Рейтинг
+69.50

Hər şey gözəldir

61 üzv, 83 topik

İncəlik

“Bir incəlik göstərin, inciməsin ürəyim.” (Cahid Zərifoğlu )

İncəlik, insan münasibətlərində insanın başqalarının qavramalarına duyarlı olmağı, düşüncəli davranmağı; onların duyğularına diqqət göstərməyi deməkdir. Müəyyən bir durumda nəyin uyğun olduğuna duyarlılıq göstərmək, aqressivlikdən uzaq danışmaq və nəzakətli davranmaqdır. İncəlik, bütün insanlar arası münasibətlərdə həm ünsiyyəti asanlaşdırıcı, həm də insanlara sayğı anlamında bir təsirə sahibdir. İncəlik bir bacarıqdır; amma bu təməl bacarıq gündəlik həyat içərisində çox vaxt gözardı edilir. Bir çox yetkin insanın belə bacarıqsız olmağının ardında yatan təməl səbəb, insanlar arasında yumşaq münasibətlər qurulub davam etdirilməsində incəliyin önəmini qavraya bilməməkləridir.

İncəliyi öyrənmə, ana və ata tərbiyəsi ilə başlayan bir prosesdir. Yaxşı xasiyyət, gözəl davranış, yaxşı əxlaq, nəzakət, bu bacarığın təməl ifadələridir. İncəlik, əbəttə nə davranışda yaltaqlıq, nə də gərəksiz aşırı vericilik biçimində olmalıdır. İncəlikdə ideal olanı, insanın bunu münasibətdə olduğu hər kəsə görə və onların bizə necə davranmaqlarını istəyiriksə, eynilə o şəkildə tənmizləməsidir. Doğru tətbiq edildiyi halda, incəlik həqiqətən bir insanda zəhmətsiz və təbii bir xüsusiyyət halına gələr.
Davamı →

Evdə meditasiya

Həyatınızda güclü təsirə sahib olan meditasiya həyatınızın bir parçasına çevirmək əslində çox asandır. Hətta, sadəcə 10 dəqiqədir. Bəli sadəcə 10 dəqiqə! Səhərlər İnstagramda keçirdiyiniz zamandan da qısadır.

10 dəqiqəlik meditasiya əslində yuxu sisteminizi nizama salır, stressi azaldır. Günə 10 dəqiqəlik meditasiya ilə başlamaq isə sizi yenilənmiş hiss etdirəcək.

Meditasiya ortamı yaratmaq da əslində çox sadədir. Evinizin bir küncünü meditasiya ortamına çevirmək istəyirsinizsə xəbərin davamını oxuyun.
Davamı →

Toy hazırlıqları

Toy hər birimizin həyatında çox vacib hadisədir. Nə qədər gərgin olsa da, onun verdiyi xoşbəxtliyi yaşamaq gözəl hissdir. Toy tarixini təyin etdikdən sonra hər bir günü dəyərləndirmək vacibdir. Toya hazırlıq üçün ediləcək işləri planlayaraq yerinə yetirin.

Toy məkanınızı seçin və təşkilatçı şirkətlə görüşün
Xüsusilə yay mövsümündə ailə qurmağı planlaşdırırsınızsa, xəyalını qurduğunuz məkanlar indidən dolmuş ola bilər. Bu səbəbdən də tədbirli və sürətli davranaraq, toy məkanına dərhal qərar vermək faydalıdır. Bununla birlikdə, təşkilatçı şirkətlə də danışıqlara başlasanız, toyunuzun ən incə detalına qədər planlaşdırmış olarsınız.

Gəlinlik və bəyliyi seçin
Əgər gəlinlik və bəylik geyimlərini modelyerə həvalə edəcəksinizsə, bu işə lap erkən başlayın, çünki tez-tez paltarın ölçüsünü yoxlamağa getməlisiniz. Unutmayın, qabyuyan və ya paltaryuyan maşın olmadan evlənə bilərsiniz, amma gəlin paltarı və bəylik olmadan əsla!
Davamı →

Limitsiz inkişaf üçün 100 parlaq fikir

Hər gün sizi həyəcanlandıracaq bir şeylər edin.
Əyləncəli bir dostunuzula macəra dolu bir yerə gedin.  ( Məsələn, Lunaparka)
Heç yemədiyiniz yeməkləri dadın.
Heç tanımadığınız birinə salam verin.
Seçiminizin tamamilə xaricində olan bir kitab oxuyun.
Səbəbsiz yerə gülümsəyin, bu, beyninizin xoşbəxtlik köşəsinə stimul verəcək.
Alışqanlıqlarınız və zövqləriniz xaricində bir xobbiniz olsun.
Sosial bir şəbəkəyə daxil olun və nizamlı olaraq paylaşım edin.
Qarşılaşdığınız insanlara qarşı nəzakətli bir davranış edin.
Probleminizlə dərhal üzləşin və mümkün qədər cəld bir şəkildə həll yolu axtarın.

Üzr istəməyi bacarın, gərək olmadığını düşündüyünüz zamanlarda belə.
Müəyyən intervallarla fərqli musiqi növləri dinləyin.
Başqalarının fikirləri ilə hərəkət etməkdən imtina edin, öz fikirlərinizi sahiblənin.
Enerji əmici vampirlərdən uzaq durun.
Heç bir şey üçün gec olmadığını bilin və o cür davranın.
Kiçik bir baxçanız olsun, öz tərəvəzlərinizi yetişdirin.


Ardı →

Kimin üçünsə dünyada hər şeydən üstünsən

Bu dünyada ən azı iki adam sənin üçün həyatını qurban verməyə hazırdır. 

Ən azı 13 nəfər səni özünəməxsus şəkildə sevir. 

Əgər səni sevməyən biri varsa, çox böyük ehtimalla o sənə bənzəmək istəyir. 

Sənin təbəssümün hətta sənə nifrət edən birinin də əhvalını dəyişə bilər. 

Hər gecə kimsə yatmazdan əvvəl səni düşünür. 

Sən kimin üçünsə dünyada hər şeydən üstünsən. 


Ardı →

Valideynlər bu sözləri övladlarına mütləq deməlidir

1. «Sənə inanıram»
Bir qadının başına gələn hadisə bu mövzu üçün çox gözəl nümunədir. Bir gün qadın 3 yaşlı balaca oğlunu qucağına alıb deyir: «Mən sənə inanıram». Əslində, bir söz bumeranq kimi tezliklə onun özünə qayıdır.

Bir gün o, nə qədər axtarsa da  mənzilin açarlarını tapa bilmir. Bundan təngə gələn qadın yorğun halda divana əyləşir ki, eh, nə edim, tapılmır, tapılmasın. Qəfil o, hiss edir ki, kimsə ayaqlarını dartışdırır: «Ana can, sən açarları tapacaqsan. Mən sənə inanıram!»

Bu söz sanki anaya yeni ruh verir və ayağa qalxan kimi komodun qapısını qaldırır — Evrika! Açarlar tapıldı.

Əlbəttə, «Sənə inanıram!» kəlməsi insanın daxili motivasiyasının yüksəlməsində mühüm rola malik çox sehirli sözdür.

2. «Heç vaxt təslim olma!»
Bu ifadədən istifadə etməklə uşağınızı ruhlandırıb vəziyyəti dəyişdirmək imkanına malik ola bilərsiniz. Amma bu fraza ədalı tonda, həm də arxasında nələrin dayandığını izah etməklə balalarınıza çatdırılmalıdır. Bu zaman valideyn vəziyyətdən çıxış yolu axtarmağa öz övladını sövq edəcək.
Ardı →

Dörd yarpaqlı yonca

Dörd yarpaqlı yonca bir çox mənbələrdə uğur simvolu olaraq qəbul edilir. Xristianlıqda Həvvanın cənnət bağında əlində dörd yarpaqlı yonca ilə gəzişdiyinə inanılır. Dörd yarpaqlı yonca ilə bağlı bir sıra miflər mövcuddur.

Bir inanışa görə, Druid adı verilən bir toplum Günəşə sitayiş edər və ildə bir neçə dəfə meşdə yığışaraq öz rituallarını həyata keçirərdilər. Bu zaman onlar aralarında baş verən anlaşılmazlıqları həll etməyə çalışar, gələcəkdə baş verə biləcək pis hadisələrin qarşısını almaq üçün insan qurban edərdilər.

Qurban seçərkən daha çox günahkar insanlara üstünlük versələr də, bəzən günahsızların da qurban edilməsi halları olurdu.  Druidlərin inanışına görə qurban edilən şəxs bu yolla günahlarından təmizlənir və günahsız körpə olaraq yenidən dünyaya gəlir.
Ardı →

Həyata baxışı dəyişən sözlər

İnsan həyatını dəyişəcək anlar olur. Bəzən bu kiminsə dediyi sözlə baş verir. “Reddit” sosial şəbəkəsində insanlar onları dəyişən sözlərdən yazıblar.

Ana
Anam can verirdi. Dostum mənə dedi: “Onun üçün ağlamağa vaxtın çox olacaq – bunu onun gözlərinin qabağında etmək lazım deyil...”

Onun bu sözləri həqiqətən mənə anlamağa kömək etdi ki, mənim hislərim həmişə o qədər əhəmiyyətli deyil. Əgər isterikanı təxirə sala bilərsənsə — təxirə sal. Bunu bacarmağım mənə bütün həyatım boyunca kömək etdi.

Təhsil 
38 yaşım olanda təzə radioqrafiya sahəsində 2 illik təhsil alıb-almamaq barədə düşünürdüm. Dostumla söhbət edəndə dedim: “Yenidən təhsil almaq üçün çox yaşlıyam. 2 ildən sonra diplom alanda 40 yaşım olacaq”. Dostum cavabı belə oldu: “Sən gedib oxumasan da 2 ildən sonra 40 yaşın olacaq, amma o zaman sənin o səviyyədə təhsilin olmayacaq”. Mənim indi 60 yaşım var və aldığım təhsil həyatda layiq olduğum kimi yaşamağıma kömək etdi.


Ardı →

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Təkrar uşaqlığa qayıtmaq mümkün olmasa da inanılmaz səmimi əhval-ruhiyyəni saxlamaq olar ki, bu zaman yenilik axtarışı və bir gün ərzində hər şeyi eləmək arzusu öndə olur. İllərlə bu arzu “sonra eliyərəm” kimi bir anlayış ilə əvəz olunur. Lakin biz sizə böyüklərin uşaqlardan öyrənə biləcəyi bəzi məqamları təqdim edirik ki, bu həyatınızın hər anını yadda qalan edəcək.

Qaçmaq. Uşaqlar bizə qaçmağın yalnız idman deyil, onun həm də sevinc gətirdiyini xatırladırlar.
Gülləri iyləmək. Belə bir deyim var: “Dayanın və qızılgüllərin ətirini alın”. Lakin biz çox nadir hallarda buna vaxt tapırıq. Amma uşaqlar gül-çiçəklər ilə oynamağı çox sevir.

Təsəvvür etmək. Əgər uşaq evdə deyil, kosmosda olmağını təsəvvür edirsə, bu zaman onun beynində və gözlərinin qabağında bu həqiqətən də elədir. Çox təəssüf ki, böyüklərin əksəriyyəti şəxsi xəyallarında olaraq hər şeyi unutmaq qabiliyyətini itiriblər.

Heyvanları sevmək. Uşaqlar heyvanları çox sevir. Bunun üçün heyvanlar haqqında cizgi filimləri, kitablar, həmçinin heyvanxana uşaqların böyük marağına səbəb olur.

Ardı →

Oxuyan qızla sevgili olmaq

Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.

Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...

Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.

Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun “Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.
Ardı →