Gülümsəyin,cənablar!

Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Bu halda gözlərinizin dövrəsindəki qırışların dərinləşməsi qorxulu deyil: çox yaşamaq xatirinə buna dözmək olar.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.
gülümsəmək lazımdırMəlum olmuşdur ki, gülümsəməyən insanlar orta hesabla 73 il yaşamış, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaşdan az olmuş, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşamışlar. Bu cür təbəssümdə insanın üzünün bütün əzələləri iştirak edir.
Alimlər demişlər: əlbəttə, təbəssüm insan orqanizmində baş verən hadisələrin yalnız zahiri əksidir. Nikbinliyə, həyatsevərliyə dəlalət edən geniş təbəssüm insanın immun sisteminin, ürəyin, damarların işini yaxşılaşdıran hormonların yaranmasına müsbət təsir göstərərək sağlam qalmağa kömək edir. Həyata bədbin baxışlı insanlar isə çox vaxt müxtəlif virus, mədə-bağırsaq və əsəb xəstəliklərindən əziyyət çəkirlər.
ABŞ-ın Merilend Universitetinin alimləri müəyyən ediblər ki, gülüş ürək damarlarının işini yaxşılaşdırır. Həkimlər tədqiqat obyekti olmağa razılıq vermiş şəxslərdən ilk növbədə böyük əqli gərginlik tələb edən filmi seyr etmələrini, sonra isə komediya janrında çəkilmiş fimlərə baxmalarını xahiş ediblər. Aydın olub ki, ciddi filmlər ürəkdə qan axının sürətini 35 faiz azaldıb, gülüş doğuran filmlər isə, əksinə, qar axının sürətini təqribən 22 faiz artırıb. Odur ki, “ujastikləri“ sevənlər yaxşı ürəyə malik olmaq istəyirlərsə, “Yadlar“ı və ya “Yırtıcılar“ı unutmalıdırlar.

Xatırlatmaq yerinə düşərdi ki, əvvələr gülüşün müalicəvi təsiri barədə avrstriyalı həkimlər də məlumat vermişdilər. Onlar da müəyyənləşdirmişdilər ki, gülüş ürək-damar xəstəliyinə tutulma təhlükəsini xeyli azaldır.

Amerika mətbuatının yazdığına görə, yerli alimlər ürəkdən gülməyin idmanı əvəz etdiyini, üstəlik, iştahla bağlı problemləri aradan qaldırdığını müəyyənləşdirib. 8 ildir gülüşün orqanizmə təsirini araşdırmaqla məşğul olan alimlərin bildirdiyinə görə, onun insan orqanizmində bir çox sahələrə müsbət təsiri var: immun sisteminin stimullaşdırılması, qanda xolesterinin miqdarının tənzimlənməsi, qan təzyiqini normada qalması və sair.

İnsanlar gülümsəməyi körpə yaşlarından öyrənirlər. Buna görə də uşaqlarınızın uzunömürlü və xoşbəxt olmasını istəyirsinizsə, onlara tez-tez təbəssüm bəxş edin.

Həmçinin bax:
Bir təbəssümün gücü

10 şərh

bloqçu
Qaraqabaqlıqla sərtliklə heç də uzağa getmək olmaz. Çoxları düşünür ki, (əsasən də qızlar üçün) ağır olmaq daha yaxşıdır. Bəli, əlbəttə ki şit olmaqdansa ağır olmalısan, amma, bu «ağır olmaq» fikrinə uyub, mehribançılığı, səmimi, təmiz bir gülüşü qurban vermək heç düzgün deyil. Keçənlərdə mikrotopiklərdə də yerləşdirmişdim -Həzrət Əlinin bir kəlamı var: «Gülmsəmək və mehribanlıq məhəbbətin torudur...»
Immortal
Hesablamalara inansaq onda mən orta hesabla 100 il yaşayacam ki… :) )))
Mehri
Maraqlı mövzudur. Gülmək həm insanın özünə həmdə çevrəsindəkilərə də xoş əhval bəxş edir.
Dior
Özüm kimi gülərüz qız görməmişəm)))
bloqçu

)))) sən axı məni görməmisən!

ramzes
Çox gülmək beyini inkişafdan saxlayır, nəticədə insan düşükləşə bilər.
Bakinets
Gülümsəyin cənablar sözünü ANS-in aparıcıları çıxarmıtşdı.
Cavid
Düzdü, səhv etmirəmsə İç xəbərdə deyilirdi, yüz problem sayırdı sonrada deyirdi gülümsəyin))
ayxansevda
çox gülən ac qalar