Dörd şey

  1. Dörd şey xoşbəxtlik əmələ gətirir- təmiz əsl, təmiz ürək, təmiz əl və müstəqil rəy.4 -four,quatre,четыре
  2. Dörd şey xoşbəxtliyə sübutdur - düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.
  3. Dörd şey hamıya lazımdır- itaət, nəsihət, şəfqət və əmanət.
  4. Dörd şeyi geri qaytarmaq olmaz- deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.
  5. Dörd şeyi dörd şeysiz eləmək olmaz-düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.
  6. Dörd şey işləri tamamlayır-böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.
  7. Dörd şeydən ehtiyat etmək gərək- tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.
  8. Dörd şey bədbəxtlik nişanəsidir- tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.
  9. Dörd şəxsdə dörd şey olmaz- yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.
  10. Dörd şey bütün xalqlar üçün yaxşıdır- ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.
 

14 şərh

bahar

Bəzən başqalarının gözündə xoşbəxtlik kimi görünən şey,insanın özü üçün bədbəxtlik olur.

Əliyev
təmiz əsl nə deməkdir?
Cavid
Mən də dəqiq anlamadım ancaq düşünürəm ki, təmiz əsl burada təmiz əsli(kökü, nəsli) kimi işlədilib. Məsələn, gərək insanın əsli təmiz olsun.
bahar

Təmiz əsl,yəni,soyu-kökü.əsli-nəcabəti təmiz


 

ilham
Dörd şeydə dörd şey olmaz.
bankir
Dörd şeydə dörd şeyin olması üçün dörd şey lazımdır:-)
nərgiz
Dörd şeydə dörd şey çatışmırsa dörd şey lazımdır ki həmin dörd şey düzəlsin.
Zeynal
Dörd şey bütün xalqlar üçün yaxşıdır- ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.
King
salam,,,dostlar,,,bayraminiz mubarek,,,,,,,,,,,,,,,,,,,,,,,,
Əliyev
  1. 4 şey səni dörd şeyə çatdırar: səbir istəyə, çalışmaq mətləbə, pəhrizkarlıq sağlamlığa, qənaət dövlətə.
  2. Kişilər dörd sifətə malikdir: kəramətli, səxavətli, paxıl və ləim. Kəramətli özü yeməz xalqa verər, səxavətli özü də yeyər, xalqa da verər, paxıl özü yeyər, xalqa verməz, ləim nə özü yeyər, nə xalqa verər.
  3. dörd nəfərlə dostluqdan çəkin: axmaqla, yalançı ilə, paxılla, fitnəkarla.
  4. dörd şey ömür artırar: bakirə qızla evlənmək, isti su ilə çimmək, sağ tərəfi üstə yatmaq, səhərlər alma yemək.
  5. dörd şeyin qədrini bilin: cavanlığın, sağlamlığın, əmin-amanlığın, ölülərin.
  6. dörd şeyi yadda saxla: ən böyük dövlət əqldir, ən böyük yoxsulluq axmaqlıqdı, dəhşət özünü bəyənməməkdir, ən böyük ünsiyyət gözəl rəftardır, yaxşı xasiyyətdir.
  7. dörd şey dörd şeydən doymaz: yer yağışdan, göz baxmaqdan, yar yardan, alim elmdən.
  8. dörd şey 4 şeyi gətirər. Sakit olmaq rahatlığı, uzun danışmaq rüsvayçılığı, səxavət ucalığı, şükür etmək bolluq gətirər.
Müdriklərin dediyindən
ayxansevda
Dörd şeyi dörd şeysiz eləmək olmaz-düşmən ilə dost olmasan onu məhv etmək olmaz vay — vay bu nə pis üsuldur. Ən nifrət etdiyim cəhət odur ki, qarşıdakının etibarından istifadə edəsən. Lakin bu ən geniş yayılmış üsuldur.
rezerv
İlahi,dörd əməl hədər yerədir:doyduqdan sora yemək yeməy,gündüz gözüykən çıra yandırmaq.Qeybət etmək  və edilən yaxşılığı üzə vurmaq.
seyidova
heç bunları düşünmemişdim.teşekkür