Qadın və kişi beyinləri

Deyəsən qadınların ailə həyatına bağlılığı və şıltaqlılığını onların heç də məhdud, zəif düşüncələri kimi başa düşmək düzgün deyil. Onlar dünyanın ən zərif və hissiyyatlı, pak və məkrli, sevinc və iztirabı vücudlarında yaşatmağı bacaran məxluqdur. Onlara qarşı son dərəcə nəzakətli, ehtiyatlı və həssas olmaq kişinin başlıca niyyəti olmalıdır.
Psixoloqlar sualı çox öncə özlərinə vermiş və xeyli götür-qoydan sonra maraqlı nəticələrə gəlmişlər. İo Durden və Dmana de Simonen «Cinsiyyət və beyin» adlı maraqlı kitab yazıb, Qərbdə çap elətdirmişlər. Həmin əsərdən qeydlərin oxuculara maraqsız olmayacağına əminik.
kişi və qadın,cinsi bərabərlik,gender,Ər-arvad üç il ərzində Amerika və Avropanı gəzib adamların beyni və əxlaqının tədqiqi ilə məşğul olan tanınmış alimlərlə görüşüb danışmışlar. Nəticə etibarilə bu müsahibələrə belə yekun vurulmuşdur: kişi və qadın beyinləri doğulan gündən bir-birindən fərqlənir.
Oğlanlara və qızlara hətta eyni cür oyuncaq verib, eyni cür geyindirsəniz belə, onlar elə olduğu kimi də qalacaqlar. Tədqiqatçıların gəldikləri nəticə belədir.
Beynin hipotalamus adlanan kiçicik bir hissəsi belə inkişafın əsasıdır. Kişi və qadınlarda bu hissə öz quruluşu və funksiyasına görə tamamilə fərqlidir.
Qadın beyni öz həcminə görə kişi beyni ilə müqayisəyə gəlməsə də, sən demə, o, daha «yaxşı qurulmuşdur»,- daha səmərəli işləyir və nəticədə kişi beynini xeyli geridə qoyur.
Belə «qeyri-bərabərliyə» dair bir neçə misal:
- öz məşhur intuisiyalarını qadınlar bioloji yolla, yəni beyinlə birlikdə irsən qəbul edirlər;
- qadınlar baxışları daha yaxşı «oxuyur» və həmsöhbətinin əl-qol hərəkəti və mimikasını (hətta qeyri-sərbəst) daha mükəmməl başa düşürlər;
- qadınlar daha həssasdırlar; onlar bir anda ətrafdakı adamların əhval-ruhiyyəsində dəyişikliyi sezir, hər bir yanlış məlumatı dərhal hiss edirlər;
- qadınlar dilçilikdə bir qayda olaraq kişilərə nisbətən daha bacarıqlıdırlar. Onların nitqi öz mürəkkəbliyi və bütövlüyü ilə fərqlənir. Onlar qrammatikada və xarici dilləri öyrənməkdə, elə mütaliədə də daha qüvvətlidirlər.
- Qadınlar həm də iy, səs və toxunmaya daha həssasdırlar. Onlar kişilərə nisbətən bu qıcıqlandırıcı­ların yaranması, yaxud dəyişməsinə tez reaksiya verirlər.
- Qadınlar kişilərə nisbətən bəzi yoluxucu formalara daha uğurlu müqavimət göstərə bilirlər.
Qadınlarda bu qəribə keyfiyyətlər heç də əbəs yerə yaranmamışdır. Buna səbəb beynin sol yarımkürəsinin daha çox inkişaf etmiş olmasıdır. O, dilə, qavramaya və görmə obrazlarının təhlilinə «rəhbərlik» edir.
Bütün bu sahələrdə qadının kişidən «ağıllı» olmasına səbəb nədir? Alimlər belə bir fikrə meyl göstərirlər ki, buna səbəb beyin gövdəsidir - o, qadınlarda kişilərdən fərqli olaraq daha qalındır.
Professor-sosioloq Maksimiana Zinovats deyir ki, kişilərin əksəriyyəti cinsi bərabərlikdən danışsalar da, əslində, nədənsə bu, görünmür.
Evlərin əksəriyyətində kişilər bu gün də ailə başçısı olaraq qalırlar. Demək olar ki, 80 faizə yaxın bütün mühüm qərarları o qəbul edir. Özünün inkişafdan qalmış sol yarımkürəsi ilə onun nə kimi qərarlar qəbul edə biləcəyini təsəvvür edirsinizmi?

Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından

P.S.Astona Universitetinin koqnitiv neyrovizuallaşdırma üzrə professoru Cina Rippon hesab edir ki, kişi və qadınların davranışa təsir göstərən beyin strukturlarının fərqi minimaldır. Bunun əksini düşünənlər isə elmi faktların “qoxusu” gələn köhnəlmiş stereotiplərin məngənəsindədirlər. C.Rippon demişdir: ”Bəşəriyyətin bütün tarixi boyu bioloji izahlardan cinslərarası sosial fərqləri sübuta yetirmək üçün istifadə olunmuşdur. Kraliça Viktoriya dövründə alimlər belə güman edirdilər ki, qadınlar düşünərkən beyinin kişilərin düşüncələrinin qaynaqlandığı hissəsini işlətmirlər. 1950-ci illərdə isə tədqiqatçılar belə qənaətə gəlmişdilər ki, qadının düşüncələrini hormonlar idarə edir. Hazırda isə kişi və qadınların beyin strukturlarının fərqli olması barədə fərziyyə dəbdədir”.
C.Ripponun fərziyyəsini onun həmkarları da bölüşürlər. Avstraliya alimi Kordeliya Faynın fikrincə, beynin strukturunda heç bir fərq yoxdur. Fərq yalnız təlim-tərbiyədədir.
 

13 şərh

fidan
Danimarka alimi Berte Pakkenberq sübut edib ki, qadınların beynində kişilərə nisbətən 4miyon çox hüceyrə var.Yəni beyin qırışları da daha çoxdur.Yəni ki, mən misal üçün bankir-dən 4 faiz ağıllıyam)))
Bir maraqlı fakt da odur ki kişilərdə seks mərkəzi(hipotalamus) və sevgi hissinə cavabdeh mərkəz ayrı-ayrı yarımkürələrdədir,amma qadınlarda isə onlar daha yaxındır bir-birinə.Ona görə qadınlar xəyanəti bağışlaya bilmir))) Kişilər isə bir qadını sevə-sevə başqası ilə asanlıqla sevişə bilər. Hamısında günahkar kişilərin beynidir.
Samad
Fidan yeni bizde gunah yoxdu, beynimiz bele yaradilib yaradan terefinden..))
nərgiz

Bağçada 50 günü analiz edəndən sonra alimlər baxıb ki,qızlar daha çox danışır,15 dəqiqə(oğlanlar isə 4 dəqiqə).Oğlanlar qızlara nisbətən 10 dəfə çox səs-küy salır və dalaşırlar. Böyük qadınlar telefonda eyni informasiyanı vermək üçün 20 dəqiqə verdikləri halda,kişilər 6 dəqiqə sərf edir.


Qadınlarda taktil hissiyat(toxunma) 10 dəfə çox yaxşı inkişaf edib. Ona görə qadınlar oxşanmaqdan,sığallanmaqdan çox xoşu gəlir.Qadınlar səsi 2.5 dəfə daha ucadan eşidir.


 

Leyla
Biz qadınlar daha ağıllıyıq. Getdikcə də üstünlüyümüz daha çox bilinir=) Kişilərin bir beyin yarımkürələri işlədiyi halda,bizdə hər ikisi daha yaxın şəkildə işləyir.
Dronqo
:))) Kişilər daha çox məntiqlə, qadınlar isə duyğuları ilə qərar qəbul edib, hərəkət edirlər. Həm də ki, kişilərin daha ağıllı və düşünən beyinə malik olması artıq sübut olunmuş bir faktdır. Elə dünya elminə verilmiş töhfələri, edilmiş elmi kəşfləri nəzərdən keçirsəz görərsiz bu nisbəti )))
Leyla
Əvvəllər,qadınların hüququ yox idi.Neçə əsrlərdir ki,qadınlar elmi fəaliyyətlə məşğul ola bilmirdi.Ona görə də bütün alimlər kişilərdən çıxıb.İndi isə vəziyyət dəyişir.Artıq meydan qadınlarındır=) Sloveniya ilə Slovakiyanın fərqini bilməyən Corc Buş ilə Almaniya kansleri Angela Merkeli müqayisə edin.
Dronqo
Tarixə qalmış olsa, əvvəllər heç kişilərin də hüququ yox idi elmlə məşğul olmağa. Amma hətta kilsə qadağalarının və s. olduğu bir dövrdə belə, əsrlər öncə Kopernik və Cordano Brunonu kimi şəxslər elm tarixinə öz adlarını yazdırmaq şərəfinə nail ola bilmişlər. Gördüyünüz kimi, kişi ağlının, kişi zəkasının, kişi elminin, kişi qüdrətinin qarşısında tarix belə acizdir :))) Qaldı ki, qadınlara hüquq verildi, verilmədi, söhbət elmi fəaliyyət baxımından qazanılmış uğurların nisbətindən gedir.
Dronqo

«Dünyada üç fəlakət var: yanğın, qadın və dəniz» — Ezop :)))

bankir
Yanğından qorxmaq lazım deyil,FHN var.Dənizin də qorxusu yoxdur,Bakı hələ ki dənizdən ziyan görməyib.Amma qadın:-) O doğurdan da fəlakətdir.
loğman
Qadın beyninin yarımkürələri bir-biri ilə daha çox əlaqəlidir, Kişilər danışıqda ancaq sözə qulaq assalar da qadınlar danışığn qeyri-verbal tərəflərini (diksiya,ton,ucalıq,intonasiya,jest,mimika) daha yaxşı duyur.Eyni hadisəni kişi də qadın da danışsa görəcəksiniz ki,qadınlar daha detallı,daha emosuyalı şəkildə hadisəni rəvayət edir.
bloqçu

Kişi və qadın beyinlərinin fərqliliyindəndir ki, kişi ilə qadın bir çox hallarda bir-birlərini başa düşmürlər. Hətta adını tam xatırlamıram, bir şəxs demişdi ki, qadın kişini tam başa düşmək üçün gərək kişi ola, kişi isə əksinə. Bu da mümkün olmayacağına görə nəticə etibarı ilə dil tapmaq bəzən çətin olur. Amma, heç olmasa özünü onun yerinə qoyub, başa düşməyə çalışmaq, cəhd göstərmək də olar axı. Və yaxud da bir məsəl: biri od olanda biri su olar.

nərgiz
Qədim dövrdə kişilər ovçuluqla məşğul olurdular.Ona görə onlarda hədəfi düz nişan almaq,uzaq məsafəni tutmaq,güc tələb etmək,taktiki qabiliyyət tələb edən bacarıqlar inkişaf etmişdi. Qadınlar isə bütün günü mağarada oturub qeybət edirdi.Ona görə də qadınlar dil,söhbət aparmaq,həmsöhbətin emosional əhvalını tutmaq kimi qabiliyyətlər inkişaf etmişdi.Qadınların vəzifəsi əsasən uşaqlara baxmaq idi.Ona görə də indi qadınlar ən dərin yuxuda belə uşaq ağlaması səsini eşidəndə o dəqiqə oyanırlar.Kişilər isə uşaq ağlamasını o dəqiqə hiss etmirlər.
Jewel
Biz qadinlar her zaman ondeyik:)