Lazımsız

Allah heç kəsin qəlb sevincini əlindən almasın…
Lazımsız yenə otağın bir küncündə oturub elə hey düşünürdü. Ona hər şey ağır gəlirdi. Hər şeyə-canlı, cansız nə varsa hamısına nifrət edirdi. Bir anlıq hönkür – hönkür ağlayır, sonra nəsə yadına düşürmüş kimi sakitləşir, düşünməyə davam edirdi. Gözləri bir boşluğa zillənmişdi. O, ölmək , canını qurtarmaq istəyirdi. Qəflətən qəribə bir səs onu diksindirdi. O, çaş-baş halda gözlərini ətrafa gəzdirdi, amma axtardığını tapmadı, səsin haradan gəldiyini bilmədi. Səs çox qəhərli idi. Lazımsızın özündən də qəmgin idi. Çünki bu onun əzab çəkmiş ürəyinin səsi idi. O, deyirdi: “ Ölmək vaxtı deyil, Lazımsız. Sən savaşmalısan. Səni gələcək gözləyir. Sən istəsən də ölməyəcəksən. Əgər yaşayırsansa bu sözün tam mənasında yaşa! Hər şeyin öz vaxtı var, Lazımsız. Başlanğıc və Son. Necə ağır kəlmədir bu – Son. Amma hər şey bitir. Insan ömrü belə. Bizə heyfslənmək qalır.”

 

Lazımsız qulaqlarını tutdu. O, heç nə eşitmək istəmirdi. Səs :
“ Bir bax, necə soyuq külək əsir, lap damarına işləyir, qanını dondurur. Gərək isti geyinəsən, yoxsa xəstələnərsən. Xəstələnmək nəyinə gərək?! O, yalnız istehza edib, güləcək sənə. O, səni məhv etməkdən həzz alacaq. Sənsə taqətsiz halda , yalnız öz halına acımalı olacaqsan. Çünki tək buna gücün çatacaq. Zəif, gücsüz, xəstə- heç kimə lazım olmayacaqsan, Lazımsız… Adın da belədir… Küləyin isə heç vecinə də olmayacaq. Yadından da çıxacaqsan. O, öz qurbanları ilə maraqlanmır. Ona görə güclü olmalısan, qələbə çalmalısan, uğur əldə etməlisən. Onda sənə hörmət edərlər! Hər şey bitib , geriyə yol yoxdur. Bəzi şeylər də səndən asılı deyil. Çox çalışdın, çox vuruşdun, demək belə olmalı imiş. Hər şey belə qurtarmalıdır. Sən çox şeydən yapışma , yoxsa heçnəsiz qalarsan. Sən bir şeydən yapış , onu da gücləndir. Sən nümunə ol, güclü ol. Hər şeyi unut. Amansız həyat! O sənə baxıb gülür. Kəs gülüşünün səsini , susdur onu! Mümkün olan şeylərin dalınca qaç, mümkün olmayanların yox. Çünki mümkün olmayan şeylər səni aludə edir, aldadır, arxasinca aparır, sonar heçnəsiz səni buraxıb gedir. Qalırsan baxa-baxa, dilin söz tapmır bir söz deməyə. Mümkün olan şeylər isə deyir: “İndi mənim vaxtımdır. Məndən yapış , mənəm sənin xilasın , mən kömək edərəm sənə. Bir bax , bu mənəm, gözlərini qaldır , həyat mənimdir -deyə səslən . onda o, susacaq, onun qurbanına çevrilmə. Güc tap özündə, qalx! Hə , Lazımsız eşidirsən, dost ol həyatla. Onda o da səni sevəcək. O, səni şillələsə də , tək buraxmaz. Axı, onun şirin çağları da olur. Indi qışdır., soyuqdur, külək əsir, yağış yağır. Axı, ardınca günəş çıxacaq, güllər açacaq. Həmişə qışdan sonra bahar gəlir. Indi sadəcə olaraq, “mümkün olanın” vaxtıdır. Qalx ayağa ! Bu sənin haqqındır! ”

Lazımsızdan səs çıxmadı. O, yorğun addımlarla otaqdan çıxdı, qapını örtdü. Indi o, fikirləşmək belə istəmirdı. Arzusu tezliklə bu otaqdan uzaqlaşmaq idi.

II hissə

Lazımsız təmiz hava almaq üçün küçəyə çıxdı. Küçənin səs-küyü onu elə bil ki, yuxudan oyatdı. Dayanıb yorğun gözləri ilə ətrafa baxır. Amma ona baxan yoxdur. Gözlərində ümid qığılcımları az qala yalvarsın ki, heç olmasa onu görsünlər. Lakin adamlar onu görmür. O, salam verir , amma heç özü də öz səsini eşitmir. “Bu nədir, səsim batıbdır , nədir?”

Amma yox, sadəcə insanların qulaqları zəif səsi eşitmir.
lazımsız insan

Lazımsız bir az da gedir. Fikirləşir ki, bura səs – küydür, ona görə də onu eşitmirlər. Avtobus dayanacağının yanında köhnə dostunu görür. Sevinir. Yaxınlaşıb olmayan gücü ilə ona salam verir. Lakin köhnə dost da onu görmür. Salamını eşitmir. Lazımsız anlayır ki, səsi də ondan küsübdür. Deyir: “ Qədrimi bilmədin!”. Ürəyi də küsüb, bütün vücudu üz döndərib ondan. Onlar lazımsız olmaq istəmirlər. Onlar Laımsızla mübarizə aparır:
” Bizi məhv etmə, biz güclü olmaq ,, yaşamaq istəyirik!” Lazımsız kövrəldi. O, necə də vücuduna əziyyət verirmiş. Bunu indi anladı. Çəkildi kənara , daha heç kəsə salam verməyə çalışmadı. Oturdu ağacın altında. Gurlayan həyata baxmağa başladı., şütüyən maşınlara, tələsən insanlara… “ Aman Allah, həyat necə də sürətlidir. Necə hər şey tez ötüb keçir?! Zamanın sürətinə bir bax! Buna görə ürəyim ağlayır, dilim tutulub, səsim gəlmir. Arxada qalıblar , yazıqlar. Qabaqda isə necə böyük izdihamdı. Mən lazımsız kimi kənarda qalmışam. Mən lazımsızam! Beləsindən öz vücudu da üz döndərər. Nəyinki salam verməyən insanlar…”

Axşam oldu. Ay çıxdı. Lazımsız başını qaldırıb aya baxdı. Ay Lazımsızın göz yaşları ilə islanmış üzünü işıqlandırdı. Lazımsız da ona cavabında gülümsündü. Çünki ay ona salam vermışdi. Lazımsız ayağa qalxdı, sürətli addımlarla küçədən uzaqlaşdı. O, izdihama çatmaq istəyirdi.

Müəllif: Zeynalova Vüsalə. M

 

10 şərh

bahar
Qəribə olsa da Lazımsız kimiləri həyatda çoxdu.
Bir tələbə yoldaşım var,«lazımsız»a çox oxşayır,adını da «BEYQUŞ» qoymuşuq.
ayxansevda
depressiyada olan insanların çoxu belə olurlar, amma bəziləri həmişə belədirlər.
fatmagul
«BEYQUŞ»lar çoxdur
MASON
maraqlı idi, təşəkkürlər
Ferbara
Motivə edici cümlələr çoxdur. Məs, Çünki mümkün olmayan şeylər səni aludə edir, aldadır, arxasinca aparır, sonar heçnəsiz səni buraxıb gedir.
Yaxud mənasız şeylərə aludə olub lazımsıza çevrilirik.
ayxansevda
mümkünsə fikrinizi daha dəqiqi izah edin, yəni xoşunuza gəlmədi? əvvəlcədən təşəkkürlər
Ferbara
Yox, əksinə. Xoşuma gəldi. :) Yəni insanı ruhlandıran məqalədir. 
Misal çəkdiyim cümlə isə daha tutarlı fikirdir. Lazımsızlıq yuxusundan ayıldır.
seyidova
Mence ele bir insan yoxduki heyatında bir defede olsun özünü lazımsız hiss etmesin..heç kim yox deye bilmez mence bu mümkünsüzdü
velili_hemide
Yazı üçün çox sağ olun, AyxanSevda. Çox gözəl idi :)
Ramil
Məqaləyə görə təşəkkür edirəm. Zəhmət olmasa mətni yazanda orfoqrafik səhvlərə yol verməyin.