildirdikdə bu daha mənalı olur.
Davamı →

Dmitriy Şostakoviç

Dahi rus bəstəkarı Dmitri Şostakoviç XX əsr dünya musiqisinin ən nəhəng nümayəndələrindən biridir. Onun kəskin dramatik, hətta faciəvi musiqisi zorakılığa, qəddarlığa qarşı çıxır, insanın xoşbəxt gələcəyinə inadkarlıqla can atmasını tərənnüm edir. Şostakoviç dünya simfonik musiqisinin Bethoven, Çaykovski və Maler kimi böyük ustadları ilə bir sırada duran sənətkardır. Simfoniyalarında insan varlığının ən mürəkkəb problemlərinə toxunan bəstəkar özünəməxsus, fərdi yaradıcılıq üslubu nümayiş etdirir.
Davamı →

Sergey Raxmaninov

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.


Ardı →

Sergey Prokofyev

Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlə-ini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Davamı →

Moris Ravel və Bolero

Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində — opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir.


Ardı →

Klod Debüssi

Musiqidə impressionizm cərəyanının banisi Klod Debüssi(1862 — 1918) fransız, habelə dünya musiqisində yeni bir səhifə açmış görkəmli bəstəkardır. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş «Prelüdlər» məcmuəsindən «Qar üstə addımlar» pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; «Saçı kətan rəngli qız» əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; «Qərbdən əsən külək nələr görüb» pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; «Batmış came» prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.


Ardı →

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Davamı →

Frans Şubert

İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir.
Davamı →

Rixard Vaqner

1855-ci ildə Londonda Bethovenin iki simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını bir qədər soyuq qarşılayırlar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqışlarla mükafatlanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki… Rossininin «Sevilya bərbəri» operasının partiturası imiş. Özü də baş ayaq vəziyyətdə…
Ardı →