Рейтинг
0.00

insan orqanizminin inkişafı

21 üzv, 17 topik

Məlumat bankı: DNT

DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur. 

Davamı →

Əzələlərin inkişafı üçün hansı qidalar önəmlidir?

Əgər əzələlər çips, kola, dondurma, tort, kartof qızartması, şokolad və çaydan əmələ gəlsəydi, çoxumuz nəhəng, hər əzələsi gözlə görünən insanlar ola bilərdik. Ancaq “təəssüf ki” belə deyil və əzələ yaradan qidalar bu saydıqlarımdan tamamilə fərqlidir. Əzələ yaratmaq və ya mövcud əzələləri inkişaf etdirmək və yağ yandırmaq üçün bir çox fərqli protein qaynağına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyacımız var. Protein, əzələ əmələ gətirən qidalar arasında ilk sıradadır amma karbohidrat və yağların tamamilə gözardı edilməməsi və nizamlı bir şəkildə qəbul edilməsi gərəklidir. Məsələn, heç yağ ehtiva etməyən bir qidalanma proqramı tətbiq etsəniz, bədəniniz mövcud yağı saxlamağa çalışcaq. Bu da yağın daha uzun müddətdə bədəndən atılmasına səbəb ola bilər.
Davamı →

Əzələlər

Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.
  • Eninəzolaqlı və ya sklet əzələ;
  • Saya əzələ;
  • Ürək əzələsi.
Eninəzolaqlı əzələlər
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. İşi iradidir.Bu əzələrin fəaliyyəti zamanı müəyyən hərəkətlər yaranır. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülaların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miozin (tünd) dir.Bunlar sayəsində əzələlər yığılır. Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır  mezodermadan inkişaf edir.Əzələlər vətərlər vasitəsi ilə sümüyə bağlanır.
Davamı →

Yaşlanmanın 8 əlaməti

Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.
Bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib. Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Davamı →

Psixoloji yaşla bağlı maraqlı faktlar

Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur? Tədqiqatçılar iddia edir ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir.

Sosial-psixoloji yaş
İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğu üzündən bəşəriyyət bütövlükdə uzunömürlü oldu. Odur ki, yaş təsnifatında dəyişikliklər etmək lazım olduğunu etiraf etmək vaxtı yetişdi.
Davamı →

Uşaqlarda riyazi təfəkkür

Sizin övladınız məktəbə getməzdən əvvəl 1-dən 10-a qədər saya bilməsi hələ onun güclü riyazi təfəkkürünün göstəricisi deyil. Bu daha çox həmin övladınızın yaddaşı ilə əlaqədardır. Eyni fikir vurma cədvəlini əzbər bilən uşaqlar haqqında da doğrudur. Ona görə də uşaqlara hansısa əməlləri əzbərlətmək onlarda riyazi təfəkkürü inkişaf etdirmək anlamına gəlməməlidir. Bəs riyaziyyatı yaxşı mənimsəməyə nə kömək edir?

Siz övladınızın riyazi məntiqini inkişaf etdirmək üçün lap kiçik yaşlarından çalışmalısınız. Təqdqiqatlar göstərir ki, uşaqların gələcəkdə riyaziyyatı daha yaxşı qavramasına təsir edən amillərə onların müəyyən fiqurları fərqləndirməsi, formanı və strukturu başa düşməsi, eyni zamanda qanunauyğunluqları tamamlama bacarığıdır. Bunu etmək üçün isə sizin evdə külli miqdarda imkanlarınız var.
Davamı →

Ən tez yaşlanan orqanlar

Bəzi insanlar yaşca gənc olduqlarına baxmayaraq ruhən yaşlanırlar. Bəziləri isə, tam tərsinə yaşca böyük olduqları halda ruhən gənc qalırlar. İllər keçdikcə ürək və beyin başda olmaqla bir çox orqanımızda dəyişikliklər yaşanır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, nizamlı idman etmək ya da siqaret və spirtli içki kimi zərərli maddələrdən uzaq durmaq kimi bəzi qaydaları vərdiş halına gətirmək yaşlanmağı gecikdirir. Mütəxəssislərin fikrincə, insan orqanizmində 5 orqan var ki, digərilərinə nisbətən daha tez yaşlanır. Bunlar aşağıdakılardır:

Ürək
Yaş irəlilədikcə ürək böyüyür. 40 yaşından etibarən ürəyimiz də yaşlanmağa başlayır. Yaşlandıqca ürək ağırlığında bir miqdar artım meydana gəlir. Çünki, sol mədəcik divarı qalınlaşır. Bu zaman qanın təzyiqi də get-gedə azalır. Ürəyinizi sağlam saxlamaq istəyirsinizsə, sağlam qidalanın, siqaretdən uzaq durun və idmanla məşğul olun. Banan, ərik və kartof kimi qidalarla qidalanın. Bol miqdarda sarımsaq yeyin.
Davamı →

Uşağın yaşına uyğun boyu və çəkisi

Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur. Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
Davamı →

Uşaqlarının cinsi inkişafı

Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.

Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:

— cinsi inkişafdan geri qalma

— cinsi inkişafın vaxtından qabaq başlaması.

Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra onlarda xarici cinsiyyət üzvləri normaya qədər inkişaf edir və eyni zamanda ikincili cinsi əlamətlər də formalaşır. Lakin ailənizin bir neçə nəslində uşaqların belə inkişaf etməsi faktına əmin olsanız da, uşağı yenə də endokrinoloqa göstərmək lazımdır.


Ardı →

Toxumalar

Toxumalar orqanların quruluş əsasıdır. Toxumalardan bəhs edən elm histologiya adlanır. Mürəkkəb orqanizmlərdə hüceyrə və qeyri-hüceyrəvi strukturlar toxuma adlanan xüsusi sistemlərin tərkibinə daxildir.
Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxuma deyilir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Toxumalar orqanizmdə müəyyən funksiyanın icrası üçün ixtisaslaşmışdır.
Morfoloji, fizioloji xüsusiyyətlərinə görə toxumalar aşağıdakı qruplara bölünür: 1) epitel toxuması; 2) birləşdirici toxuma; 3) əzələ toxuması; 4) sinir toxuması.


Ardı →