Mövlanadan gözəl sözlər (2)

Hissləri ilə yaşayan, duyğularının əsiri olan adam, düşmənini öz xaricində axtarar dayanar. Halbuki onun ən böyük baş düşməni, onun öz içində olan nəfsidir.

Bu dünya dağa bənzər, işlərimiz, etdiklərimiz də səslənmək kimidir. Səslərimiz gözəl də olsa, çirkində olsa ,dağa çarpar, dönər yenə bizə gəlir.

İnsanların barışları da döyüşləri də bir xəyaldan doğulmaqdadır. Öyünmələri də, utanmaları da bir xəyala dözməkdədir.

Arzu et, istə amma ölçülü olsun. Bir saman zibili bir dağı qaldıra bilməz.

Ətrafında insan üzlü bir çox şeytan vardır. Bu səbəblə hər ələ əl vermək, bağlanmaq, intisab etmək uyğun deyil. 

Adam ol da, başqalarına təbe olma. Get öz yolunu özün seç. Mürşid tapmaq arzusuyla çaşıb qalma. 

Bu dünyanın dedi-qodusu toz kimidir. Könül aynasını örtər. Sən ağılını başına al , bir zaman susmağı xasiyyət et. 

Bir sirri, bir iki adama söylədinmi, artıq o sirrə vidalaş. İki adamı aşan bütün sirlər yayılar gedər.

Əgər təvəkkül edəcəksənsə, çalışaraq məşğul olaraq təvəkkül et. Əkinini əlavə ondan sonra Allaha təvəkkül et.

Ey dil, sən tükənməz bir xəzinəsən həm də dərmanı tapılmaz bir dərdsən. Bu dil, çaxmaq dəmiri ilə çaxmaq daşı kimidir. Dildən sıçrayıb çıxan söz atəşə bənzər.


Mövlanadan gözəl sözlər
 

0 şərh