Gülüş xoşbəxtlikdir

Qaşqabağını tökən insanların, daim təbəssüm edən insanlara nisbətən, üzləri daha erkən və daha çox qırışır.

Bundan başqa
• Qaşqabağımızı tökdükdə 18, gülümsədikdə isə yalnız 3 əzələmizi istifadə etdiyimizi,
• Gülümsəmək üçün 14 kalori, qaşları çatmaq üçün 72 kalori lazım olduğunu,
• Hərəkət və üz ifadələrimizin istifadə etdiyimiz sözlərdən 8 qat daha güclü və təsirli olduğunu,
• İnsanın fikirli olduğu zamanlarda üz ifadəsinin gerçək halı olduğunu,
• Daim qaşqabağını tökən kəslərin təbəssüm edənlərə nisbətən daha erkən yaşlandığını,
• Davamlı gülümsəyən insanların qaşqabağını tökənlərə nisbətlə daha çox sevildiyini,
• Çinlilərin stresə söykənən infarkt hadisəsi nisbətinin çox aşağı olduğunu və bunun səbəbinin həyata müsbət baxmaları və təbəssüm etmələri olduğunu,
• Təbəssümün yoluxucu olduğunu,
• Dünyanın ən yaxşı satış və satışa çıxarma işçilərinin müvəffəqiyyətlərinin arxasında gülərüzlü olmalarının dayandığını,
• Yaponiyada gülümsəmə məktəbi olduğunu,
• Gülər üzlü işçilərin iş həyatlarındakı səmərənin daha yüksək olduğunu,
• Çatışmazlıqlara və mənfi hadisələrə, həyata pessimist baxan insanların daha çox uğradığını,
• Gülər üzlü insanların daha çox yada salınıb, xatırlandığını,
• Salamlaşan iki insana Allahın yetmiş lütfü olduğunu və bu yetmiş lütfdən altmış doqquzunun gülər üzlü olana verildiyini,

gülüş xoşbəxtlikdir,təbəssüm,gülmək

Gülməyin də insan sağlamlığı üzərindəki saysız faydalarına işarə edən mütəxəssislər, gülərək daha uzun və xoşbəxt bir həyat yaşaya bilmənizi vurğulayır

• Güldüyümüzdə üzümüzdə 15 əzələ birlikdə işləyir.
• Gülmək kişi və qadın arasında da fərqlilik göstərir. Kişilər daha qısa davamlı gülərkən qadınlar daha uzun qəhqəhə çəkir.
• Güldüyümüz zaman şiş və viruslarla döyüşən hüceyrələrimizin sayı da artır.
• Xüsusilə ruhi bəzi xəstəliklərin müalicəsində gülmə müalicəsi istifadə edilir. Xəstələr üzərində müsbət təsirləri olduğu müşahidə edilir.
• Patch Adams adlı həkimin işləri bu mövzuda nümunə olaraq göstərilir.
• Uşaqlar gündə təxminən 300 dəfə gülür, yetkinlər isə gündə ortalama 17 dəfə gülür.
• Yanımızda biri olduğu zaman edilən zarafata ya da gülməli bir hadisəyə tək olduğumuzdan on qat daha çox gülürük.

Həmçinin bax: Gülümsəyin,cənablar 

Bu yaxınlarda avropalı alimlər bir qrup könüllünün iştirakı ilə əlavə tədqiqatlar keçiriblər. Araşdırma iştirakçılarına komediyaya baxanadək və baxdıqdan sonra ağrıya qarşı həssaslığı yoxlamaq üçün bəzi testlər təklif olunub. Məlum olub ki, gülüş prosesində, daha dəqiqi, ağ ciyərlərdən havanın daha tez-tez və güclü boşaldılması nəticəsində endorfinlərin və insana tiryək preparatlarının təsirinə oxşar təsir göstərən analgetiklərin ifrazı artır. Beləliklə, alimlər müəyyən ediblər ki, gülməli filmə baxdıqdan 15 dəqiqə sonra insanda ağrı 10 faiz azalır.
Lakin tədqiqatlar göstərir ki, belə effektə yalnız təbii, səmimi gülüş malikdir. Saxta gülüş analoji nəticələr nümayiş etdirməyib. Bundan əlavə, effekt həmçinin başqa şəxslərin əhatəsində güldükdə güclənir. Ona görə də həkimlər komediyalara təklikdə deyil, dostlarla və ya ailəvi baxmağı tövsiyə edirlər.

2 şərh

Bella
çox maraqlı məlumatlardır.təşəkkürlər
ilham
Amerika və Britaniya alimlərinin birgə araşdırması göstərib ki, gülüş insanı tanımadığı şəxsə münasibətdə daha səxavətli edir. Britaniya mətbuatının yazdığına görə, məhz gülüş tanış olmayan insanlar arasında yaxınlaşmaya kömək edir.Eksperiment zamanı bir qrup insana ciddi və yumorun yer aldığı videogörüntüləri izlətdiriblər. Bundan sonra bir-birlərilə tanış olmayan insanlar arasında qarşılıqlı şəkildə səxavətlilik tələb edən oyun təşkil edilib. Məlum olub ki, yumor verilişinə baxan və vaxtını gülməklə keçirən şəxslər tanımadıqları insanlara qarşı daha səxavətli olur.