Anemiyalı xəstələr

Anemiya zamanı qanın tərkibində hemoqlobin və eritrositlərin miqdarı azalır.Belə xəstələrin müayinə edərkən onların rənglərinin avazıması nəzərə çarpır.Anemiyaların bəzi növlərində xəstənin müayinəsi zamanı tiprik əlamətlər görünür.Məs:anadangəlmə hemolitik anemiyalı xəstənin müayinəsində  xəstədə  qülləvari  baş,damağın yuxarıda durması,dişlərin əyri bitməsi görünür. «Reyno» xəstəliyinin əlamətləri müşahidə edilir.Dəmir defisitli  anemiyalı xəstənin müayinəsində xəstədə həm anemik,həm də sideropendik simptom  müşahidə edili.Belə ki,xəstədə başgicəllənmə,qukaqlarda küy,gözlərə qaranlıq çökmə əlamətləri ilə yanaşı dad pozğunluğu,udma aktının pozulması,dildə ağrılar və s əlamətlər olur.

B-12 defisitli xəstəni müayinə edərkən, onda həm anemik,həm də dispeptik,həm də sinir-psixi simptomlar olduğu görünür.Aplastik anemiyalı xəstəni müayinə edərkən belə xəstədə çimdikləmə və jqut simptomlarının müsbət olduğu,damaq nahiyəsinə qansızmalar və burundan qanaxmalar müşahidə edilir.Anemiyalı xəstələrə qulluq göstərərkən hər bir anemiyanın xarektirik xüsusiyyətini nəzərə almaq lazımdır.Belə ki,dəmir defistli anemiyası olan xəstəyə qulluq edərkən onun qida rasionuna tərkibində  «Fe» çox olan qidalar verilir,xəstənin dilində yanğı və ağrı olduğuna görə turş,qıcıqlandırıcı qidalar verilmir.Belə xəstələr təbaşir,torpaq,əhəng yediklərinə görə çalışmaq lazımdır ki, onların yaxınlığında bunlar olmasın.Hemolitik anemiyalı xəstəni soyuqdəymədən,donmadan,müxtəlif infeksiyonlardan qorumaq lazımdır,çünki bunlar xəstənin vəziyyətini ağırlaşdırır və hemolitik krizlərin əmələ gəlməsinə və xəstənin vəziyyətini ağırlaşdırılmasına səbəb ola bilər.

B-12 defisitli anemiyalı xəstələrə qulluq edərkən xəstənin qidalanmasına ciddi fikir vermək lazımdır,çünki bu xəstələrin dilində ağrılı sahələr olur və turş,qıcıqlandırıcı yeməklər xəstənin dilində bərk ağrılar törədir.Bu xəstələri daim müşahidə altında saxlamaq lazımdır,çünki bunlarda əzələ atrofiyası və əzələ zəifliyi olduğuna görə bunlar sərbəst hərəkət edə bilmirlər.
Анемия
Aplastik anemiyalı xəstələrə qulluq edərkən xüsusilə diqqətli olmaq lazımdır. Bu xəstələr həddən artıq zəif,halsız olurlar,A/T çox aşağı olur,badamcıqlarda infeksion-irinli ağırlaşmalar olduğuna görə xəstəyə ancaq duru yeməklər verilməlidir.   
Tibb bacısı anemiyalı xəstələrin poliklinikaya  mühtəzəm gəlməsinə nəzarət edir,qanı təkrar yoxlamaq üçün laboratoriyaya göndəriş kağızı yazır,analizlərin cəvablarını alır.Anemiyada xəstənin həyatı təhlükədə olduqda qan köçürülür.
Müəllif:Zeynəb Əhmədova
Mənbə:Tibbi kitablardan birləşdirilmiş məqalə
 

0 şərh