Рейтинг
+21.08

Onkoloji xəstəliklər

25 üzv, 45 topik

Lipoma şişləri nədir, niyə əmələ gəlir?

Çox adamda rast gəlinən dərialtı kiçik, orta, bəzən böyüyən piy toxumasından yaranan şişlərdir. Lipomanın alt qatı, yəni kökü hətta daha dərin, əzələni də keçərək sümüyə kimi çata bilər.
Bu maraqlı şiş növünün səbəblərini təqdim edirik:
  • Piy toxumasının maddələr mübadiləsinin və bir sıra fermentlərin pozulması. Nəticədə bir hissədə piy hüceyrələri qrup halında toplaşıb böyüyür. Orqanizm özü hormonlar vasitəsilə onların böyüməsini əngəlləmək istəsədə də, lipomalara üstün gəlmək olmur

Davamı →

Dəri xərçəngi

Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi birləşdirir.
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı yerləri tutur. Bu dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli gedişi ilə izah olunur.
Risk amilləri:
  • Ultrabənövşəyi şüalar və ionizəedici radiasiya
  • Peşə zərərləriDəridə müxtəlif mənşəli çapıq toxuması
  • İmmunosupressiya

Davamı →

Miomalar, fibromalar nədən yaranır?

Uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəmələrin sayı bir və daha çox ola bilir. Ölçüləri dəyişkəndir: düyü boyda da ola bilir, qreypfrut (sitrus meyvəsidir) boyda da. Mioma ya uşaqlığın divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumaları sıxmadıqca simptomsuz olur, yəni heç bir əlamətlə özünü büruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili cərrahi əməliyyat tələb edən kəskin ağrılar başlayır.
Davamı →

Qan şəkəri və xərçəng riski

Hamınız son illərdə xərçəng xəstəliyinin artdığına dair xəbərlər eşitmişiniz. Mən də bu suallarla tez-tez qarşılaşıram. Sualın cavabı bir çox insana, elə mənə də, çox bəsit gəlirdi. Son illərdə diaqnostika metodları inkişaf etdi və əvvəllər bilinməyən xərçəng növləri tapılmağa başladı.

Sual çox məntiqli olduğu üçün də bütün məlumatları süzgəcdən keçirməyə başladım. Şans üzümə güldü və 2 gün əvvəl Tibb Universitetində keçirilən bir toplantıda İstanbuldan gəlmiş bir onkoloqun çıxışında bir çox şey mənə məlum oldu.

Bu məsələ ilə bağlı silsilə yazılar olacaq. İndilik isə qısa faktlarla başlayacağam.



Davamı →

Alimlərdən xərçənglə bağlı vacib tövsiyə

Gündə cəmi 50-60 qram qozun qəbulu təxminən iki həftə ərzində süd vəzisi xərçəngi zamanı genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdirir.
Bu nəticəyə Marşall Universitetindən (ABŞ) olan alimlər gəlib.

Universitetin biotibb elmləri professoru və tədqiqatın aparıcısı Eleyn Hardman qeyd edib ki, qozdan istifadə süd vəzisi xərçənginin inkişafını yavaşıdır.
Davamı →

Ağciyər xərçəngi

Ağciyər xərçəngi ən gizli gedən, çox vaxt bədxassəli olub, sürətlə residiv və metastaz verən xəstəlikdir. Kliniki formaları o qədər çoxdur ki, bir çox ağciyər xəstəliklərinin simptomları altında gizlənə bilir. Hazırda dünyada onkoloji xəstəliklər sırasında liderdir.

Risk faktorunda olanlar:
• İrsi, nəsildən keçmə — ən azı 3-5 qohumda bu növün olması;
• Ekzogen — aşırı tütün çəkmə, konsaragen çirkli hava ilə nəfəs almaq;
• Endogen — 50 yaşından sonra pnevmaniya, bronxit, endokrinopatiya və s. xroniki xəstəliklərdən əziyyət çəkmə.
Davamı →

Qadınlarda xərçəng riskini təyin edən test

Ümumdünya Xərçəng Araşdırmaları Fondunun alimləri aşkar ediblər ki, qadın bədəninin müəyyən parametrləri (ölçüləri) onda xərçəng riskini təyin etməyə imkan verir.

The Daily Mail xəbər verir ki, söhbət bel və omba ölçülərinin nisbətindən gedir. Riski təyin etmək üçün bel çevrəsinin uzunluğunu omba çevrəsinin uzunluğuna bölün. Nəticə 0,85-dən yuxarı olmamalıdır.

Məsələn, qadında bel çevrəsi 70, omba çevrəsi 95-dirsə, 70:95 = təxminən 0,74. Bu normaya uyğundur. (Kişilər üçün norma 0,90 qədərdir).
Davamı →

Xaldakı dəyişikliklərə diqqət edin!

İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur. Bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır?

1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın «hissələrinə» diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

2. Xalın kənarları nahamar olub — dalğavari və ya «dişli» şəkil alıb.
Davamı →

Ağız xərçəngi

Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik mürəkkəb bir nahiyyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və spesifik müalicə xüsusiyyətləri ilə xarakterizə olunur.

Ağız boşluğu orqanlarına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyünün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, ön damaq qövsləri ayırd edilir.

Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına görə ağız boşluğu selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi leykozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.

Dünyada ağız xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecikmiş formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu və həkim stomatoloqlarda onkoloji sayıqlığın olmaması ilə əlaqədardır.

Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə baxmayaraq ağız boşluğu orqanlarının xərcəngi olan xəstələrin yaşama göstəriciləri əhəmiyyətli dərəcədə artmamışdər.


Ardı →

Xərçəng xəstəliyi ilə mübarizə

İnsan orqanizmindəki hüceyrələrin nəzarətsiz şəkildə bölünüb çoxalması ilə xarakterizə olunan xərçəng xəstəliyi əsrin böyük bəlasına çevrilib. O, müasir dünyamızda ürək-damar xəstəliklərindən sonra insan ölümünə səbəb olmaqla ikinci yerdə dayanır. Statistika göstərir ki, kişilər arasında bu xəstəliyə tutulma riski 43,4, qadınlarda isə 38 faizidir.
Aparılan tədqiqatların nəticələrinə görə, artıq çəkili insanların şəkər xəstələrinin xərçəngə tutulma riski daha çoxdur.
Zəmanəmizin xəstəliyi halına gələn xərçəngdən qorunmaq üçün mütəxəssislər aşağıdakı məsləhətləri veririlər:
Davamı →