Mobil telefonların zərərindən belə qorunun

 

Mobil telefonlara zəng gələn zaman yayılan radiasiyaların beyinə vurduğu zərərlərin qarşısını almaq üçün  bu tövsiyələrinə əməl edin.
Telefon zəng çalan kimi dərhal qulağınıza yaxınlaşdırmayın.
Mobil telefonlar ən çox radiasiyanı ilk çağırış zamanı yaydığı üçün telefonunuza zəng gələn zaman açmadan qulağınıza yaxınlaşdırmayın.
Telefonla danışarkən qulaqcıq olmazsa dinamikləri açaraq danışın.
Telefonu cibinizdə yox, çantanızda daşıyın.
Telefonu yataq otağına qoymayın.
Telefon danışıqlarınız gündə yarım saatı aşmamalıdır.
Əgər qulaqcıq istifadə etmirsinizsə, telefonla danışarkən eyni qulaqda saxlamayın. Arada bir qulağı dəyişdirin.

 

Mənbə: http://news.lent.az

0 şərh