Bazar ertəsi günü sindromu

Çalışanlar bazar ertəsi günləri böyük bir stress yaşayır. Edilən araşdırmalara görə illərdir iş həyatında müvəffəqiyyətli olan kəslərdə belə bu stress görülür. Hər kəsin kabusu halına gələn ‘Bazar ertəsi sindromu' olaraq təsvir edilən iş günü stressini atmaq artıq çox asandır!

İçinizdəki mənfi enerjini atıb bədəninizdə yenidən sevinc qaynağı meydana gətirməniz üçün budur mütəxəssislərdən 5 təklif!
2. Sevinc qaynağı-İdman: Yarım saat boyunca gəzmək depressiyaya qarşı alınacaq ən yaxşı dərmanlardan biridir. Xüsusilə günəş şüaları bədəndə xüsusi enerji yaradır.
3. Sevinc qaynağı-Davranış: Sizləri güldürəcək bir şeylər oxuyun və ya seyr edin. Sarı bir şey geyin və ya büronuzdakı vazanızın içinə sarı çiçəklər qoyun.
4. Sevinc qaynağı-Dərman: B vitaminləri alın. Bunlar sinirlərinizi yatırar və depressiyanı uzaqlaşdırar.
5. Sevinc qaynağı-Düşünün: Bir kağız götürüb həyata niyə bağlı olduğunuzu və niyə yaşamaq istədiyinizi yazın. Bunu edərkən müsbət düşünməyi unutmayın.

bazar günüUPD.İngilislər ən çox bazar ertəsi xəstələnir.
bu faktı Əmək Qanunvericiliyi Agentliyinın apardığı tədqiqat ortaya çıxarıb.
Təqqiqat onu da aydınlaşdırıb ki,  Britaniyada bazar ertəsi xəstəliklərin ən çox qeydə alındığı bir gündür.
Sorğuda iştirak edən müəssisə rəhbərlərinin dörddə biri bildirib ki, indi işə gələ bilməyən əməkdaşlarından ənənəvi telefon zəngləri əvəzinə e-mail və ya mobil messajlarla bildiriş qəbul edirlər: «Amma telefonla verilən bildirişlər insanın həqiqətən də xəstə olduğunu müəyyən etməyə kömək edərdi».
Bununla belə tədqiqatçılar bu qənaətə gəlib ki, xəstəliklər barədə bildirişləri elektron formada qəbul edən müəssisə rəhbərləri öz işçilərinə daha çox etibar və etimad göstərir.
Bəlli olub ki, bazar ertəsinə düşən xəstəliklərin səviyyəsi Britaniya biznesinə 30 milyon funta (təqribən 45 milyon dollar) başa gəlir.
Qeyd edək ki, tədqiqatda 1500 işçi sorğu-sual edilib.
 

1 şərh

elshad
Bu sindrom insanlara aitdirsə şəkildəki niyə pişikdir?