Рейтинг
+69.50

Hər şey gözəldir

61 üzv, 83 topik

Şokolad necə xoşbəxt edir?

Bayramlar zamanı ən yaxşı hədiyyələrdən bir də şokoladdır. Xüsusən də onu sevənlər üçün. Yəqin ki, şokoladı sevməyən çox az adam var. İnsanların çoxu şokoladı şirniyyat kimi təsvir edirlər və ümumiyyətlə onlar haqqlıdırlar. Satışda olan bir çox şokoladların tərkibi şəkər, süd və digər əlavələrdən təşkil  olunur. Məhz bu da onu qeyri-sağlam qida edir. Hər kəsin bildiyi kimi bu növ şokolad təkcə dişlər üçün yox, eyni zaman da orqanizm üçün də zərərlidir. Beləki, şəkər çox qəbul edildikdə qanı sanki zəhərləyir.

Bunun tam əksi olaraq, yediyiniz təbii şokoladdırsa, demək, ən xeyirli məhsullardandır. Təbii şokolad  tünd rəngli, acı dadlı və tərkibi kakao yağı ilə zəngin olur. Əksər hallarda marketlərdə satılan şəkər qatılmış şokolad isə şirniyyatdan fərqlənmir.


Ardı →

Üzünüz hər zaman gülsün!

Gülümsəməyin dilinin olmadığını, hər millətin gülümsərkən eyni şeyləri izah etdiyini və hər kəsin eyni şeyləri anladığını öyrəndim …

Gülümsəmək … Hər insanın sifətinə yaraşan ifadə.
Gülümsəmək … Dodaq kənarlarının yanaqları sıxışdıraraq yüksəlməsi, yəni gözəllik.
Gülümsəmək … Bir günün qazanc gətirən ən gözəl investisiyası.
Gülümsəmək … Adamın içindəki müsbət enerjinin, ümidin ən gözəl göstəricisi.
Gülümsəmək … İçi qan ağlayarkən, ya da bir çox dərd ilə döyüşərkən, yenə də edilsə dünyanın ən hörmətə dəyər hərəkətlərindən biri.
Gülümsəmək … Göz bəbəklərində olduğunda qarşısındakındakında xoş hisslər yaradandır.
Gülümsəmək … Yer üzündə bir insandan istənə biləcək ən gözəl şey.
Gülümsəmək … Bəzən də, ən gözəl susma hərəkəti.

Davamı →

Bağışlamaq

Dəyər verdiyiniz bir insan sizi incitdikdə siz ya qəzəb, kin və qisas hissinə qapılmalı ya da həmin insanı bağışlamalı və həyatınıza qaldığınız yerdən davam etməlisiniz.

Demək olar ki, hər birimiz başqalarının hərəkətləri və sözlərindən incimişik. Bu yaralar sizdə daimi qəzəb, kin və ya hətta qisas almaq hissi yarada bilər,  lakin siz əgər həmin insanı bağışlamasanız, bundan ən çox siz zərər görəcəksiniz. Siz bağışlamaqla rahatlıq və ümid üçün də qucaq açmış olursunuz. Başqasını bağışlamağın sizi fiziki, emosional və mənəvi cəhətdən necə sağlamlaşdıracağını nəzərə alın.

Bağışlamaq nədir?
Ümumilikdə, bağışlama dedikdə qəzəb və qisas fikrindən çəkinmək nəzərdə tutulur. Sizi incidən və ya qəlbinizə toxunan hərəkətlər yaddaşınıza həkk oluna bilər və ya hərəkətləri yaddan çıxara bilməzsiniz, amma onları bağışlamaqla siz özünüzü sakitləşdirə və həyatınızdakı daha müsbət məsələlərə fikrinizi yönəldə bilərsiniz. Sizi incidən birini bağışlamaq həmin insana qarşı sizdə mərhəmət və anlayışlılıq hissləri doğura bilər.

Siz bağışlamaqla həmin insanın sizi incitməsinə haqq qazandırmır, əksinə həmin insanın buna görə cavabdeh olduğunu qəbul edirsiniz. Sizin həmin insanı bağışlamağınız o demək deyil ki, siz onun etdiyi hərəkəti doğru hesab edir və qəbul edirsiniz. Həmin insanı bağışlamaq sizin mənəvi rahatlıq tapmağınıza kömək edir.
Ardı →

Yaxşı dost olmaq

Əgər siz bir insanın qayğısını çəkirsinizsə, ona bu və ya digər şərtlər altında əlinizdən gələnin ən yaxşısını etmək istəyirsinizsə, siz artıq çox yaxşı bir dostsunuz. Yaxşı dost olmaq üçün bəzi müddəalar vardır:

Dinləmək. Dostluq münasibətlərində dinləmək etməli olduğunuz çox vacib bir hərəkətdir. Dinləməyin ən yaxşı yolu, mövcud vəziyyəti, dostunuzun pəncərəsindən görməyə və anlamağa çalışmaqdır. Əgər siz bunu məqsəd kimi müəyyənləşdirsəniz, siz özünüzü ona düzgün suallar verən biri kimi görəcəksiniz. Yalnız bu yolla siz dostunuzun qayğılarını öyrənə bilərsiniz. Sizin verə biləcəyiniz bir cavabınız yoxdur, ancaq dostunuz sizdən məsləhət gözləyir. Belə bir vaxtda məsləhət verməkdənsə, yaxşı bir dinləyici ola bilərsiniz.

Onlardan nəyə ehtiyacları olduğunu soruşun. Əgər siz kim üçünsə narahatsınızsa və həmin insanların yanında olmağa səy göstərirsinizsə, onlardan nəyə ehtiyacları olduğunu soruşun. Yalnız bu yolla siz, qarşınızdakı insana nəyin fayda verə biləcəyini tapa bilərsiniz.


Ardı →

Yeni nəsli anlamağın 10 yolu


Nəsillər arasında intriqa mövzusundakı dialoqlar dünya var olduğu müddətcə davam edəcək. Hər dəfə də ana-ata olan nəsil uşaqlar olan nəsli anlamaq üçün fərqli üsullara baş vuracaqlar. Həmin vaxt uşaqlar “valideynlərim məni anlamır” deyə öz aralarında danışacaqlar. Ana-ata olan nəsil öz valideynlərinin onları anlamadığını, ancaq onların uşaqlarını anladığını iddia edəcək. Həllini tapmayan bu vəziyyətə “nəsillərin toqquşması” deyiləcək.

2000-ci illərin əvvəlində doğulan və indi məktəbdə oxuyan dövrə “Z nəsli” adı verilir. Bu nəsil xəyalpərəst və pessimist X nəsli ana-atalarından, optimist X nəsli olan bacı-qardaşlarından fərqlənir.

“Nəsillərarası toqquşma”nın  yaşanmaması, yeni nəsli anlamaq üçün 10 asan yol:

1. Realist olduqlarını unutmayın!
Z nəslinin ən əsas xüsusiyyəti realist olmağıdır. Ətrafda baş verənləri çox yaxşı müşahidə edirlər. Yeri gələndə realist olduqlarını göstərirlər.


Ardı →

Qürurum əl vermir

Həyatim boyu etmədiyim bir şeyə görə günahlandırılmışam və bunun əksini sübut etməyə qürurum imkan verməyib.


«Etibarsızsan» dedin, etibar gördüyünü sandıqların kimi süni gülmədim üzünə,
«Yalan söylədin» dedin, yalan demədim, susdum, həqiqəti deyə bilmədim, deyə bilməzdim,
«Soyuqsan» dedin, qəlbimdə əzizlədim, qorudum səni, yaninda olmadım, ola bilmədim, ola bilməzdim, amma yanindakılar kimi şirin sözlər söyləyib də yaltaqlanmadım, səssizcə gülüşündən zövq aldım, səni xoşbəxt görüb sadəcə sevindim.
Sevgimi gözünə soxmadım, qamaşdırmadım gözlərini, sadəcə təbəssümlə ötüb keçdim. Hər şey tək məndən asılı deyil ki. Etibar, yalan, soyuqluq, uzaqlıq, məsafə bunlar menden asılı deyil… menden asılı olanı etdim… bunlara sinə gəldim ...Küsmədim, incimədim bu sözlərə, onların nə günahı...
Məni belə sandın, məni duymadın, duymaq istəmədin, mənsə sadəcə təbəssüm etdim. Sən şıltaq, kədərli, tez küsən, nə deye bilərdim, nə edə bilərdim? 
Məni belə sandın, elə olmadığımı sübut edə bilməzdim, imkanım yoxdu, imkanım səni daim əziz saymaq, uzaqda da olsan səni duymaq, xoşbəxt gözlərinə heyranlıqla baxmaq, onların həmişə belə qalmasını arzulamaqdır.
Indi yanindamı olmaq istərdim? Əsla yox, nə dostun olmaq, nə yaxının olmaq istəyirəm, sənin üçün illərdir «heç kiməm», elə «heç kim» qalsam yaxşıdır, yadlaşmışıq, uzaqlaşmışıq...«Heç kim» olmağa öyrəşmişəm, belə yaxşıdır, belə xeyirlidir, amma etibarsız dediyin mən öz yaddaşıma sadiqəm, buraxdığın izinə sadiqəm...xatirənə, sənli günlərimə. Etibarsız olmaq istəməzdim, belə anılmaq ,yaddaşında belə qalmaq, əlbət ki istəməzdim, lakin başqa seçimim də yoxdu... 
Bunun əksini sənə sübut etməyə, səni axtarmağa, hətta çox vaxt səni xatırlamağa belə qürurum əl vermir... 
Sadəcə sakitcə, uzaqdan uzağa səni xoşbəxt görmək xoşdur. 


04.12.13 Zeynalova V.M

Davamı →

Ana sözləri

Dur, saat 12 olduAnalar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız. 

“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

“Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.

“Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.

“Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

“Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.


Ardı →

Hind fəlsəfəsi | 4 qayda

hind fəlsəfəsiQayda 1: Qarşına çıxan kəslər hər kimsə, doğru kəslərdir.
Bunun mənası budur, həyatımızda kimsə təsadüfən qarşımıza çıxmaz. Qarşımıza çıxan, ətrafımızda olan hər kəsin bir səbəbi vardır, ya bizi bir yerə apararlar ya da bizə bir şey öyrədərlər.

Qayda 2: Yaşanmış olan hər nə isə, yalnız yaşana biləcək olandır.
Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. ‘Belə etsəydim, belə olacaqdı' kimi bir cümlə yoxdur. Xeyr, nə yaşandısa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və irəliləyək deyə. Hər nə qədər zehinimiz və eqomuz bunu qəbul etmək istəməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə, mükəmməldir.

Qayda 3: İçində başlanğıc olan hər anı doğru xatırla.
Hər şey doğru anda başlar, nə tez nə gec. Həyatımızda yeni bir şeylər olmasına hazır isək, o da başlamağa hazırdır.

Qayda 4: Bitmiş olan bir şey bitmişdir. Bu qədər sadədir.
Həyatımızda bir şey sona çatsa, bu bizim inkişafımıza kömək edər. Buna görə sərbəst buraxmaq, getməsinə icazə vermək və əldə etmiş olduğun bu təcrübəylə irəliyə doğru baxmaq daha yaxşıdır.
Davamı →

Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir

Allahdan ancaq alimlər qorxarUill Rocers “Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir”, — deyir. Məsələn, mühəndislik bir həkim üçün, həkimlik isə bir mühəndis üçün müəmmadır. Başqa sahələrdə də belədir.

Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.

İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.

Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir. 


Davamı →

Ən xoş səslər

yagış səsi insanlara xoş təsir edir — Quş cəhcəhi — ilahi bir səsdir. Əsasən də səhər quşların səsini eşitmək hər şeyə dəyər.

— Pişik mırıltısı — insan kefsiz, halsız olduğu vaxt bu səs insana dərman kimi kömək olur.

— Qarın səsi — yeni yağmış qarın üzəri ilə gəzmək hər kəsə xoşdur.

— Yağış səsi — damlara düşən yağış səsi insanlara xoş təsir edir. 

— Ləpələrin səsi — dənizi, dalğaları seyr etmək hər kəsi sakitləşdir, ilhamlandırır.


Ardı →