Mənim öz dünyam var

Mənim öz dünyam var orda tənhayam
Özümlə danişıb dərdləşirəm mən
Orda bir mən varam , birdə xəyallar
Orda hər insandan yaşayır bir qəm

Ikinci insana yoxdur ehtiyac
Orda mən tənhayam , hürəm azadam
Dünyadan bir fərqi qalmaz oranın
Əgər olsa orda ikinci adam

Orda dərd , kədər var hicran , həsrət var
Onlar da mehriban cəm yaşayırlar
Kiçik varlığımda azad , hürdülər
Dünyanın dərdini tək daşıyırlar

Ürəyim onların sığınacağı
Cismimdə limandır , dincəlmək üçün
 Allahla vəhdətdə olmalısan bil
Mənim bu dünyama sən gəlmək üçün

Burda yox xəyanət pislik , xəbislik
Bura məkanıdı günasızların
Yoxdur orda şöhrət nədə ki , nəfis
Dərd , kədər , həsrətdi şöhrətim varım

Yoxdur burda rüşvət nədə , rüşvətxor
Burda bir ürək var , yalandan uzaq
Mən , qələm , xəyallar , düşüncələrim
Daşıyırıq dünyanın yükünü ancaq

Barı bu dünyama girməsin kimsə
Qoyun xəyallarım məsum , pak qalsın
Dünyaya gələndə məsum , pak gəlmiş
Dəyməyin gəldiyi kimi qocalsın

Qaçıb , insan adı daşıyanlardan
Cismimə , ruhuma sığınmışam mən
Qaçıb , sağkən ölü yaşıyanlardan
Seçmişəm özümə dərd , qəmi həmdəm

Mənim bu dünyamın öz qanunu var
Vicdanım məkkumdu , hakimsə özüm
Burda yer yoxdu r ki , reyakarlığa
Burda haqq , ədalət deyir son sözün

Həm xoşbəxtəm , həm də bədbəxtəm burda
Xoşbəxtəm , saf , təmiz xəyallarım var
Bədbəxtəm , cəm olub sinəmdə dərdlər
Gərçəkləşmir burda şirin arzular

Yalqızam , tənhayam , xoşbəxtəm , hürəm
Qarışıq dünyaya mən qarışmıram
Şöhrət qullarıyla var düşgünləri
Bilsinlər , onlarla mən yarışmıram
 

0 şərh