Vikinqlərin islamla nə əlaqəsi olub?

  

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.

Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır. Əsasən Misir və Mesopotamiyadan gətirilən ekzotik məhsullarla ticarət edildiyi güman edilir.

 

Mənbə: http://oxu.az

3 şərh

azadmamedov90
Mən vikinqləri eramızdan əvvəl təsəvvür edirdim hər zaman.
istorik_c
Bu heç də yeni məlumat deyil. Uzaq İslandiya adasında vaxtilə Azərbaycandan  aparılan erkən orta əsrlərə  aid pullar tapılıb. 
azadmamedov90
hansı illərdə onlar mövcud olublar?