Həyat bir sevdadır

Həyat bir Hədiyyədir.... Onu al !
Həyat bir tapmacadır....Onu tap !
Həyat bir fürsətdir....Onu tut !
Həyat bir mahnıdır.... Ona yoldaşliq et !
Həyat bir bağçadır....Onu dər !
Həyat bir yaxşılıqdır....Ona qarşılıq ver !
Özünə bir yaxşılıq et
Hərkəsə gülümsə
Çünki...

Səmimi bir sevginin yerini başqa nə tuta bilər bu həyatda...
Birinə qarşılıqsız yaxşılıq etmənin həzzini başqa hansı şey yaşada bilər insana...
Hansı intiqam, daha güclüdür. Pisliyə yaxşılıqla cavab verməkdən...
İnsan yaşadıqca onsuz da, imtina edə bilmərik ki sevməkdən...
Bilirsen, insanlığımız böyüdükcə böyüyür yaxşılığın isti qucağında...
Yaxşılıq üzərinə yazılar, hekayələr, təkliflər, gözəl sözlər və daha nələr nələr....
İndi özünə bir yaxşılıq et
Hər kəsə Gülümsə...

loading...

11 şərh

nilufer
Həyatın ən böyük qanunu-gülümsə…
soni_memmedzade
onsuz da en boyuk xosbextlik ele gulumsemekdir.kim ki pisliye yaxsiliqla cavab verir,evezinde de yaxsiliq cixir qarsisina.sair de deyib axi ....ne gozel yarasir insana gulmek
məryam
düz deyirsiz. men bu minuslayanları annamıram(
Gülnar
Bu gün məzmunundan asılı olmayaraq düzgün yazılmayan bütün şərhləri mən minuslamışam..Səbəbi odur ki ay Məryam, düzgün yazmırsınız, ə əvəzinə e yazırsız, ş əvəzinə w yazırsınız, mənasızcasına topikin bir hissəsini şərhə köçürürsünüz, «düzdü», «sağ ol», "əməyə hörmət" tipli informasiya yükü daşımayan və maraqsız şərhləri doldurursunuz..Hələ bundan sonra da niyə minuslanmasına təəccüb edirsiniz.Hətta iş o yerə çatıb ki, düzgün yazı qaydalarına əməl edilməsini tələb edənlərin özü həmin tələblərini yazı qaydalarını pozaraq yazırlar. Artıq bəzi istifadəçilər haqqında məndə belə təəssürat yaranır ki, onlar ya əqli zəiflikdən əziyyət çəkirlər, ya da bizi sarıyıblar.Bircə xahiş edirəm onu bəhanə gətirməyin ki, telefonla internetə daxil oluruq vəs və ilaxır..Telefonla bir dəfə ya iki dəfə girmək olar internetə.Bu hal isə dəfələrlə təkrarlanır, zəhmət çəkin qaydalara riayət edin, istifadəçilərin saytdan keyfiyyətli istifadə etmək hüququnu pozmayın, zövqümüzü romantik gül şəkilləri, eşq etirafları, ayrılıq acısı ilə dolu ağlaşma statuslarla və bəlalım seriyasından olan kliplərlə korlamayın..Görməmişcəsinə dalbadal 80 dənə mikrotopik yazıb digər istifadəçilərin statuslarını arxa plana atmayın. Dəfələrlə bunlar deyilir və dəfələrlə qaydaları pozursunuz, bu saytı düşük saytlara oxşatmağa çalışırsınız. İnsana sözü bir dəfə deyərlər. Yadda saxlayın ki,  bu ilk növbədə sizin özünüzə qoyduğunuz hörmətdi.
P.S: Şərhim emosional ola bilər, səbəbi odur ki, mən bu saytı yüksək səviyyədə görmək istəyirəm.
soni_memmedzade
mene minusu kim qoyub?niye?
ElcinHesenov
maryamada qoymuşdular burda bəzən bəziləri nə edilər heç bilmirlər
Ramil
Birini mən plyus ederem
zerife
mence heyatda en yaxsi sey gulmek sevinmekdi bilirsiz?hami bir birine gulumsemelidir
Ramil
Düzdü, mehribançılıq tərəqqiyə aparan yoldur.
seyidova
men arsız arsız bu qeder hadiselerden sonra nece gülümseyim?bu ancaq süni gülüşler olcaq :((