Ən xoşbəxt insan kimdir ?

İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü  öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?»

Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi:
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana.
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.
3. Qumdan evlər, qalalar düzəldən bir uşaq.
4. Yaxşı bir sənət əsəri yaratmış bir sənətkar.

Xoşbəxtlik hamımızın əli altında və çatıla bilər. Baxdığımız pəncərələr və niyyətlər çox əhəmiyyətlidi.
Bəs sizcə? Dünyada ən xoşbəxt insan kimdir?
 

18 şərh

peqasus
Məncə xoşbəxtlik xoşbəxt ailəyə sahib olmaqdı. Əlbəttə dediyim fikir individual deyil əgər məsələni səxsiləsdirsək mən kimliyindən asılı olmayaraq insanların xoşbəxt olduğunu gorəndə xüsusile bir usagın sevincini görəndə sevinirəm yəni özümü xoşbəxt hiss edirəm. Amma suala bir uşağı uzun müddətdi gözlədiyi oyuncağa sahib olması deyərdim)))
Ruqiş
ən xoşbəxt insan yaxşı dostları olar və hər şeyə rəğmən gülməyi bacaran insandır məncə… Şəxsən mən xoşbəxt olduğumu dostlarımla güləndə hiss edirəm :)…
MaksiMuS
Menimcun en xowbext insan,daha dogrusu an, iwden qayidan kiwinin sufresi etrafinda onu seven xanimi ve uwaqlari ile wam etmesi, hansisa tebiet qoynunda Piknik etmesidir...Ailecanli,qaygikew,diqqetcil olmagi xususile vurgulamaq isterdim.Umumiyetle isti 1 aile ocagi(ata ocagi ve wexsi ailesh) olmadan xowbextliyi duwunmurem.
Qozetta
Körpəsini ilk dəfə qucağına alan ana
məryam
Mən olmadığım kesindi) Camaatın başına oyun açmışam. İndide vicdan ezabı çekirem. Allah sen kömek ol!
Shabnam_Ilham
Məncə xoşbəxt insan bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq yenə də gülümsəməyi bacaran insandır.
HeRa_Queen
Xoşbəxt olmaq hər kəs üçün eyni deyildir. Yazılan şərhlərlə razıyam mənim üçünsə xoşbəxtlik dinimlə çalışdıım qədər sıx əlaqədə olmaq və məni anlayan insanların əhatəsində yaşamaqdır :)
soni_memmedzade
içimdəki məni xoşbəxt edən insanın xoşbəxt olması mənim də xoşbəxtliyimdir.əslində xoşbəxtlik həmişə olmur.o anla olur.
soni_memmedzade
XOŞBƏXTLİK ANDIR DEDİM.HƏMİN AN Kİ,GÖZLƏDİYİNİN SƏNİ BİR ANLIQ DƏLİ EDİRCƏSİNƏ QULAQLARINA SƏNİ SEVDİYİNİ YAVAŞCA FISILDAMASI,BUNU SƏNƏ HİSS ETDİYİ MUSİQİYLƏ EŞİTDİRƏ BİLMƏYİDİR.XOŞBƏXTLİK MƏNƏM,BİR DƏ MƏNDƏKİ MƏNƏ SAHİB OLAN
dunya-cahan
hec kes xowbext insan yoxdu.eger ozunu xowbext sayan varsa da demeli,heyatin menasini bawa duwmur
heyatin-ellerinde
Əksinə həyatın mənasını anlayan bilir ki o həqiqətən xoşbəxtdir
heyatin-ellerinde
dunyada yaranan her bir insan xosbexdir.........Allah hec kesi bedbext etmek ucun yaratmayib sadece onu gormek lazimdir.......en azindan Allaha wukr etmek ucun dilimiz olmasa bele daxili nitq deyilen bir wey var.Onu ancaq Allah ve o nitqin sahibi bilir..................wukr ede bilmekden bawka insani xowbext edecek hec ne yoxdur…
asel
necə gözəl qeyd etmisiz.Əhsən sizə
nurr
cox gozel yazmisiz xosbextlik etrafimizdadr gormekm lazmdir sadece.meselen elmz ayagmz varsa ,gozumuz gorub qulagmz esidirse ve s.(cox sey sadalamag olar eslinde) ve en esasi bunlarin ferqindeyikse demeli xosbextik 
seyidova
xoşbextlik yoxdu bedbextliyin olmaması var..men bele düşünürem.düzdü her özün oyanıb,yemek yeyib,özün yerimey,görmey,valideyinlerinin yanında olması xoşbextlikdise onda men xoşbextem :)
Nermin Nebibeyli
mence heyata ne uchun yawadiginin cavabini bilen kes xowbextdir…