Qan şəkəri və xərçəng riski

Hamınız son illərdə xərçəng xəstəliyinin artdığına dair xəbərlər eşitmişiniz. Mən də bu suallarla tez-tez qarşılaşıram. Sualın cavabı bir çox insana, elə mənə də, çox bəsit gəlirdi. Son illərdə diaqnostika metodları inkişaf etdi və əvvəllər bilinməyən xərçəng növləri tapılmağa başladı.

Sual çox məntiqli olduğu üçün də bütün məlumatları süzgəcdən keçirməyə başladım. Şans üzümə güldü və 2 gün əvvəl Tibb Universitetində keçirilən bir toplantıda İstanbuldan gəlmiş bir onkoloqun çıxışında bir çox şey mənə məlum oldu.

Bu məsələ ilə bağlı silsilə yazılar olacaq. İndilik isə qısa faktlarla başlayacağam.


qan şəkəri

Birinci fakt.

Şəkərin qanda səviyyəsi ilə xərçəng riski və xərçəngdən sağalmaq arasında əlaqə var.

90 md/dl altında şəkər səviyyəsi yaxşıdır və xərçəng riski hamısında eynidir. Şəkər səviyyəsi 90-109 arasında olanda isə ancaq qaraciyər xərçəngi səviyyəsi aşağı düşür. Bunu başa düşmək olar. Qaraciyər şəkər sevən orqandır. Şəkər səviyyəsi yaxşı olanda qaraciyər daha yaxşı işləyir.

Ancaq qan şəkəri 110-125 arasında olanda isə bu səfər ağciyər xərçəngi riski azalır. Digərləri, hətta qaraciyər xərçəngi riski isə artır. Qan şəkəri 125-dən yuxarı olarsa, bütün xərçəng növləri riski artır.

Qan şəkəri səviyyəsi 90 mg/dl üzərinə çıxdığı andan bütün xərçəng növlərinin riski artır

Müəllif : Dr. Vasif İsmayıl
Mənbə : tibb-dunyasi.com/ 
 

0 şərh