Əski qadınlar

Ərəb qadınlarının qədimdə əşya ilə eyni dəyərli olduğu haqda islam tarixi ilə maraqlananlar yəqin ki,çox eşidiblər.Heç ingilislər də irəli getməmişlər, IX əsrədək kişilər arvadlarını satmaq hüququna malikmişlər. İlk günahı işlədərək insanlığı fəlakətə sürükləyən Həvva olduğundan, xristianlar Qadına şeytan nəzərində baxmışlar. Qadın murdar məxluqa layiqdir, deməli, İngiltərədə İncilə əl vura bilməzdi. VIII Henrinin (1509-1547) dövründə Qadınlara İncili oxumaq hüququ verildi.
İngiltərədə 1788-ci ilə qədər Qadın ərinin sözünə müticəsinə əməl etməliydi.
Əski Çində də qadına münasibət xoşagəlməzdir. Əgər qadın oğlan uşağı doğmazsa, oğurluğa qurşanarsa, ərini saymazsa kişi arvadını asanlıqla boşamasına baxmayaraq, bu vəziyyət qadın üçün söz mövzusu deyildi.Əski hind hüququnda qadının miras hüququ olmamışdır; evdə ərinin əsiriydi. Hind anlayışına görə, qadın zəif xarakterli, aciz əxlaqlı olduğundan «Manu qanunu» onu uşaqlığından atasına, gəncliyindən ərinə, ərinin vəfatından sonra oğluna, yaxud ərinin qohumlarından bir kişiyə bağlı olmağa məcbur eləyirdi. Belə bir tarixi faktlara ekskursdan sonra N.Sevinc yazır ki, yuxarıdakı örnəklərin əksinə olaraq, cinsiyyət ayrımının heç bir zaman edilmədiyi əski türklərdə qadın hüquq baxımından kişilərlə bərabər... qolf və çovkana bənzər bəzi top oyunları oynayırdılar.

Bəs Roma qadınlarının hüquqları necə nəzərə alınırdı? Onların öz malına hökm və vəsiyyət eləməyə haqqı çatmırdı. Qadını həddi-buluğa çatmış sanmırdı; hətta öz cehizinə sahib deyildi. Görünür, belə hal evlənən kişiyə sərfəli olmadığından, cehizsiz ailə qurmalar yasaq edilmiş, bu cür evlənmələr şərəfsizlik kimi qiymətləndirilmişdir. Əgər belə halda uşaq doğulmuşsa, qeyri-qanuni sayılmışdır.
Roma hüququ ər-arvadın birliyini, vətəndaşlıq haqqını qeyb eləməsini boşanma səbəbində görürdü. Bu vəziyyətdə davada əsir düşən bir döyüşçünün şəxsən arzu eləməzsə, evdən ayrılmazsa belə, boşanmaz qəbul olunurdu.

N.Sevinc əski Yəhudi hüququna toxunaraq yazır ki, yəhudilərdə qadına boşanma hüququ verilməzdi; bu haqq ancaq kişilərə aiddir. Gənc qızlara gəlincə, ata istəsəydi qızlarını sata bilərdi. Qızlar oğlan varisinin olmadığı təqdirdə miras almaq hüququna malikdirlər. Əski türklərdə ana soyu ilə ata soyu dərəcə bir-birinə bərabər idi... Əski türklərdə soy - əsillik yalnız ata tərəfindən deyildi, həm də ana tərəfindən də tələb olunurdu. Bir adamın tam soylu - əsilli olması üçün həm ata, həm də ana tərəfindən soylu olması lazımdı. Bu gün də Xarəzmidəki türkmənlərdə bir qız həm atası, həm də anası türkmən olmayan bir kişiyə ərə gedəmməz. Çünki bir adamın yalnız atasının türkmən olması soylu olması demək deyildi. Tam anlamı ilə soylu olması üçün hökmən anası da türkmən olmalıdır.
Bizdə müsəlmana, deyək ki, özbəyə, türkmənə, qırğıza və s. azərbaycanlı qızın ərə verilməsi də təsadüfidir. Ən yaxşı haldır: Bu, təmiz nəsil artımı üçün vacib amillərdən sayılır. Bu mənada türkmənlərə tamamilə haqq qazandırırıq.

Əski qadın - qız hüquqları bu gün bizə qəribə görünsə də, həqiqətdir və bunların bəzi izləri Şərq və Qərb adət-ənənələrində yaşamaqdadır. Çağdaş və neçə qərinə öncə qızlarımızın özlərinə adaxlı seçməsi qeyri-mümkündür. Türk qızı ürək sözünü (əgər bir oğlana qarşı onda məhəbbət hissi varsa) oğlana bəyan eləməz. Vaxtilə də müsəlmanlarda bu mövcud olmuşdur. İranda Zərdüşt inancına görə özünə ər tapan qız günah işlətmiş olurdu. Türk aləmində qohuma evlənmək hələ də yaşayır və bu, bir sıra mənəvi-sosial məsələlərlə bağlıdır, tibbi baxımdan nəzərə alınmır. İranda bu adət qanın pozulması ilə əlaqələndirilmişdir. Bunu Zərdüşt də məqbul saymışdır.
Biz heç vədə keçmişimizi unutmamalıyıq. Ulu babalarımızdan yadigar qalmış sağlam və saf ailə ənənələri, ər-arvad münasibətləri, cavan oğlan-qız yovuşmaları daha da zənginləşdirməliyik, qorumalıyıq. Şərqli Kişi və Qadın eşqində, vəfasında, çirkinlikdə və gözəllikdə öz sözünü deyib, öz addımını atıbdır. Gözəlliyə baş qoyubdur, xəyanəti qanla yuyubdur, cehizə uymayıbdır. Böyüyünün məsləhətinə arxa çevirməyibdir, nəsihətə əməl eləyibdir. Bunun üçündür Şərq ailəsi özünün əzəmətini saxlayıbdır, ona qibtə olunubdur. Bu barədə vaxtınızı almaq istəmədim. Çünki söhbətlərimiz bitib-tükənməyibdir. Amma ulularımızdan Mir Möhsün Nəvvabın nəsihətlərindən bəzilərini təqdim eləyirəm.

Evlənməkdə gecikmə, o sənin nəfsini pis yerlərə getməkdən saxlayar, adın təmiz qalar.
Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətini də unutma.
Üç cürə övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub sənə minnət qoya, üçüncüsü o qadın ki, səni görəndə ahu-nalə edib, nazik səslə sızıldaya.
Qadın gözəl olmasa da olar. O, xoşüzlü və xoşxasiyyət olsa bu, böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa vay sənin halına; malın, canın və ömrün fənaya gedəcəkdir.
Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərdə yaxınlığa, göyçəklərin gözəlliyinə, qadının vəfasına, divanələrin lütfünə, sərxoşların bəxşeyişinə, ağılsızların inamına, uşaqların xoş səsinə, dünya malına, düşmənlərin hiyləsinə.

Mənbə Allahverdi Eminov, Şərq ailəsinin sirləri kitabından

5 şərh

nərgiz
Ən axırıncı abzasdakı fikir xüsusilə qiymətlidir. Lap Süni İntellektin sözlərinə oxşayır.
2ral
İndi qadınlar keçmiş zamandakıların əvəzini artıqlamasilə çıxır:) Kişilərdən çox qadınların hüququ var indi.
saytımızın istifadəçilərinə baxmaq kifayətdir,qızlar daha aktivdir.
Sufi
əski qadinlar adi pis çıxır.məncə ad dəyişilsə yaxşıdır.
nərgiz
Topikin adı əsgi qadınlar yox,əski qadınlardır.
papatürk

bizim qədim tariximzdə qadınlara çox böyük yer verilib. Amazonkalar məhz elə qədim Qafqazda yaşayıb. Tarixi ilə fəxr edən yunanlarda qadın hökmdar yoxdur,halbuki bizdə tomris olub.Sadəcə biz tariximizə dəyər verməmişik vaxtında.