İncəlik

“Bir incəlik göstərin, inciməsin ürəyim.” (Cahid Zərifoğlu )

İncəlik, insan münasibətlərində insanın başqalarının qavramalarına duyarlı olmağı, düşüncəli davranmağı; onların duyğularına diqqət göstərməyi deməkdir. Müəyyən bir durumda nəyin uyğun olduğuna duyarlılıq göstərmək, aqressivlikdən uzaq danışmaq və nəzakətli davranmaqdır. İncəlik, bütün insanlar arası münasibətlərdə həm ünsiyyəti asanlaşdırıcı, həm də insanlara sayğı anlamında bir təsirə sahibdir. İncəlik bir bacarıqdır; amma bu təməl bacarıq gündəlik həyat içərisində çox vaxt gözardı edilir. Bir çox yetkin insanın belə bacarıqsız olmağının ardında yatan təməl səbəb, insanlar arasında yumşaq münasibətlər qurulub davam etdirilməsində incəliyin önəmini qavraya bilməməkləridir.

İncəliyi öyrənmə, ana və ata tərbiyəsi ilə başlayan bir prosesdir. Yaxşı xasiyyət, gözəl davranış, yaxşı əxlaq, nəzakət, bu bacarığın təməl ifadələridir. İncəlik, əbəttə nə davranışda yaltaqlıq, nə də gərəksiz aşırı vericilik biçimində olmalıdır. İncəlikdə ideal olanı, insanın bunu münasibətdə olduğu hər kəsə görə və onların bizə necə davranmaqlarını istəyiriksə, eynilə o şəkildə tənmizləməsidir. Doğru tətbiq edildiyi halda, incəlik həqiqətən bir insanda zəhmətsiz və təbii bir xüsusiyyət halına gələr.

Qarşılıqlı hər cür ünsiyyətdə qarşımızdakı insanın mənliyinə, duyğu və düşünmə tərzinə sayğı göstərmək, incəlikli davranmağı gərəkli edir…
İncəlikdən yoxsul olmaq insan münasibətlərində çox ağır bir əngəl yarada bilər. Hər kəsin ətrafında mütləq “doğruya doğru” deyib açıq açıq danışmaqla qürur duyan insanlar vardır. Belə insanlar çox zaman çox açıq sözlü olmağın onları dostlarından, tanışlarından etdiyindən şikayətlənirlər. Halbuki tanışları və dostları ilə uyumlu münasibət qura bilməməklərinin təməl səbəbi, incəlikdən yoxsul olmaqlarıdır. Bu cür insanlar yalnış bir biçimdə “hər şeyi olduğu kimi söyləmək” ilə dürüstlüyü eyni şey hesab edirlər. Çox vaxt dürüstlük adına “Vur deyəndə öldürmək” lərinə başqalarının mənfi reaksiya göstərdiklərini anladıqları zaman həm təəccüblənirlər, həm də özlərini “dürüstlüyümə görə itirirəm” düşüncəsinə kilidləyirlər. Amma işin əsli budur ki, dürüst olmaq, dürüst davranmaq, heç kimə boşboğazlıq və sayğısızlıq etmək haqqını vermir.

Məsələn, bir insanla gərəksiz bir anlaşmazlıq yaşamaqdan necə qaçına bilərik? “Xahiş edirəm, mənə bu nəticəyə necə gəldiyinizi biraz da açıqlaya bilərsiniz?” cümləsi ilə “Sizinlə eyni fikirdə deyiləm” cümləsini müqayisə edin. Birinci yanaşma, güclü reaksiya veriləcək bir ziincəlikddləşmənin qarşısnı ala bilər, lakin ikinci yanaşma, tam əksinə belə bir vəziyyətə aparar. Tam bir fikir birliyinə varmadan da davam ediləcək durumlarda belə qarşımızdakı insanın düşüncələrinə sayğı göstərmək, incəliklə davranmaq ən azından o insanla gələcəkdəki münasibətlərimizdə daha müsbət bir təsir içində olmağımızı asanlaşdırar.

Üz-üzə ünsiyyətin daha az, yazaraq qurulan ünsiyyətin daha çox olduğu günümüzdə incə davranmaq üçün özümüzü idarə etməyə düşən pay daha çoxdur. Ağzımızdan çıxanı qulağımızın eşitmədiyi zamanlar ola bilər; lakin klaviaturamızdan çıxan sözləri gözdən keçirmək kimi bir şansımız var. İncəlik sahibi olan insanlar bəsirət sahibi olan insanlardır. Bəsirət; uzağı görmə, anlayış, diqqət və düşüncəli olma anlamına gəlməklə birlikdə, eyni zamanda aqressiv və güclü reaksiya göstərdiyimiz düşüncələrimizin bir hissəsini diqqətlə özümüzə saxlamaq sənətidir.

Mənbə: blog.milliyet.com.tr
Hazırladı: Fidan Aslanova

0 şərh