Bəyənirəm!

Mən KAYZENİ bəyənirəm! ORİGİNAL ©
Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm! ORİGİNAL ©
Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm! ORİGİNAL ©
İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm! ORİGİNAL ©
İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm! ORİGİNAL ©
Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda "tappatarap" üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır) ORİGİNAL ©
Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm! ORİGİNAL ©
Şirindil insanları bəyənirəm! (heyf ki,məndə yoxdur) ORİGİNAL ©
Valideyninə,əzizlərinə hər zaman hörmət edənləri bəyənirəm! ORİGİNAL ©
Heç bir cinsi aşağılayıcı sözdən istifadə etməyən,qarşındakınının dinindən,dilindən,milliyyətindən,irqindən asılı olmayaraq ona hörmətlə yanaşanları bəyənirəm! ORİGİNAL ©
Komputerlə olarkən Alt+Shift basmağa ərinməyib,Azərbaycan şriftiylə ana dilində yazanları bəyənirəm!
Kayzendə  "Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır" sonluğu ilə bitən topikləri və ümumiyyətlə copy-paste olmuyan səviyyəli yazıları bəyənirəm! (Kayzen məhz buna görə digər saytlardan seçilir,sayəmizdə də seçilər İNŞALLAH) ORİGİNAL ©
"Qınayıram!" topiki sayəsində,2ralCavid-in Facebook-da "Bəyənirəm!" səhifəsi açmaq ideyasını bəyənirəm!)) ORİGİNAL ©
Hər şeydə bir xeyir axtaran bu topiki diqqətlə oxuyub,əhvalı yüksəlmiş şəkildə ürəklə səs verən kayzençiləri bəyənirəm!)) ORİGİNAL ©

P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.Topik Facebook-da Bəyənirəm! səhifəsinin ideyasından bəhrələnərək yazılmışdır və müəllifin icazəsi olmadan yayını qadağandır!Sizin də "bəyənirəm" sonluğu ilə bitəcək  sözünüz varsa buyurun))

42 şərh

cahandar

Öz yerini bilən,ağır təbiətli,səviyyəli,mədəni insanları bəyənirəm!


Az danışan,zarafatı duzlu,dindar şəxsləri bəyənirəm.


Qadın olsa da kişi qeyrətli,namuslu xanımları bəyənirəm!!!


Xanımına inanan(inama layiqdirsə),onun fikirlərinə hörmətlə yanaşan,sağlam ailəyə sahib ailə başçılarını bəyənirəm.


Bu topiki bəyəndim.

Zeyneb_Ehmedova

Dindar sakit səbrli Heyatrda öz ayaqları üzərində duran qeyrətli namuslu  insanları bəyənirəm (oğlanlara aiddir)


sakit geyimini bilən az danışan ağır xasiyyətli insanları bəyənirəm (Qızlara aiddir)


bu topikidə bəyəndim


 

ORIGINAL
Jest edən xanımları bəyənmişəm və indi də bəyənirəm))
ayxansevda

nikbin məqsədyönlü heç kimin təsirinə düşməyən nə istədiyini bilən insanları şikayətlənməyən punktual insanları bəyənirəm


çalışqan obyektiv təmkinli qərarlı güclü insanlara qibtə edirəm


peşəkar vaxtını dəyərləndirn insanlara yaxşı mənada həsəd aparıram (yəni lap çox bəyənirəm )


stimul sözünü bəyənirəm


 

2ral

Mozilla brauzerini bəyənirəm

Dior
Az deyib,saz deyənləri bəyənirəm.
2ral
Bazar gününü bəyənirəm.Az da olsa vaxt tapmaq olur.
Cavid
Hər kəsə dərin təşəkkürlər ancaq yaxşı olar ki sonda @X hərdəfə yazılmasın. Diqqətinizə görə minnətdaram. ORİGİNALı məndə yaxşı mənada Qınayıram)
Yucin
Yerini bilən oğlanları, ağzının danışığını bilən oğlanları, öz anasını bacısını gözünün qabağına gətirib qızlara söz atmıyan oğlanları (düzdü baxılası şeyə baxrlar amma indi kimə gəldi baxırlar. İstər başı aşağı, istər başı yuxarı), bir söznən əsl Azərbaycan oğlanlarını bəyənirəm deyəndə bir az pis çıxır. Allah həqiqətən yaxşı oğlanları var eləsin.
Cavid
Yerli-yersiz hər şeyi bəyənirəm :)
Nailə_Qasarayeva

ORİGİNAL, bəyənirəm yazdıqlarınızı oxudum, onları mən də bəyənirəm(jest edən xanımlar istisna olmaqla).
Sizin və digərlərin burda  maraqlı mövzüların yerləşdirməsini bəyənirəm və hər birinizlə fəxr edirəm.
Uşaqların gülüşünü bəyənirəm.
Ədalətin və bərabərliyin tərəfdarlarını bəyənirəm.
Başqasının dərdinə şərik olub, ona dəstək olanları bəyənirəm.
Sadə və təvazökar insanları bəyənirəm.
Sağlam düşüncəsi olanları bəyənirəm.
Hər şeyin orijinalını bəyənirəm.
Standart olmayan maraqlı fikirləri bəyənirəm.
Natiqləri bəyənirəm.
Heyvanlara heyvan kimi yanaşmazdan əvvəl, canlı kimi yanaşanları bəyənirəm.
Ürəyi və əməlləri pak olanları bəyənirəm.
Ağaclar əkib, yaşıllıq etməyə çalışanları bəyənirəm.
Öz üzərində çalışanları bəyənirəm.
Obyektiv yanaşanları bəyənirəm.
Duyğu ilə yox, ağıl ilə hərəkət edənləri bəyənirəm.
...

Rene
Nə tərslik olursa olsun, əsla Allahu Təaladan ümidini üzməyən və dilindən şükrü əskik etməyən insanları bəyənirəm.
Kimisə qınamazdan öncə özünü onun yerinə qoymağa çalışan insanları bəyənirəm.
Dinləmək mədəniyyəti olan insanları bəyənirəm.
Həyatda nə istədiyini bilən və onun üçün mübarizə aparan insanları bəyənirəm.
Harama baxmayan kişiləri bəyənirəm (ümid edirəm ki belələri az da olsa var ;-) )
Bağışlamağı bacaran insanları bəyənirəm.


BaKiNeC
son zamanlar vaxt azlığından izləyə bilmədiyim kayzen.az saytının bu cür yeniliklərlə inkişaf etməsini həqiqətən cox Bəyənirəm :) ALLAH pis gözdən saxlasın.AMİN
Rene
Özündə səhv axtaran və yeri gədikdə səhvinə görə üzr istəməyi bacaran insanları bəyənirəm.
Zarafatcıl, amma zarafatın da yerini bilən insanları bəyənirəm.
Haqsızlığa boyun əyməyən və haqsız idarəçinin qarşısında belə sözünü deməyi bacaran insanları bəyənirəm.


Someone
«Adele» -nın «Someone like you» mahnısındakı Someone-ı Bəyənirəm)
Gülnar
Cem Yılmazı bəyənirəm..
Öz sözümü nə olur olsun deməyi həmişə bəyənirəm..
Axır vaxtlar brainstormu lap çox bəyənib qulaq asıram..
Someone like you əla mahnıdı onu mən də bəyənirəm..
Yaxşı niyyətli və başqasının uğuruna sevinə bilən insanları bəyənirəm..
Uşaqlarını ərköyün böyütməyən, hər ağlayanda nəsə alıb susdurmayan valideynləri bəyənirəm..
Seçim qarşısında qalıb məsləhət almaq istəyəndə «bax da» deməyib düzgün məsləhət verə bilən insanları bəyənirəm..
İçində soğanları görünməyən supu bəyənirəm..
Çox şeyin orta həddini bəyənirəm, məsələn, nə çox şit, nə də soyuq olmayan insanları, nə çox soyuq, nə də çox isti olmayan havanı, nə hədsiz sərbəst, qərb fikirli, nə də mentalitetin ağını çıxarmayan insanları..
Cavid
Bu video-nu bəyənirəm)
bahar
bu videonu mən də bəyəndim
Karizma
Heç bir cinsi aşağılayıcı sözdən istifadə etməyən,qarşındakınının dinindən,dilindən,milliyyətindən,irqindən asılı olmayaraq ona hörmətlə yanaşanları bəyənirəm!Xeyir ola belke qarsimdaki insan ermenidir.Xahis edirem yazilarinizi yazanda kicik xirdaliqlara fikir verin.Bele de rusd da olsa qaesimdaki ona hormet elemerem
ORIGINAL
Karizma,diqqətnizə görə təşəkkürlər.Həmin dediyiniz bu xırdalığa da öncədən özlüyümdə fikir vermişəm.ermənini bir millət kimi və insan kimi saymadığımdan ümumiyyətlə əlavə qeydə ehtiyac görmədim.Həm də unutmayın ki,hər millətin yaxşı və pisi olur,erməninin yox!
Karizma

beli duz deyirsen haqlisan.

ORIGINAL
Kim bu şərhimi nə haqqla minuslayıb?erməninin yaxşısı da olur?
ORIGINAL

Həm də unutmayın ki,hər millətin yaxşı və pisi olur,erməninin yox!
şərhimi baxıb görürəm ki,iki nəfər minuslayıb.Həmin erməni xislətli adamlara demək istəyirəm ki: yəni ermənin yaxşısı da olur?olsa-olsa bir erməni o birinə nisbətən yaxşı ola bilər,odaki nisbətən.Başa düşdüz?

Karizma

Men hec neyi beyenmirem.

Cavid
Qədr gecəsini bəyənirəm.
seyran
yaxçılıq edib onun əvəzini gözləməyənləri bəyənirəm.
Qını
Maraqlı bir yazıya rast gəldim, mikrobloqa yaza bilmedim ona gore bura yazıram, üzürlü hesab edin - Bir gün gəlib mənə «Səni Sevir» desələr, «Mən Də Onu» deyərəm. Bir gün gəlib desələr ki, «Başqasını Sevir», «Sevsin,təki Xoşbəxt Olsun» deyərəm. «Evləndi, Səni Unutdu» desələr, «Canı Sağ Olsun Xoşbəxt Olsun» deyərəm. «Uşağı Oldu, Sənin Adını Qoydu» desələr,«Taleyi Mənimki Kimi Olmasın» deyərəm. Ama bir gün gəlib "Öldü" desələr,«Mən onun üçün hər gün öldüm,o bir dəfə ölmüş- çoxmu ?!» deyərəm....! Bəyənilsin…
Silen_ce
Özümü bəyənirəm! (İmza: Eqoist)))
Xrizoberil
məndə bu sözləri bəyənirəm!!! ;)


Rene
Mən də… Tez-tez qulaq asmaq məsləhətdir buna… Pis anında ümidsizliyə düşmürsən, xoşbəxt anında da da naşükür olmursan…
Xrizoberil
))) əla sözlərdir…
Gülnar
Bu "İrəmlə uşaqdan böyüyə" verilişindəki Suraşkanı bəyənirəm də..Necə çoxbilmişdi, ay Allah ))
Mayak
Bu yaxinlarda tesadufen tapdigim kayzen.az saytini ve burda bezi insanlari tanimasamda bezi fikirlerine gore beyenirem…
rezerv

Meni men oldugum ucun sevenleri beyenirem.

velili_hemide
Bu yazını bəyənə bilmədim (( çünki səsvermə üçün müddət bitib!  zənn edək ki +4
_BUMERANQ_
Söz verməyən, and içməyənləri bəyənirəm. Bir də üzr istəməyənləri.
name
Orijnal topikləri bəyənirəm! Orijinal mikrotopikləri də.
pascal
Mən də userlərin beyinlərinin məhsulu olan fikir və postları bəyənirəm. Bir də ki… saytda çox useri onlayn görməyi və o userlərin fəallığın bəyənirəm. ;) :)
azadmamedov90
I LIKE TO MOVED MOVED>… )
hэyatı yaşaya bilmək üçün savaşanları ,
savaşanlara yardımçı olanları,
dünyanı dəyərsiz bilən Çobanları,
həqiqəti bilib SUSANları...
Tanrının övladlarını,
sonsuz olan BİG BANG xülyasını,
xülyada yaşayanları,
və ilə davam edən sonsuz fikirləri… BƏYƏNİRƏM!!!