Doğru bildiyimiz amma yanlış olan bilgilər








1. Televizoru yaxından izləmək gözlərə ziyandır. Bu fikir doğru deyil. Bu əslində rəngli televizorun yarandığı ilk illərdə dilə gətirilən bir iddiadır.

2. Özümüzü pis hiss etdiyimizdə C vitamini qəbul etsək xəstə olmarıq. Bu fikir də yanlışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, virus bədəninizə daxil olduqda C vitamini qəbul etsəniz də qrip ola bilərsiniz.

3. Suşi yaponca "çiy balıq" deməkdir. Yanlış. Suşi yapon dilində " turş düyü " deməkdir.

4. Dəvəquşular qorxduqda başlarını torpağa salar. Yanlış. Onlar yumurtalarını torpağa basdırırlar. Yumurtalarını tez-tez yoxladıqları üçün başları çox vaxt torpağın altında olur.

5. Ağıllı telefonlara gecə batareya doldurulması batareyaya zərər verər. Yanlış. Ağıllı telefonlar batareya dolduqdan sonra doldurmanı saxlayacaq qədər ağıllıdır.

6. Atmosferə girən hər meteroid sürtünmədən ötrü alov topuna çevrilir. Yanlış. Dünyaya düşən bəzi meteroidlərin üzərində hələ də buz təbəqəsi görünür.

7. Qrip olduğunuzda antibiotik almaq yaxşıdır. Yanlış. Qripin səbəbi viruslardır və antibiotik viruslara heç bir şey etməz.

8. Qara milçəklərin ömrü 24 saatdır. Yanlış. Qara milçəklər 25-30 gün yaşaya bilərlər.

9. Dovşanlar kök yeməyi çox sevirlər. Yanlış. Bu sadəcə cizgi filmlərində belədir. Dovşanlar yaşıllıq və saman yeməyi sevərlər.

10. Soyuq havada spirtli içki qəbul etmək insanı isidər. Yanlış. Spirtli içki tam əksinə bədən temperaturunu aşağı salır.

11. Sezar salatının adı məşhur romalı kapitanının adı Yuli Sezarın adı ilə bağlıdır. Yanlış. Sezar salatını ,əslində, Sezar Kardini adında bir italyan aşpaz 1924-cü ildə icad edib.

12. Yapon balıqlarının yaddaşı 3 saniyədir. Yanlış. Yaddaşları qısadır amma o qədər deyil. Alimlərin dediyinə görə, yapon balıqlarının yaddaşı 1 aydır.

13. Gəmilərin təcili vəziyyətdə verdiyi «SOS» «Save our ship»-in baş hərfləridir. Yəni, «Gəmimizi xilas edin». Yanlış. Bu hərflərin açılışı yoxdur. Bu hərflər 3 nöqtə, 3 xətt və 3 nöqtənin qarşılığıdır.

0 şərh