Рейтинг
+21.08

Onkoloji xəstəliklər

25 üzv, 41 topik

Ağciyər xərçəngi

Ağciyər xərçəngi 40 yaşdan sonra kişi və qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xərçəngi yaradan səbəblərdən ilk olaraq siqaret, radiasiya, zərərli peşələri (nikel, asbest və arsen preparatları ilə əlaqədə olan) göstərmək olar. İlk əlamətlərindən biri öskürək olub, bəzən qanla birgə aşkarlanır. Döş qəfəsində ağrılar və tez-tez baş verən soyuqlama halları xərçəngin ilk əlamətləri ola bilər.


Diaqnostikada əsas üsullardan biri bəlğəmin sitoloji müayinəsi, bronxoskopiya vasitəsilə şişdən biopsiyanın götürülməsi, ağciyərlərin rentgeni və KT-dir. Metastazlar adətən, yaxın yerləşən limfa düyünlərinə olur. Gecikmiş mərhələlərdə isə metastaz daha uzaqda yerləşən orqan və toxumalara, körpücükaltı limfa düyünlərinə, sümük, qaraciyər, baş beynə yayılmış olur. Müalicə isə mərhələdən və xərçəngin növündən asılıdır. Erkən mərhələlərdə cərrahi əməliyyat göstərişdir. Əgər prosesin yayılması nəticəsində cərrahi əməliyyat aparıla bilmirsə o zaman radioterapiya və ya kimya terapiyası aparılır.


Ardı →

Qan xərçəngi

Qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür.


Bu qrupa aiddir:


— leykoz- şiş hüceyrələri onurğa beynini zədələyir


— hematosarkoma- sümük və beyin daxilində yerləşməyən şişlər


— linfositoma- yetişmiş limfositlərsən yaranır


Bədxassəli şişlər cinsindən və yaşından asılı olmayaraq əmələ gəlir. Məhz şiş xəstəliklərinin sayı günü-gündən artır, buna səbəb isə onları yaradan səbəblərin sürətlə artmasıdır.


Ardı →

Dəri xərçəngi

Dəri xəstəliyinin ən ciddisi dəri xərçəngi dərinin epidermal mənşəli bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir. Amerikada il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.


Dəri insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.


Ardı →

Mədə və dodaq xərçəngi

Mədə xərçəngi dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində isə II yerdə durur. Mədə xərçəngi çox vaxt mədənin distal hissəsində rast gəlinir (antrum). Mədə xərçənginin klassifikasiyası isə onun lokalizasiyası və histoloji xüsusiyyətlərinə görə təyin olunur. Bir çox dəlillər var ki, Helicobakter Pylori (HP) adlanan mikrobun mədə xərçənginə gətirib çıxardığını sübut edir.


Nəzəri, klinik və epidemioloji tədqiqatlara görə, xərçəng xəstəliyini öyrənən beynəlxalq assosiasiya (LARC) bu mikrobu birinci sinif konserogen maddələrə aid etmişdir. Mərkəzi Avropa, Latın Amerikası və Uzaq Şərq ölkələrində cavan yaşlarda bu mikroba yoluxma səviyyəsi çox yüksəkdir.


Ardı →

Nazik bağırsaq şişləri

Məlum olduğu kimi nazik bağırsaq şişləri xoşxassəli və bədxassəli olur.Nazik bağırsağın xoşxassəli şişlərinə mədə-bağırsaq şişlərinin 5 %-ə qədərini xoşxassəli şişlər təşkil edir. Bunlara leyomioma, lipoma, neyrofibroma, fibroma aiddir. Damarlı şişlər çox vaxt nazik bağırsaqda çoxsaylı lokalizasiyaya malikdirlər. Hemangiomalar qanaxma verib və ya invaginasiyaya uğraya bilərlər. Diaqnostika məqsədilə biopsiya və qanayan sahələrin koaqulyasiyası üçün enteroskopiyadan istifadə olunur.
Ardı →

Timus şişləri

Timus ya çəngələbənzər vəzi 2 paydan ibarət olub, döş sümüyünün yuxarı arxa hissəsində yerləşir. Timus vəzidə immun sistemin T hüceyrələrinin yaranması və differensasiyası baş verir. Timus şişləri aşağıdakılara bölünür.


Spesifik şişlər, timus vəzinin öz hüceyrələrindən yaranan, bunlara timoma və xərçəng aiddir.


Spesifik olmayan şişlər: bunlara limfoma, sarkoma, teratoma, fibroma, lipoma, neyroendokrin mənşəli şişlər aiddir.


Ardı →

Qida borusu şişləri

Qida borusunun yastıhüceyrəli xərçəngi əsasən qələvi məhlulların qəbulu nəticəsində qida borusunun daralması ilə əlaqədar olaraq, axalaziya, qida borusu membranı baş və boyun nahiyəsində yastıhüceylərli xərçəng, spirtli içki və siqaretdən istifadə nəticəsində meydana çıxır. Risk qrupuna o cümlədən çox qaynar qida və içki sevənlər, xırda sümüklü balıq, sərt soyuq ət, eyni tipli qidalanmaya üstünlük verib, meyvə tərəvəzi az qəbul edən şəxslər aiddir.
Davamı →

LOR orqanları şişləri

Burun və burunətrafı ciblərin şişləri — Ekzofit papillomalar yastıhüceyrəli məməcikli şişlərə aid olub, xoşxassəli xarakter daşıyırlar, İntervertion papillomalar, Yastıhüceyrəli xərçəng burun və burun ətraf ciblərin ən çox rast gəlinən xərçəngidir. Müalicə radikal rezeksiya və cərrahi əməliyyatdan ibarətdir. Burun xərçəngi burun tutulması, burundan qanlı ifrazat, şişkinlik və üzün keyləşməsi ilə xarakterizə olunur.

Burun-udlaq nahiyəsinin xərçəngi


Burun-udlaq nahiyəsinin xərçəngi burnun və ya eşitmə yolunun tutulması, qanlı irinli rinoreya, burun qanaxmaları, üz siniri iflici, boyun limfoadenopatiyası ilə müşayiət olunur.


Ardı →

Qarın boşluğu şişləri

Qarın boşluğu və retroperitoneal sahənin şişləri orqan və qeyri-orqan mənşəli şişlərə bölünür. Orqan mənşəli şişlərə böyrək, böyrəküstü, yuxarı sidik yollarının şişləri aiddir. Həmçinin, böyrək və yuxarı sidik yollarının şişləri qarın boşluğu şişləri arasında birinci yeri tutur. Qeyri-orqan mənşəli şişlərə ( orqan mənşəli olmayan ) piy, boş birləşdirici toxuma, əzələ, fassiya, damar, sinir, simpatik sinir düyünləri, limfa düyünləri və damarlarından yaranan şişlər aiddir. Bunlara müxtəlif kistalar, teratoma və embrional xərçəng növləri aiddir. İlkin qarın boşluğu şişləri nadir halda rast gəlinir və cəmi 3% təşkil edir. Bədxassəli şişlər təəssüflə qeyd etmək lazımdır ki, çoxluq təşkil edir və 70-80% hallarda rast gəlinir. Onlar arasında müxtəlif histoloji xüsusiyyətlərə malik sarkomalara rast gəlinir. Xoşxassəli şişlərə isə fibroma, lipoma, nevrinoma, leyomioma aiddir.


Ardı →

Baş beyin şişləri

Bu növ şişlərin yaranması müxtəlif səbəblərdən yarana bilər və çoxlu növləri var. Qeyd edək ki, mərkəzi sinir sisteminin şişləri təəssüf ki, geniş yayılmışdır və orqanizm şişlərinin 5%-ni təşkil edir. Baş beyin şişləri yaranmasının bir çox səbəbi var bunlara kəllə-beyin travmaları, zərərli mühit, kəllənin rentgen şüalarına və yüksək sürətli cərəyana çox məruz qalması. Baş beyin şişləri aşağıdakılar bölünür:


Ardı →