Böyüklərin uşaqlardan öyrənəcəkləri

Təkrar uşaqlığa qayıtmaq mümkün olmasa da inanılmaz səmimi əhval-ruhiyyəni saxlamaq olar ki, bu zaman yenilik axtarışı və bir gün ərzində hər şeyi eləmək arzusu öndə olur. İllərlə bu arzu “sonra eliyərəm” kimi bir anlayış ilə əvəz olunur. Lakin biz sizə böyüklərin uşaqlardan öyrənə biləcəyi bəzi məqamları təqdim edirik ki, bu həyatınızın hər anını yadda qalan edəcək.

Qaçmaq. Uşaqlar bizə qaçmağın yalnız idman deyil, onun həm də sevinc gətirdiyini xatırladırlar.
Gülləri iyləmək. Belə bir deyim var: “Dayanın və qızılgüllərin ətirini alın”. Lakin biz çox nadir hallarda buna vaxt tapırıq. Amma uşaqlar gül-çiçəklər ilə oynamağı çox sevir.

Təsəvvür etmək. Əgər uşaq evdə deyil, kosmosda olmağını təsəvvür edirsə, bu zaman onun beynində və gözlərinin qabağında bu həqiqətən də elədir. Çox təəssüf ki, böyüklərin əksəriyyəti şəxsi xəyallarında olaraq hər şeyi unutmaq qabiliyyətini itiriblər.

Heyvanları sevmək. Uşaqlar heyvanları çox sevir. Bunun üçün heyvanlar haqqında cizgi filimləri, kitablar, həmçinin heyvanxana uşaqların böyük marağına səbəb olur.

Şəkil çəkmək. Bu təəccüblü səslənsə də uzun və gərgin iş günündən sonra şəkil çəkmək fikir dağıtmağın ən effektiv üsuludur. Uşaqların qayğısı az olsa da onlar həmişə divarları rəngləməyə hazırdır .

Çarpayıda tullanmaq. Çarpayı uşaqlara tullanmaq və yalnız sonra yatmaq üçün lazımdır. Böyüklərə həmçinin bəzən təhlükəsizliyi unudub doyunca atılıb düşmək lazımdır.

Animatorlar ilə dostluq etmək. Biz bilirik ki, bu kostyumun altında çörək pulu qazanan yeniyetmədir. Amma bəzən Mikki Mausa uşaqların gözləri ilə (heyranlıq və əsl sevinclə) baxmaq lazımdır.

Çimərlikdə dincəlmək. Çimərlikdə hərəkətsiz uzanmaq insana rahatlıq verir. Lakin özünü quma basdırmaq, qumdan qala tikmək və dalğaları ötməyə çalışmaq ondan da yaxşıdır ki, uşaqlar bunu bilirlər.

Böcəklərdən qorxmamaq. Böyüklər böcəkləri və başqa həşəratları iyrənc hesab edirlər. Amma əslində bu Yer kürəsində ən unikal canlıdır və buna görə uşaqlar onlara heyranlıqla yanaşırlar.

Kitabları təkrar oxumaq. Uşaqlar kitabları yalnız ikinci dəfə deyil, hətta beşinci, altıncı dəfə də təkrar oxumamağa xoşlayırlar. Bundan başqa, kitabın süjetini qabaqcadan bilərək də, onlar səmimiyyətlə ona təəccüblənirlər. Böyüklərin bu adət edilmiş şeyləri belə təzə və parlaq qəbul etməyi öyrənməsi yaxşı olardı.

Oynamaq. Uşaqlar üçün bütün həyat oyundur. Hətta yaxınlıqda oyuncaq olmadıqda belə onlar hansısa bir predmet tapıb dərhal onun üçün yeni oyun funksiyasını fikirləşirlər. Böyüklər isə belə münasibəti yüngülxasiyyətlilik adlandırırlar.

Doğum gününə sevinmək. Ad günü münasibəti ilə əyləncə gecəsində böyüklər əlbəttə, tam olaraq əylənirlər. Amma böyüklər artıq bu günü uşaqlar kimi sevinclə gözləmirlər.

Suallar vermək. Uşaqlardan eşitdiyimiz daimi “niyə” sualları bəzən yorucu ola bilər. Amma belə uşaqlar sizə bu dünyada nə qədər sirr və möcüzə gizləndiyini anlamağa imkan verirlər.

Dondurma yemək. Uşaqlar dondurma yeməyin nə qədər sevincli olduğunu yaxşı bilir. Bu zaman prosesə 100%-lik qoşulmaq, geyiminizin və əl-üzünüzün batmasının qayğısına qalmadan həzz almaq lazımdır.

Ünsiyyətlilik. Uşaqlar yay düşərgəsinə gedərkən, yeni bağçaya və ya məktəbə qəbul olarkən ilk olaraq yeni dostlar əldə etməyə başlayırlar. Böyüdükcə biz sərbəst ünsiyyət saxlamaq imkanını tədricən itiririk və yeni münasibətlər yaratmağa qorxuruq.

0 şərh